Şirvani Ədilli



Yüklə 0,65 Mb.
səhifə47/55
tarix03.01.2022
ölçüsü0,65 Mb.
#51989
1   ...   43   44   45   46   47   48   49   50   ...   55
Mahnılarda mətn problemi
Mətn üçün şeir forması seçimi və bölgü məsə-ləsi. Məlumdur ki, mahnılar söz və ritmik musiqidən ibarət olur. Sözlər isə hansısa şeir formasında olur. Yəni mahnıların musiqisi adətən şeirlərə, özü də sərbəst olma-yan, daha çox heca vəznində, bəzən də əruz vəznində olan şeir formalarına bəstələnir. Sual olunur, mahnıların musiqisinin mütləq sərbəst olmayan şeir formalarına bəs-tələnməsi zəruridirmi? Bölgüsüz sərbəst şeirlərə musiqi bəstələmək olmazmı? Bu suala cavab vermək üçün mahnı mətnlərindən aşağıdakı bir misala baxaq:
Könlüm qəmi neylər?

Dilim nəğmələr söylər,

Təki mənə bircə kəlmə

“Sevirəm” de.


Bu parçada birinci misrada 6, (musiqi bölgüsü 3-3 olduğu halda deyiliş bölgüsü 2-2-2-dir) ikinci misrada 7, 3-cü misrada 8, 4-cü misrada 4 heca var. Bu nümunəni heca vəzninə yox, fərqli bölgülü sərbəst şeirə aid etmək olar. Mahnının professionallığına, gözəlliyinə və sevilmə-sinə isə söz ola bilməz.

Daha bir mahnı mətninə nəzər yetirək:


Gəlmişəm otağına oyadam səni,

Qaragilə, oyadam səni.

Nə gözəl xəlq eləyib yaradan səni,

Qaragilə, yaradan səni.

Qaragilə” xalq mahnısı
Bu misalda birinci və üçüncü misrada 12, ikinci və dördüncü misrada isə 9 heca var. Misralarda hətta şeir deyilişi üçün ənənəvi bir bölgülənmə də yoxdur. Yəni heca vəzninin əsas qaydaları (misralarda heca sayının bərabərliyi və uyğun bölgülənmə) özünü göstərmir. Qafi-yələnmə isə var. Deməli bu şeiri heca vəzninə yox, bölgüsüz, qafiyəli sərbəst şeirə aid etmək olar. Bu mahnının musiqisinin gözəlliyindən və necə sevilməsin-dən danışmağa isə ehtiyac yoxdur. Xalq mahnılarımız-dan belə misalları çox gətirmək olar.

Bu faktlar onu göstərir ki, gözəl mahnılar yarat-maq üçün mətnin sərbəst olmayan şeir formalarında (hətta, bölgülü şeir formalarında) olması vacib deyil. Çünki, bəhrsiz (qeyri-ritmik) musiqilərdən fərqli ola-raq ritmik mahnılarda sözlər bölgü və ritm cəhətdən musiqiyə tabe olduğundan, yalnız deyilişə xidmət edən şeir bölgülərinin və ümumiyyətlə vəznin olub-olmaması əhəmiyyət kəsb etmir. Musiqinin öz bölgü-sü və ritmi var ki, mahnıda mətni özünə tabe edir. Hətta musiqi bölgülü şeirə bəstələndikdə belə, onu şeir bölgülərinə uyğun olmayan bölgüdə bəstələmək olar. Özü də musiqinin bölgülənmə imkanları şeirdəki kimi məhdud yox, çox genişdir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin