ŞİRKƏTLƏr arasi rəqabəT


İqtisadiyyatın Liberallaşdırılması



Yüklə 223,9 Kb.
səhifə31/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   ...   27   28   29   30   31   32   33   34   ...   91
Rəqabət Kitabı (1)

İqtisadiyyatın Liberallaşdırılması

Qloballaşma ilə birlikdə 80-ci illərin başlarından eti­ba­rən gündəmdəki əhəmiyyətli mövzuların başında iqtisa­diy­yatın liberallaşdırılması gəlir. Daha əvvələr Keynesin iqtisad nəzəriyyəsində dövlətin iqtisadiyyata müdaxiləsinin yüksək olduğu bir mühit vardı. Bu mühitdə bu görüş hakim ikən, bu­nun səbəbi olaraq da iqtisadi həyatda özəl sektora və bazar me­xanizminə bir etibarsızlıq vardı. Dövlətin ənənəvi iqti­sa­diy­yatı idarə mexanizmlərinin bir çoxunun təsirsiz hala gəl­mə­si, məhsul və xidmətlərin və pul bazarlarının dünya miq­yasında inteqrasiya olunması ilə iqtisadiyyatdakı liberallaşma anlayışı qloballaşma ilə eyniləşib. Qloballaşma özündə, isteh­salı, resursların təmin edilməsini və tələbin tərkibini dəyişdi­rə­rək iqtisadi böyüməyi davam etdirməyi ya da canlandırma ilə dövlətin nəzarəti və müdaxiləsi yerinə bazar güclərinin oyu­nunu oynamasını məqsəd qoyan özəlləşdirmə, müba­di­lə­nin sərbəstləşməsi və nizamlanması tədbirlərinə daha geniş yer verilməsini ehtiva edir.

İqtisadiyyatın liberallaşdırılması "sərbəstləşmə" və "özəl­ləş­dirmə" adı ilə dünyada bütün sürətiylə davam edir. Dövlətin iqtisadi həyatdakı varlığının azalması və gedərək ortadan qalxması, beləcə iqtisadi liberallaşmanın təmin edi­lə­rək rəqabətçi bazar strukturlarının yaradılması, büdcə kəsir­lərinin azaldılması, sərmayənin alt təbəqələrə yayılması və bənzəri çox istiqamətli məqsədlər üçün özəlləşdirmə, az qala bütün ölkələrdə bir siyasət və üsul kimi ağırlıq qazanıb.

Sərbəst bazar iqtisadiyyatının bünövrəsini təşkil edən əsas paradiqma rəqabətdir. Dünyada yaşanan dəyişmə prose­sində, sərbəst bazar iqtisadiyyatından başqa iqtisadi modellər, rəqa­bətçi və yenilikçi daxili dinamikalaradan məhrum olduq­la­rına görə ya qismən ya da tamamilə sərbəst bazar iqtisa­diy­yatına çevrilmişlər və çevrilməyə davam edirlər. Sərbəst ba­zar iqtisadiyyatının yenilikçi və rəqabətçi motivləri şirkətlərin genetik kodları (müştəri, texnologiya, məmul, istehsal müd­dət­ləri, insan resursları, rəhbərlik tərzləri, şirkət daxili iqlim vs.) üzərindəki təzyiqini o qədər artırıb ki, bu dəyişməyi qə­bul etməyən, genetik kodlarında lazımlı dəyişikliyi edə bil­məyən şirkətlər varlıqlarını davam etdirə bilməyib nəticədə yox olurlar.

Bugün təhsil, səhiyyə, təhlükəsizlik kimi xidmətlər ar­tıq tamamilə "dövlət malı" adlandırılmır. Bəzi ölkələrdə bu cür xidmətlərdə dövlətin yanında özəl sektorun da fəaliy­yət­lərinin genişlədiyi görülür. Bəzi ölkələr isə çox daha radikal bir şəkildə ənənəvi olaraq dövlətin əsas fuksiyası olan mü­da­fiəsi tamamı ilə özəlləşdirilib. Çili, dünyada müdafiə siste­mi­ni tamamı ilə özəlləşdirən ilk ölkədir və Çili modeli hələ də bir çox ölkə tərəfindən tətbiq mərhələsindədir. Özəlləşdirmə, təhsil, səhiyyə, müdafiə məsələləri ilə məhdud deyil. Uzun illər dövlətin inhisarında olan poçt və telekommunikasiya, dəmiryolları və hava yolları, enerji kimi xidmətlər gedərək özəl sektora verilərək özəlləşdirirlir. ABŞ-da bir çox əyalətdə həbsxanaların belə özəl sektora təhvil verildiyini görmək təəccübləndirici olsa da həqiqətdir. Özəlləşdirmə bugün ən böyük inqilablarından biridir və iqtisadiyyatı liberallaşdırılma strategiyalarının bünövrəsini təşkil edir.

İqtisadiyyatda liberallaşma, iqtisadi rifahın və zəngin­li­yin əsas qaynağını meydana gətirir. Şübhəsiz, bu fikrə yönəl­dilən etirazlar da var. Bəzi müəlliflər bir qisim ölkələrin yox­sul­luq içində olmasının əsl səbəbini inkişaf etmiş ölkələrin uzun illər bu ölkələrii istismar etmələrinə bağlayırlar. Bu öl­kə­lərin iqtisadi inkişafdan qeri qalmalarının səbəbi impe­ria­lizm olduğu ifadə edilir. Ancaq, Tayvan, Singapur kimi köh­nə müstəmləkə ölkələrin son otuz il içərisindəki möcüzəvi iq­tisadi böyüməsi əhəmiyyətli ölçüdə bu fikri çürüdür. Bundan başqa atom bombası ilə yerlə bir olan Yaponiyanın necə olub da iqtisadi rifah səviyyəsini artırdığını bütün cəhətləri ilə təhlil etmək lazımdır. Asiya ölkələrinin möcüzəvi iqtisadi böyü­məsində rol oynayan başlıca amil bu ölkələrdə bazar iqtisadiyyatının tətbiq olunması və dövlətin bazar iqtisadiy­yatı üzərində maneə törədici olmamasıdır. Heç şübhəsiz, təh­silə verilən əhəmiyyət, iş əxlaqı və iş intizamı kimi ünsürlər də bu ölkələrdəki inanılmaz iqtisadi inkişaf üzərində təsirli olmuşdur. İqtisadçılar bu amillərin əhəmiyyətini vurgulaya­raq, iqtisadi rifah üçün iqtisadiyyatda liberallaşmanın lazımlı olduğu məsləsində fikirləri üst-üstə düşür.




Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin