SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə37/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   33   34   35   36   37   38   39   40   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
30-35 
 


~ 34 ~ 
olmasına səbəb olur. Belə üzüntü çəkənlərin məlhəmi yalnız dua ola bilər. Məşhur alim Dr.Aleksi 
Karel ―Dua‖ adlı əsərində duanın müsbət təsirləri haqqında maraqlı bilgilər verir: 
―Həqiqətən dua kainatın yaradıcısı, hamımızın xilaskarı və himayədarı ilə fikri və hissi 
baxımından əlaqə qurmaq üçün edilən cəhdləri təmsil edir. 
Dua öz keyfiyyətinə, şiddət və qüvvəsinə, frekansına görə ruh və bədənə təsir edir. O, 
insanın üzünə yaxşılıq səltənətinin qapılarını açır. İnsan yavaş-yavaş ruhi cəhətdən sükuta qovuşur, 
qədərə qarşı böyük bir səbir qazanır. Ölümə, xəstəliyə, iztiraba və öz yaxınlarını itirməsinə böyük 
bir dözümlülük göstərir. Qəti olaraq bildiyimiz bir şey vardırsa o da duanın əl ilə toxunula bilən, 
gözlə görünə bilən təsirlər meydana gətirməsidir. Duanın tənəffüs funksiyasına oxşar tərəfləri 
vardır. Dua ilə insan Allaha çatır. İnsan suya və oksigenə möhtac olduğu kimi, Allaha da 
möhtacdır.‖ [8, 24-25] 
Dualar və bəddualar emosional arzu olaraq ərəb dilinin zəngin qrammatikasında da öz əksini 
tapmışdır. Belə ki, ifadə edilən diləyin, istəyin, nifrətin və s. bu kimi hisslərin həyata keçirilməsinin 
çox istənildiyini və hətta bir növ real fakt kimi qəbul edildiyini bildirmək üçün feilin keçmiş 
zamanından geniş istifadə olunur. [2, 485] Məsələn, ―Allah sənin ömrünü uzun eləsin!‖, ―Allah ona 
rəhmət eləsin!‖, ―Allah ona lənət eləsin!‖ kimi ifadələr azərbacan dilində yaxın gələcək zamana aid 
edilirsə, ərəb dilində isə ―Allah ona rəhmət elədi!‖ şəklində ifadə edilir. Burada hikmət ondan 
ibarətdir ki, bəndələrin maddi aləmdəki əməllərinin əvəzi ilk olaraq Allah-Təala tərəfindən verilir, 
sonra isə Tanrının rəhməti və lənəti yer kürəsinə sirayət edilir. 
Bir sözlə Allah-Təala etdiyimiz əməllərin, ibadətlərin gözəl olmasını istədiyi qədər onun 
necə bir qəlbi keyfiyyət içində və nə dərəcə təqva (Allahdan qorxub çəkinmə) ölçülərinə riayət 
edərək yerinə yetirdyimizə də baxar. [5, 88] 
Mövlanə həzrətləri belə buyurmuşdur: ―Ey qardaş sən təfəkkür ilə yaşamalısan. Əgər təfəkkür 
etdiyin gül isə sən gül bağçasındasan. Yəni, dünya cənnətindəsən. Təfəkkürün tikan isə, qızmar 
odun kötüyüsən‖. [5, 152] 
Bəli, fikrin, niyyətin və məqsədin gözəlliyi gül ətirli dua çələnginin yaranmasına, onun 
qəbuluna və həyatımızın bərəkətli keçməsinə səbəb olar. 
Haqq-Təala lütf kərəmiylə hər birimizə rizasına uyğun xeyirli bir ömür, səadət müjdələriylə 
gələn gözəl bir son nəfəs və camalına vüslətlə taclandırılmış məsud axirət həyatı bəxş etsin [4, 142] 
və hər birimizin könlünü günah, üsyan və qəflət qaranlığından mühafizə etsin! Qəlblərimizi Quran 
və Sünnə (şəriət) nuru ilə əhya edə bilməyi cümləmizə nəsib və müyəssər eləsin! 
Amin! [5, 199]. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin