SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə35/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   31   32   33   34   35   36   37   38   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
30-35 
 


~ 32 ~ 
tələskən xasiyyəti ucbatından həyatındakı çətinlikləri sınaq olaraq deyil, bəla kimi qəbul edərək 
əsəbi vəziyyətdə özünə, ailəsinə, övladına və malına şər diləməkdən çəkinmir. 
Xülasə, müsəlman müsəlmanlara günahkar da olsalar, bəddua etməkdən qaçınmalıdır. 
Çünki, insanın yaxşılığı üçün edilən dua qəbul olunma baxımından bədduadan daha üstündür. 
Ancaq ardıcıl olaraq müsəlmanlara düşmənçilik və dinə həqarət ünvanlanarsa ―o dinin Sahibi var‖ 
deyib bu düşmənçiliyi Allaha həvalə etmək lazımdır. [7, 28] 
Qurani-Kərimdə dua. 
Qurani-Kərim dua ilə başlayıb, dua ilə sona çatır. ―Fatihə‖ surəsi qısa və icmali bir duadır. 
Bu qısa surədə insan-Allah münasibəti xülasə şəklində verilmişdir. Buna görə də ―Fatihə‖ surəsi 
namaz ibadətinin əsası olaraq hər rikətdə oxunduğu kimi, namaz xaricində də çox oxunur. Quranın 
son iki- ―Fələq‖ və ―Nəs‖ surələri də duadır. Sevgili Peyğəmbərimiz (s) onları namazda və 
həmçinin sonrakı vaxtlarda oxumağı tövsiyə etmişdir. [7, 18] Ümumiyyətlə, Qurani-Şərifin hər bir 
surəsi insanı ləyaqətli, imanlı və məhsuldar həyat tərzi keçirməyə səsləyən bərəkətli ayələrdir. 
Hədislərdə dua. 
Əziz Peyğəmbərimiz (s) belə buyurmuşdur: ―Şübhəsiz ki, Allah çox həyalı və çox əliaçıqdır. 
Bir insan əllərini qaldırıb dua etdiyi vaxt onu boş qaytarmaqdan həya edər‖.
Bu hədisi-şərif lütf və kərəmi sonsuz olan Rəbbimizin ona əl açıb yalvaran qullarının 
istəklərinə cavab verəcəyini və onları öz mərhəmətindən məhrum etməyəcəyini göstərir. [8, 14] 
―Kimin üçün bu dua qapısı açılmışdırsa onun üçün mərhəmət qapısı da açılmışdır.‖ Rəsuli-
Əkrəmin (s) dediyi belə mübarək sözlər duanın mərhəmət xəzinələrinin qapısını açan bir açar 
olduğunu bəyan edir, hətta ilahi rəhmət qapısını döyən şəxslər üçün onun açılacağı və arzularının 
həyata keçiriləcəyi müjdəsini verir. 
Dua həm də bəla və müsibətlərə qarşı qoruyucu qalxandır. Məhəmməd Peyğəmbər (s) 
buyurur: ―Şübhəsiz ki, dua gələn və gəlməyən bəlaya da faydalıdır. Ey Allahın qulları, dua etməyə 
davam edin.‖ [8, 18]. Buradan məlum olur ki, duanın köməyi ilə qədərdə yazılı olan və daha 
meydana gəlməmiş bir bəla və müsibətin qabağı alına bilər. Əgər meydana gəlməsi yəqinlik 
qazanmışsa dua sayəsində Allah insana səbir və dözüm verir. [8, 19] Çünki ―səbir müvəffəqiyyətin 
açarıdır‖. Səbir olmasa imanın kamilliyindən, təqvanın (dindarlıq) tamlığından, əməlin uğurundan, 
əxlaqın gözəlliyindən danışmaq mümkün deyil. Səbir böyük insanların fəziləti, kiçiklərin isə 
ibadətidir. [1, 225] Dua insanın dünyəvi həyatının asayişini, əminamanlığını, təhlükəsizliyini təmin 
etdiyi kimi, ruhlar aləmindəki dincliyinə və rahatlığına da zəmanət verir. 
Belə ki, Bərzəx Qurani-Kərimdə adı keçən bir mənəvi aləm və ruhlar dünyasıdır ki, hər bir 
insan ondan keçməyə məhkumdur. Bərzəx qeybdir, lakin haqdır. Onun sərhəddi yoxdur. O, varlıq 
dünyasının surətidir. [1, 257] 
Məcazi dünya /Bərzəx/ ilə maddi dünya arasında rabitə, ruhlar və onlara bağışlanan duaların 
açdığı ―işıq cığırları‖ vasitəsilə təmin olunar. Bir dəfə Rəsuli Əkrəmdən (s) soruşdular ki, ölülərin 
hədiyyəsi nədir? Həzrət buyurdu: ―Sədəqə və dua‖. Ruhlar bu xeyir dualarla onları yada salanlara 
minnətdar olarlar. Ölənlərin ruhu üçün oxunan ayələr, edilən dualar, verilən ehsanat Bərzəxdə öz 
aqibətini gözləyənlərin rahatlığının təminatı və vəsiləsidir. [1, 258] 
Allahdan duamız odur ki, fani həyatımızdan sonra qəbrimizdə qiyaməti gözləyərkən yer 
üzündə bizi də yad edərək ruhumuzu şad edəcək dostlarımız olsun. Amin! [4, 143] 
Duanın axırında ―Amin‖ deyilməlidir. Bir hədisi-şərifdə duanın sonunda dua qəbul olunsun 
deyə ―Amin‖, ―Allahım duamı qəbul et‖ deyə bitirmək tələb olunur. Bu da duaların qəbul olunma 
şərtlərindən biridir. [7, 53] Öz-özünə dua etmək və ya mömin qardaşına dua edib-etdirmək duanın 
tezliklə qəbul olunmasına səbəb olur. Hədislərin birində deyilir ki, Sevimli Peyğəmbərimiz (s) 
qiyabi (dua edilən yanımızda və xəbəri olmadığı halda) edilən duaların qəbulunun daha uyğun 
olduğunu söyləmişdir: ―Dərhal qəbul olunmağa ən layiqli dua qiyabi edilən duadır‖, ―Mömin 
qardaşa qiyabi edilən elə bir dua yoxdur ki, mələklər də ―Amin, bir misli də sənə olsun‖ deməsin. 
Mələklərin ―amin‖ dediyi dualar mütləq şəkildə və təxirə salınmadan müstəcəb (çağırışa cavab 
verən) dualardır. [7, 54] 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin