SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə28/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   24   25   26   27   28   29   30   31   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
24-29 
 


~ 26 ~ 
Əlillik, insanın fiziki və ya psixi vəziyyətinə görə normal funksiyaları yerinə yetirmək 
qabiliyyətini itirdiyi bir vəziyyətdir. Anadangəlmə, xəstəlik və ya xəsarət nəticəsində əlillik 2 yerə 
bölünür: 
1.Fiziki (görmə və ya eşitmənin; ətrafların itirilməsi və s.); 
2.Əqli (autizm, daun sindromu və s.). 
Fiziki əlilliyin təsnifatı 
Daimi və müvəqqəti olmaqla fiziki əlilliyi aşağıdakı kimi təsnif edə bilərik: 
1.Sensor (görmə, eşitmə); 
2.Motor (motor bacarıqlar və bədənin hərəki hissələri) [3]. 
Görmə qabiliyyətinin itirilməsi, gözün obyektləri dəqiq və ya heç görməməsi anlamına gəlir. 
Anadangəlmə və sonradan xəsarət nəticəsində görmənin itirilməsi arasında bir sıra fərqlər var. 
Görmənin itirilməsi insanın dünyanı necə dərk etdiyini və fəaliyyətini dəyişdiyinə görə pozulma 
idrak, emosional, nervoloji və fiziki inkişafa təsir göstərir. Məsələn, görmə əlilliyi olan uşaqların 
üçdə ikisində əqli gerilik, serebral iflic, eşitmə itkisi, epilepsiya və s. kimi problemlər rastlanılır [8]. 
Ümumi Dünya Təşkilatı zəif görməni mümkün olan ən yaxşı korreksiya ilə 20/70 –20/400 
arasında görmə kəsiliyilə və ya 20 dərəcə olması ilə təyin edir. Görmə qabiliyyətinin tam itirilməsi 
isə mümkün olan ən yaxşı korreksiya ilə 20/400 – dən daha pis görmə kəsiyilə və ya 10 dərəcə və 
daha aşağı olması kimi müəyyən edilir. 
Zaman keçdikcə inkişaf da müxtəlif formada özünü biruzə verir. Görmə əlilliyi olan insanların 
həyat şəraitinin, rifahının yüksəldilməsi üçün müxtəlif vasitələrdən istifadə olunur. Bu vasitələrə 
texnolji avadanlıqlar, audio nəşrlər, brayl kitablar və s. misal çəkmək olar. Digər ölkələrdə audio, 
brayl kitab nəşrləri çoxdur, ancaq öz dilimizdə audiokitab tapmaq bir az çətindir. Böyüklər üçün 
―Audiokitab‖, kiçiklər üçün isə ―Danışan kitab‖ Azərbaycan dilində olan tətbiqlərdir [6]. 
Görmə əlilliyi olan şəxslərin komputerdən istifadəsi mümkündürmü? Bu suala, bəlkə də, əksər 
insanlar ―xeyr‖ cavabı verə bilər. Ancaq xüsusi çevirici aparatlar sayəsində komputer yazıları 
səsləndirir. Xüsusi təlimlər nəticəsində klaviaturadan istifadə edərək görmə əlilliyi olan şəxslər 
asanlıqla komputerdə mətn yazmağı bacarır. Hətta böyük şirkətlər funksiya əlavə edərək görmə 
əlilliyi olan şəxslərin telefondan istifadəsini rahatlaşdırıb. Beləliklə texnologiya yalnız tipik 
insanların deyil, əlilliyi olan insanların da həyat fəaliyətinə təsir göstərdiyini əyani şəkildə müşahidə 
etmiş olduq. 
Dünya əhalisinin təxminən 5%-i eşitmə zəifliyindən əziyyət çəkir və problemi aradan qaldırmaq 
üçün reabilitasiyaya ehtiyac duyur. Eşitmə əlilliyi olan şəxslər arasında çox hissəni yaşlı insanlar 
təşkil edir. Eşitmə əlilliyin yüngül, orta və ağır olmaqla 3 səviyyəsi var. Eşitmə qabiliyyəti zəif olan 
şəxslər danışıq dili ilə ünsiyyət qurur, eşitmə cihazlarından və digər köməkçi vasitələrdən istifadə 
edirlər. Eşitmə qabiliyyəti ağır olan şəxslərdə duyma ya çox az, ya da heç olmaması deməkdir. 
Eşitmə qabiliyyətinin itirilməsi nitqə də öz təsirini göstərir. Sonradan qazanılan eşitmə əlilliyi ağır 
olan şəxslərdə nitq getdikcə zəifləməyə başlayır. Ünsiyyət zamanı işarət dilindən istifadə edirlər.
Eşitmə qabiliyyətinin itirilməsində bir sıra səbəblər var: 
1.Anadangəlmə; 
2.Qazanılma. 
Doğuş zamanı yaranmış problemlər nəticəsində eşitmə qabiliyyətinin itirilməsi anadangəlmə 
səbəblərə aid edilir. Bura irsi və irsi olmayan faktorlar da daxildir. Ana bətnində körpənin eşitmə 
orqanı düzgün inkişaf etməməsi, hamiləlik zamanı ananın yoxlucu xəstəlik keçirməsi, doğuş zamanı 
körpənin çəkisinin az olması anadangəlmə eşitmə əlilliyin yaranmasında zəmin rol oynayır [9]. 
İstənilən yaş dövründə rast gəlinən əlilliyə isə qazanılan əlilik deyilir. Bura uşağın bir sıra 
xəstəliklər – qızılca, skarlatina, qrip keçirməsi, qulaq və başın fiziki travması, yüksək səsdə 
qulaqcıqlardan istifadə və s. aiddir. 
Kiçik yaşlarda eşitmə orqanın zəifləməsi, öz funksiyasının itirməsi intelektin və əqlin inkişafına 
səbəb olan yeganə fiziki əlillikdir. Öz nitqini və ətrafdakı səsləri eşitməyən uşaqlar danışmaqda 
çətinlik çəkirlər [7]. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin