Tərcümeyi-halda göstərilməsi zəruri olan məlumatlar:
soyadı, adı, atasının adı;
doğulduğu tarix (gün, ay, il və yer), doğulduğu yer, milliyəti;
harada, nə vaxt və hansı tədris müəssisəsində təhsil alması, ixtisası;
əvvəlki-hazırkı iş yerləri, tutduğu vəzifə;
hazırda işləməyən və ya vəfat etmiş qohumların son iş yeri və vəzifəsi;
hərbi xidməti haqda məlumatları;
ailə vəziyyəti və nikaha nə vaxt daxil olmaqları haqda məlumatlar;
Qohumların məhkumluğu varsa;
yaşadığı və faktiki qeydiyyatda olduğu ünvan.
Akademik nitqin növləri: monoloji, dialoji ve polioloji nitq
Nitqin formaları və strukturu nitq şəraitindən və nitqin motivindən, insanın psixoloji və fiziki durumundan, tərəf-muqabillər arasındakı münasibətlərin səciyyəsindən asılı olaraq dəyişir.
Kommunikativ fəaliyyət münasibətlərin düzəlməsi və ümumi nəticə əldə edilməsi məqsədilə iki və daha artıq insanın razılaşma və birləşməyə yönəldilmiş səylərinin qarşılıqlı təsiridir. Dilin kommunikativ funksiyası ümumxalq dili vahidlərinin insanların ünsiyyət şəraitindən, məqsədindən asılı olaraq, cəmiyyətin ayrı-ayrı üzvlərinin qarşılıqlı təsirinin müxtəliflnövlülüyündən müvafiq istifadəsini müəyyən edir. Dialoji nitq ümumxalq dilinin funksional-üslubi danışıq müxtəlifnövlülüyü forması kimi, dilin kommunikativ funksiyasının parlaq tərənnümünü özündə əks etdirir. Belə ki məhz dialoji nitqdə məlumat insan kollektivinin ardıcıl qarşılıqlı ünsiyyətinə keçir.
Dialoqun nəzəriyyəsi geniş linqvistik problemlər çevrəsi ilə əlaqədar olub, dilçilik çərçivəsindən də kənara çıxır. İnsan münasibətlərinə maraq olan hər bir yerdə dialoqa da maraq yaranır, çünki dialoqla biz kommunikasiya, qarşılıqlı təsir, kontakt haqqında təsəvvürlərimizi əlaqələndiririk. Son illər dialoqa kompleks yanaşma inkişaf edir ki, bu da nitqə psixolinqvistika və sosial psixologiyanın nəzəri nailiyyətlərini təcəssüm etdirən insan fəaliyyətinin müxtəlifnövlülüyü kimi təsəvvürə əsaslanır. Dialoji nitq məişətdə, televiziya və radioda (müsahibə), internetdə insanların gündəlik həyatının bir hissəsidir.
Akademik lüğətlərdə monoloqu “öz-özü ilə təklikdə nitq,yaxud bir şəxsin dinləyicilərə ünvanlanmış sürəkli nitqi” şəklində izah edirlər.
Şifahi monoloji nitq nitq ünsiyyətinin mürəkkəb formasıdır. Şifahi monoloji nitq qədim elm olan ritorikanın əsasında durur. Bu elm bəşəriyyətin inkişafında çox böyük rol oynamışdır.
Monoloji nitq məqsədyönlü məlumatvermə,insanlara dil vasitəsilə şüurlu təsir göstərmə prosesidir. Natiq dinləyicilərə müəyyən mövzu üzrə müvafiq dil formalarına salınmış və müəyyən məqsəd daşıyan düşündükləri ilə müraciət edir ki, bu da da ya dinləyicilərdə müəyyən hiss və duyğular oyatmağa, yaxud onları müəyyən hərəkətlərə təşviq etməyə yönəldir.Buna müvafiq olaraq,informasiya (məlumat)verən, inandıran və təhrik edən nitq növlərini müəyyənləşdirirlər. İnformasiya (məlumat) verən nitq məlumatlandırıcı nitqin məqsədi-yenini dərk etmək və mənimsəməkdə kömək göstərmək, fənn (yaxud obyekt) haqqında anlayış verməkdir.Bu isə yalnız nitq aydın və maraqlı olduqda mümkündür.Nitqdə nəqletmə,təsvir,mühakimə yürütmək, xüsusilə onun şərh kimi növlərindən biri üstünlük təşkil edə bilər.
Nitqdə iştirak edənlərin sayından asılı olaraq, nitqin polioloji forması da mövcuddur. Məhz buna görə də şifahi və yazılı kommunikasiya zamanı üç nitq növü ayrılır: Monoloq, dialoq və poliloq. Ədəbiyyatlarda bunların ikisi haqqında (monoloq və dialoq) geniş məlumat verilir. Şifahi nitqin hər iki növündən bədii və publisistik üslublarda istifadə olunur. Dialoji və poliloji nitqin sosial mahiyyəti daha güclüdür. Bu nitqlərdən mübahisəli məsələlərin həllində, barışıqda, elçilikdə, ağsaqqal və ağbirçəklərin, nüfuzlu adamların apardıqları danışıqlar zamanı istifadə olunur. Polioloji nitq bəzən teleradio verilişlərində, teledebatlarda da özünə yer tutur. Dram əsərlərində də ikidən artıq şəxsin iştirak etdiyi səhnələrdə poliloji nitq formalarından istifadə olunur. Şifahi və yazılı kommunikasiya zamanı bir çox nitq formaları, tipləri və növləri meydana çıxır. Onların bəziləri danışıq nitqinə uyğundur və əsasən, məişət üslubuna məxsus olan xarakterə malikdir. Düşüncənin yazılı şəkildə ifadə olunması onun müəyyən standart və ölçüyə salınmasıdır. Beləliklə, həm şifahi, həm də yazılı kommunikasiya vasitəsilə dil daşıyıcısı ondan bəhrələnir. Bu zaman dilin funksionallığı və işləkliyi çoxalır, o daha güclü potensial qüvvəyə malik olur.