~ 27 ~
Bətndaxili dövrdə eşitmə orqanının inkişafının düzgün getməməsi ən ağır formadır. Bu,
eşitmənin tam itirilməsinə dəlalət edilir. Eşitməni tam itirən şəxslərin nitq aparatında heç bir üzvi
pozğunluq olmur. Beləliklə eşitməməyin nəticəsində lallıq yaranır.
Tibbi cəhətdən eşitməyən
şəxslərdən fərqli olaraq zəif eşidən insanlarda eşitmə qabiliyyəti tam itmir. Beləki zəif eşidən
şəxslər bir məsəfadən də olsa səsləri eşidirlər. Həmçinin bu şəxslər məhdud sayda olsa da nitq
ehtiyyatlarına malikdir. Cihazların köməyi ilə zəif eşidən şəxslər asanlıqla cəmiyyətə adaptasiya ola
bilirlər.
Bədənin hərəki hissələrin qabiliyyətinin itirməsi fiziki əlilliyin bir növü olan motor
bacarıqlarının disfunksiyasını əhatə edir. Bu növə aid olan əlillik insan həyatının hərəkətliyini,
dözümlüyünü və ya çevikliyini məhdudaşdırır. Ətraf hissələrin və
ya onun iş qabiliyyətinin
itirilməsi insan həyatına təsir edir. Beləki fiziki əlilliyi olan şəxslərin yerimək, əllərini, ayaqlarını
hərəkət etdirmək, oturmaq və ayaq üstə durmaqda çətinlik çəkmək, eləcə də əzələlərini idarə etmək
kimi bədən hərəkətlərini yerinə yetirə bilməmə problemləri var. Motor bacarıqları aşağıdakı kimi
təsnif etmək olar.
1.əzələ - skelet sisteminin ciddi əyriliyi;
2.serebral iflic;
3.spina bifida;
4.beyin zədələri;
5.epilepsiya [8].
Əzələ - skelet sistemi insanın ayaqda dayanmasına və hərəkətinə kömək edən vasitədir.
Əzələ - skelet sisteminin düzgün inkişaf etməməsi oynaqlara, sümüklərə və əzələlərə təsir göstərir
və nəticədə ətrafların itirilməsinə, deformasiya olunmasına gətirib çıxarır.
Ümumi olaraq, bel və
boyun ağrıları, osteoartrit, skolioz, kifoz, lordoz, sümük kövrəkliyi ilə bağlı sınıqlar və s.
nümunələri göstərə bilərik.
Sinir-skelet-əzələ sistemi əlilliyi degenerasiya səbəbindən fiziki əlilliklə nəticələnən bədən
hissələrini hərəkət etdirə bilməməsi kimi müəyyən edilir. Bu sistemə bir sıra xəstəliklər aid edilir:
serebral iflic, spina bifida, insult,
onurğa beyni zədəsi, kəllə - beyin travması və poliomielit
Serebral iflic insan bədəninin hərəkətini ləngidir və idarəsini çətinləşdirir. Motor nəzarətinə
təsir edən ən çox rast gəlinən əlillikdir. Səbəbi doğuşdan əvvəl və ya erkən yaşlarda alınan beyin
zədəsi, oksigen çatışmazlığı, beynin düzgün inkişaf etməməsi,
çiy ət qəbul etmək, narkotik və
spirtli içki qəbuludur. Serebral iflic uşaqlara müxləlif yollarla təsir edir. Serebral iflicin bir sıra
növləri var və təsir etdiyi nahiyələrə əsasən 2 yerə ayrılır:
1.Bədən hissəsinə görə;
2.Beyin zədəsinə görə.
Bədən hissəsinə görə a) quadriplegiya b) triplegiya c) diplegiya ç) hemipleji d) monoplegiya
olmaqla 4 yerə ayrılır. Quadriplegiya növündə hər iki – yuxarı və aşağı ətrafa təsir göstərir.
Triplegiya növündə üç əzaya – bir qol və hər iki ayağa təsir edir. Diplegiya növü yalnız aşağı
ətraflara təsir edir. Hemipleji növündə bədənin bir tərəfinə təsir göstərir. Məsələn, sağ qol və sağ
ayaq, ya əksinə. Monoplegiya isə yalnız bir əzaya təsir göstərir [2].
Serabral iflic beyin zədəsinə görə isə a) spastik b) diskinetik c) ataksik d) qarışıq olaraq 4
hissəyə ayrılır. Spastik serabral iflic ən çox yayılan növlərindən biridir. Təxminən insanların 70-
80%-nə təsir göstərir. Beynin hərəki qabığının zədələnməsi nəticəsində yaranır. Diskertik serebral
iflis ateoid adı ilə də tanınmaqdadır. Qeyri – iradi hərəkətlərlə xarakterizə olunan
bu iflic növü bazal
qanqliyaların zədələnməsi nəticəsində yaranır. Serabral iflic olan şəxslərin 6% -in də müşahidə
olunub. Ataksiya iflic növü də diskertik növü ilə eyni faizi paylaşır. Beyinciyin zədələnməsi
nəticəsində yaranan bu növ titrək hərəkətlərlə xarakterizə olunur və insanın tarazlığına təsir gösərir.
Sonuncu növ olan qarışıq serebral iflic müştərək zədələnmə nəticəsində yaranır, yəni beynin bir
neçə nahiyəsinin zədələnməsi nəzərdə tutulur. Bu növ serebral
iflicin bir neçə növünün
simptomlarını özündə birləşdirir [2].
Spina bifida körpələrdə onurğa və onurğa beyninə təsir edən ən çox rast gəlinən
anadangəlmə əlillikdir. Bu sinir borusu əlilliyinin bir növüdür. Sinir borusu inkişaf etməkdə olan bir
Dostları ilə paylaş: