~ 28 ~
embrionun quruluşudur. Körpənin beyni nəticədə onurğa beyni və onları əhatə edən toxumalara
çevrilir. Ümumi olaraq, sinir borusu hamiləliyin ilk dövründə əmələ gəlir və 28-ci gün bağlanır. Bu
proses sinir borusunun tamamilə bağlanmadıqda və ya düzgün inkişaf etmədikdə baş verir. İnkişafın
düzgün getməməsi onurğa beynində və onurğa sümüklərində problem yaradır.
―Onurğanın bölünməsi‖ mənası verən spina bifidanın əsas üç növü var. Spina bifidanın ən
ağır növü miyelomeningoseldir. Bu növdə onurğa beyninin bir hissəsi arxadan çıxır. Meningocele
tipi onurğa beyni əhatə edən maye dolu kisə körpənin kürəyindən çıxır. Occulta növünə isə bəzən
gizli spina bifida deyirlər. Körpənin kürək və bel hissəsində heç bir çıxıntı olmur. Körpədə onurğa
beyni və sinirlər düzgün şəkildə inişaf edir, ancaq onurğanın sümüklərində kiçik fərqliliklər hiss
olunur. Hətta bu növündən olan şəxslər bəzən spina bifida olduqlarını bilmirlər. Çünki heç bir
simptom özünü göstərmir. Lakin bəzi insanlar bel ağrısı, ayaq zəifliyi, bağırsaq və ya sidik kisəsi
problemlərindən əziyyət çəkirlər [4].
Epilepsiya beyinə təsir edən və tez – tez qıcolmalara səbəb olan ümumi bir vəziyyətdir.
Tutmaların səbəbi beynin işləməsinə müvəqqəti təsir edən elektrik aktivliyin partlamasıdır. Bu
genetik və ya sonradan qazanılmada ola bilər. Ağır kəllə-beyin tavması, beyin infeksiyası, doğuş
zamanı oksigen çatışmazlığı, kəskin narkotik və ya spirtli içkidən istifadə epilepsiyanın sonradan
qazanılmasına səbəb oıla bilər. Epilepsiya özünü hər yaşda göstərə bilər, ancaq uşaqlıq dövründə və
60 yaşdan sonra daha çox rastlanır. Tutmalar çox zaman uzunmüddətli (ömürlük) olur, bəzən
zamanla yavaş – yavaş yaxşılaşa bilər.
Tutmalar beynin hansı hissəsindən asılı olaraq insanlara müxtəlif yollarla təsir edə bilər.
Tutmalara şüuru itirmək, boş baxmaq, bədənin sərtləşməsi, qarında yüksəlmə hissi, qeyri-adi
qoxular, dadlar və sairə olmasını misal göstərmək olar. Epilepsiyada tutmalar zamanı şüurun
itirilməsi bəzən nə baş verdiyini xatırlamama kimi vəziyyətlərə səbəb olur [5].
Əlilliyi olan hər bir şəxs vəziyyətini qəbul edib, ən yaxşı hala doğru irəliləməyə və vəziyyətini
stabil saxlayaraq həyata adaptasiya olmağa cəhd göstərməlidir. Bildiyimiz kimi, epilepsiyada fiziki
əlilliyin bir növü olub, adətən ömür boyu davam edir. Epilepsiyası olan şəxslər tutmaları yaxşı idarə
etsə, həyat şəraiti qaydasına düşəcək. Epilepsiyaları olan uşaqlarların əksəriyyəti məktəbə gedə,
digər fəaliyyətlərlə də məşğul ola bilər: idman, musiqi, gimnastika və s. Həmin şəxslər hər hansısa
fəaliyyətə başlamadan öncə müəssisəyə bu haqda məlumat verməsi məqsədəuyğundur.
Dostları ilə paylaş: