ŞİRKƏTLƏr arasi rəqabəT


İnformasiya Texnologiyaları-İnformasiya Cəmiyyəti



Yüklə 223,9 Kb.
səhifə27/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   ...   23   24   25   26   27   28   29   30   ...   91
Rəqabət Kitabı (1)

İnformasiya Texnologiyaları-İnformasiya Cəmiyyəti

İnformasiya cəmiyyəti 1998 tarixli World İnformation Report-a görə "iqtisadi, ictimai, mədəni və siyasi həyatın təbəqələri olaraq informasiyanı sıx istifadə edən cəmiyyət" olaraq tərif olunub. Bu hesabata görə informasiya cəmiyyəti bir-birindən müstəqil iki amilin inkişafına əsaslanır. İqtisadi inkişaf və texnologiyadakı inkişaf. İqtisadi inkişafın birinci mərhələsini kənd təsərrüfatı, ikinci mərhələsini sənaye, üçncü mərhələsini isə xidmətlər sektoru təşkil edir. Kənd təsərrüfatı əkinçilik texnologiyalarının tərəqqisi ilə inkişaf edib və fiziki ehtiyacların təminini əsas alıb. İqtisadiyyatın sənaye dövrü isə kütləvi istehsalatın başlamasıyla əsasən fiziki ehtiyaclarla bərabər daha fərqli və konkret ehtiyacları təmin edib. İnfor­ma­siya cəmiyyəti adını kompüter və informasiya texno­lo­gi­yalarından götürüb. İnformasiya cəmiyyətində isə ünsiyyət, mədəniyyət, öyrənmə və əyləncə kimi daha mücərrəd ehti­yac­lar üzərində durulub.

Sənaye cəmiyyətinin ortaya çıxmasında ən əhəmiyyətli fak­torun buxar maşını, elektrik, mühərrik kimi enerji tex­no­logiyalarının ixtirası olmuşdur. Informasiya texnologiya­la­rı­nın ortaya çıxması və sürətlə inkişafı da bənzər bir təsiri də informasiya cəmiyyətini meydana gətirib. İnformasiya və kompüter texnologiyaları, daha bacarıqlı iş-gücünə ehtiyacı hiss etməsi və milli məhsuldarlığı artırma, rəqabətçi üstünlük əldə etmə yolunda daha yüksək dəyərlərə sahib məhsullar ortaya qoyma qabiliyyətinə sahib olduqlarından iqtisadi inki­şaf baxımından ən çox əhəmiyyət verilməsi lazım olandır. On­suz da, informasiya cəmiyyəti anlayışı da yeni texnolo­gi­ya­ların səbəb olduğu iqtisadi və ictimai dəyişmələr mənasın­da istifadə edilir.

Sənaye cəmiyyətində istehsal faktorları əmək, sərmayə və təbii resurslar idi. İqtisadi inkişafın üçüncü mərhələsindəki cəmiyyətlərdə xüsusilə informasiya və imic, mədəniyyət, ideo­logiya, dəyər kimi amillər önə çıxdı. Yəni sənaye cəmiy­yə­tində daha çox maddi varlıqlara söykənən bir quruluş gös­tərirkən, informasiya cəmiyyəti maddi olmayan varlıqlara söy­kənir. Mikro elektronika, kompüter, ünsiyyət və maliyyə sahələrində reallaşdırılan böyük proseslər inkişaf edən infor­masiya texnologiyalarının bütün sektorlarda, iqtisadi və icti­mai həyatın hər sahəsində istifadə edilməsi, qısa müddətdə istehsalda məhsuldarlığı artırıb. Yeni texnologa, sosiol-iqti­sa­d i və mədəni inkişafı qamçılayan amil kimi qarşılıqlı və da­vam­lı asılılığı da olaraq ortaya çıxarıb.

Önümüzdəki dövr informasiya texnologiyaları ilə tə­biət­dəki bioloji proseslərlə inteqrasiya olunmasının gətirəcəyi yeni bir cəmiyyətə işarə edir. Gələcəkdəki cəmiyyət fərqli tex­­nologiyaların qaynaşmasından meydana gələcək. Bəzi mütəxəssislər, biyo cəmiyyətin informasiya cəmiyyətinin bir var­yantı olduğunu düşünürlər. Pərvanəli təyyarələrdən reak­tiv­lərə keçişdə olduğu kimi eyni texnologiya daha təsirli is­tifadə edilir. Nano texnologiya biyoteknologiyaya adaptasiya edilir. Aşağıdakı şəkil tarix boyunca yaşanan böyük ictimai dəyişmə dalğalarını göstərir.

İstehsal və əmək, quruluş etibarilə araşdırıldığında sə­naye cəmiyyətində kütləvi istehsalın və fiziki əməklə birlikdə fabrikdə tam zamanlı işin əsas olduğu görüləcək. İnformasiya cəmiyyətində isə daha qıvraq texnologiyalar, davamlı yenilik nəticəsində artan fərdiləşmə ilə birlikdə informasiya işçiliyi, yaradıcı əmək, yarı zamanlı və evdən iş kimi mövzular əhə­miy­yət qazanıb. İnformasiya cəmiyyəti-İnformasiya texnolo­gi­yaları miqyas təsiri, sürət, texnologiyada inkişaf, müştəri mərkəzlilik, təhlükəsizlik kimi dəyərlərin ön planda qiy­mət­ləndirilməsini lazımlı edir. Sənaye cəmiyyətinin təşkilatlan­ması şaquli, bürokratik, sərt və uzun vədəli bir quruluşda idi. Yeni təşkilatlar isə fəaliyyət əsaslı, elastik, bürokratik olma­yan şəbəkə strukturları şəklində formalaşırlar. Sənaye cəmiy­yətlərində infrastruktura qoyulan sərmayələr əsasən şoselər, yollar, körpülər, limanlar kimi nəqliyyata yönəldilirdi. İnfor­masiya cəmiyyətində isə xəbərləşmə və şəbəkələrə söykənən elektronik sistemlər önə çıxır.

İnformasiya texnologiyalarının şirkətlərin strategiyala­rının yaradılıb tətbiq olunması üzərində nə qədər təsirli olduğu son zamanlarda tez-tez ələ alınan bir mövzu halına gəlib. Qəti olan tək şey, informasiya texnologiyalarının həm milli, həm də şirkətlər səviyyəsində yaradılan strategiyaların əhəmiyyətli bir qisimini meydana gətirdiyidir. Qloballaş­manın meydana gəlməsində böyük rol oynayan informasiya texnologiyaları. xəbərləşmə, əməkdaşlıq fəaliyyətləri, ticari fəaliyyətlər ilə təqdimat məqsədli fəaliyyətləri asan və sürətli bir prosesə çevirib. Qlobal miqyasda xəbərləşmənin sürətlə təmin edilə bilməsinə imkan verən texnologiyalar həm şirkət rəhbərlərinin, həm də siyasətçilərin informasiya texnologiya­larındakı strateji potensialı görmələrini təmin edib. İnforma­siya texnologiyaları, informasiyanın təhlili, xəbərləşmə və avtomatlaşdırmadakı tərəqqi, şirkətlərarası informasiya mü­ba­di­ləsi, inteqrasiya və iş görmə metodları üzərində yarattığı dəyişmələrə səbəb olublar. Bununla birlikdə təchizat xüsusiy­yət­lərinin yaxşılaşması və xərclərin çox böyük ölçüdə düş­məsi, proqramların asanlıqla istifadə edilə bilən hala gəlməsi də informasiya texnologiyalarının stratejik istifadəsinə təsir ediblər.

Qlobal rəqabətlə qarşılaşan şirkətlər, standart məhsullar ortaya qoya bilmə və bazarlarda müvəffəqiyyətli ola bilmək üçün informasiya texnologiyalarını fərqliləşə bilmək, daha elastik hərəkət edə bilmək və özünə xas bazarlar yarada bil­mək, məqsədiylə istifadə etməyə cəhd göstərirlər. İnfor­ma­siya texnologiyalarının dəstəyi olmadan və istifadə etmədən şirkətlərin qlobal miqyasda strukturlarını yenidən təşkilatlan­dır­maları qeyri-mümkün görünür. Buna görə də informasiya texnologiyaları gələcəyə yönəlmiş strategiyaların ən əhəmiy­yət­li amilinə çevrilir. Digər bir ifadəylə, rəqabətçi üstünlük əldə etmək üçün strategiya inkişaf etdirmə proseslərində in­for­masiya texnologiyalarını diqqətə almayan şirkətlər müvəf­fəqiyyətsiz olacaqdır. Qısaca, rəqabətçi üstünlük üçün əsas amil, informasiya texnologiyalarını idarə etməkdir.




Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin