12
“Bəri bax” xalq mahnısının
ritmik quruluşunun mün-
sərih-1 qəlibinə tam uyğunluğunu görə bilərik:
Pəncərədən daĢ gəlir ay bəri bax,
bəri bax
Müftə’i
lün fA’i
lün müftə’i
lün fA’i
lün
“Ay gedən oğlan” xalq mahnısının aşağıdakı
parçasının ritmik quruluşu səri-1 qəlibinə tamamı ilə
uyğundur:
Ay gedən oğlan hil olum boynuna
Müftə’i
lün müftə’i
lün fA’i
lün
Bu misalların sayını artırmaq da olar. Bəzən bunları
da
, yəni folklorumuzda əruza yaxın nə varsa hamısını
yanlış olaraq, sonradan “əruzun təsiri”
nəticəsində
yarandığını iddia edirlər (
4). Əslində isə, bu belə deyil.
B
irincisi, bu orijinal folklor
nümunələrinin çoxunun
yaranma tarixi əruzun yaranma tarixindən qədimdir. Digər
tərəfdən, ərəb müəlliflərinin yaratdığı və əsasən elitar
dairədə işlədilən, öyrənilməsi də çətin olan ritmik sistemin
folklorumuza bu qədər güclü
təsir etməsi o qədər də
ağlabatan deyil. Hər halda,
dilimizdəki və xalq
musiqimizdəki bu ritmləri əruzdan xəbərsiz xalqımız
özü yaratmışdır.
Muğam musiqisinin “əruz üzərində qurulması” mə-
sələsinə gəldikdə,
birincisi, onu qeyd edək ki, muğamın
yaranma tarixi əruzun yaranma tarixindən çox-çox
qədimdir (
15) və muğam
şifahi ənənəli professional
musiqi kimi
yalnız əruzla məhdudlaşan ritmik sistemə
sığacaq sənət deyil. Əruz
vəzni muğama sonradan bir
ənənə kimi daxil olmuşdur.
Dostları ilə paylaş: