Siyasət sosial hadisə kimi


Hakimiyyət bölgüsünün prinsipləri



Yüklə 22,92 Kb.
səhifə4/4
tarix02.06.2023
ölçüsü22,92 Kb.
#127593
1   2   3   4
37-42-ci suallar

Hakimiyyət bölgüsünün prinsipləri

Siyasi hakimiyyətin mühüm bir göstəricisi hakimiyyət bölgüsünün düzgün həyata keçirilməsidir. Söhbət qanunverici (qanunlar verǝn), icraedici (verilmiş qanunlar Əsasında idarəçiliyi həyata keçirən) və məhkəmə (qanunların qorunmasına nəzarət edən və ədalət məhkəməsi həyata keçirən) hakimiyyətinin bir-birindən ayrılmasından və onlar arasındakı münasibətlərin aydın ifadə edilməsindən gedir.] Hakimiyyətin bu üç əsas qanadının müstəqilliyi ta'min edilmədikdə normal idarəetmə həyata keçirilə bilmir, ciddi ǝyintilər baş verir. Buna diqet yetirən Monteskye göstərirdi ki, qanunverici orqan hakimiyyəti həyata keçirə bilməz, çünki o qanunlar işləyib hazırlamaqla məşğuldur. Hakimiyyəti həyata keçirənlər isə bu qanunlara tabe olmalıdır. Öz növbəsində bu iki tərəf qanunların yerinə yetirilməsinə məhkəmə nəzarəti təşkil edə bilməz. Bu iş müstəqil hakimiyyət orqanının məhkəmələrin funksiyasıdır. Odur ki, əgər qanunverici və icraedici funksiyalar birləşərsə, onda azadlıqdan söhbət gedə bilməz.
Qanunverici orqan xalqın normal və ədalətli sakit fəaliyyətini ta'min edən qanunlar qobul edir. Icraedici bu qanunlarda ifadə olunan ümumi dövlət iradəsinin yerina yetirilməsini ta'min edir. O bu qanunları necə yerinə yetirdiyi barədə qanunverici hakimiyyət qarşısında hesabat verir. Məhkəmə heç bir siyasi qrup və ya partiya ilə əlaqəli olmamalı, müstəqil fəaliyyət göstərməlidir. O ancaq qanundan çıxış etməlidir. Siseron deyirdi ki, hakim danışan qanun, qanun isə lal hakim deməkdir.)
Bu üç hakimiyyət növü arasında ahəngdardlığın dərəcəsi ölkədə dövlət idarəçiliyinin mükəmməllik səviyyəsini ifadə edir. Doğrudan da praktiki həyatda çox vaxt onlardan hər hansı birinin üstünlüyünün şahidi oluruq. Belə vəziyyət indiki cəmiyyətdə də bə'zən özünü göstərir. Bu, yaşadığımız keçid dövrünün şəraiti ila izah edilir. Yə'ni cəmiyyətimizdə totalitar rejimin qalıqları tədricən aradan qalxmaqdadır, lakin onlar hələ də özünün ləngidici tə'sirini göstərə bilir. Bunun nəticəsində demokratik idarəetmə formaları tam gücü ilə fəaliyyət göstərə bilmir. Azərbaycan cəmiyyəti sabit inkişaf yolu ilə irəlilədikcə hakimiyyətin bu üç növü arasındakı həqiqi əməkdaşlıq bərqərar olmaqdadır. Indi bu istiqamətdə çox mühüm işlər görülür.
Yüklə 22,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin