SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə34/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   30   31   32   33   34   35   36   37   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
30-35 
 


~ 31 ~ 
İstər insan, istər heyvan – bütün varlıqlar özünə xas dillə dua edir. Ancaq hal (hərəkət və 
davranışlarla bildirmə) dili ilə dua etmək və fitrət dili ilə Allahı yad etmək daha çox heyvanlara və 
dilini anlamadığımız digər varlıqlara məxsusdur. Bildiyimiz və başa düşdüyümüz bir dillə dua 
etmək isə yalnız insanlara və cinlərə aiddir. [7, 10] 
Bəli, dua mahiyyət etibarilə ibadət xarakteri daşıyaraq, bəndənin məqamından və 
mövqeyindən asılı olmayaraq yalnız Allaha üz tutmasını tövsiyə edir. Bu əməl Tanrı hüzurunda 
insanın yoxsul, aciz və möhtac olduğunu dərk etməsindən irəli gələn həqiqətdir. 
Duada niyyət və məram sonsuz Qudrətə tapınmaq və Onunla münasibət qurmaqdır.
Müsəlmanın duada qısaca dörd vacib məqsədi ola bilər: 
1. Günahlarının əfvi; 
Mömin xətalı olduğunu düşünərək daim Allahdan əfv, mərhəmət diləyir. 
2. Ümid və arzu; 
Mömin layiqincə ibadət etməyi və Allahın inayətinə nail olmağı arzu edir. 
3. Allahdan kömək, lütf, müvəffəqiyyət istəyir; 
4. Qəza, bəla, müsibət və xəstəliklərdən qorunmaq istəyir. 
Mömin əmrləri yerinə yetirir, sonra da qəza, bəla, müsibət və xəstəliklərin uzaqlaşmasını və Allahın 
razılığını qazanmağı niyaz edir. [7, 16]. 
Dua və ibadət Allah ilə olmaq deməkdir. Allah ilə olan üçün ölüm də, ömür də məna 
qazanar. Bu təvəqqe rabitəsi insanın Allaha ən yaxın olduğu anlardır. Bunun üçün Allah-Təala 
―...səcdə et və yaxınlaş‖ (Əl-Ələq, 19) buyurmuşdur. Əks təqdirdə ömür mənasız, ölüm də qorxunc 
bir aqibətə düçar olmaqdan ibarət hala gələr. [6, 186] 
Duanın fəziləti onun imanla və səmimi qəlbdən yerinə yetirilməsindədir. Şah Nəqşbənd 
həzrətləri buyurur: ―... Elə bir qəlb yoxdur ki, Haqq-Təala oraya nəzər salmasın. O qəlbin sahibi 
istər bunu bilsin, istər bilməsin!...‖ Bu səbəbdən Haqq dostlarının ən böyük cəhd və himmətləri 
(xeyirxahlıq, səy, meyl) də ilahi həqiqətlərdən uzaq düşmüş xəstə və qafil qəlbləri islam və imanın 
nuruyla əbədi şəfaya qovuşdurmaq, möminlərin hüznlü və qəmli könüllərini də şəfqət və 
mərhəmətlə əhya etməkdən (diriltmək, canlandırmaq) ibarətdir. [4, 65] 
İman bir işıq saçan məşələ bənzəyir. Nəfsani və şeytani küləklər, bu işığı söndürmək üçün 
ömür boyu hər fürsətdə əsib-coşar. Məhz ibadətlər iman işığını bu mənfi küləklərə qarşı qoruyan bir 
fanus kimidir. [4, 76] Bu səbəbdən ibadətlər nə qədər xalis niyyətlə və məqbul bir keyfiyyətdə ifa 
edilərsə, qəlbdəki imanın nuru da bir o qədər güclü və parlaq olar. Həzrət peyğıəmbər (s.): ―İnsan 
sevdiyi ilə bərabərdir‖ buyurmuşdur. Öz-özümüzə düşünməliyik ki, görəsən, könlümüz nə qədər 
Allahla birlikdədir? Nə qədər Rəsulullahla (s) birlikdədir? Bunun müqabilində nə qədər nəfsani 
arzularla birlikdədir?‖ [4, 78]. Yəni, həyata keçməsini istədiyimiz arzuların, istəklərin və qəbul 
olunacağına dərin ümid bəslədiyimiz duaların təməlində qəlbin saflığı, şəffaflığı və nuraniliyi durur. 
Qəlb Allahın qonşusudur. Onun müqəddəs zatına qəlbdən daha yaxın heç bir varlıq yoxdur. 
Elə isə istər mömin olsun, istərsə asi, qəlbə əziyyət etməkdən uzaq olun! Çünki küfrdən sonra qəlbə 
əziyyət etmək qədər Allah-Təalanın inciməsinə səbəb olan başqa bir günah yoxdur. Zira qəlb Haqq-
Təalaya yaxınlaşa bilən varlıqların ən yaxınıdır. [4, 65] Xudavəndi-aləmə bu qədər yaxın olan 
varlığa diqqət etmək, həssaslıqla yanaşmaq və onu incitməkdən ehtiyat etmək lazımdır. Yoxsa 
qəlbisınıq kəslərin bədduasının hədəfinə çevrilmək olar. 
Bədddua nədir? O müəyyən bir səbəbdən kiminsə pisliyini istəmək deməkdir. Bu ifadə fars 
dilində pis, çirkin, fəna, yaramaz mənalarına gələn ―bəd‖ sözü ilə ərəb dilinə məxsus olan ―dua‖ 
sözünün birləşməsindən əmələ gəlmişdir. İnsanın özü və başqaları əleyhinə ―Allah qəhr etsin, Allah 
bəlasını versin‖ kimi ifadələrlə etdiyi dualara bəddua deyilir.
İslam dini müsəlmanlara bədduanı qadağan etmişdir. Peyğəmbərimiz (s): ―Öz əleyhinizə, 
övlad və mallarınızın əleyhinə əsla bəddua etməyin ki, duaların qəbul olunduğu saata (ana) düşər və 
bədduanız qəbul olunar‖ – buyurmuşdur. [7, 26] 
Adəm övladı fitrəti etibarilə hövsələsiz və səbirsizdir. Dua edərkən arzularının tez bir 
zamanda həyata keçməsini istəyən insan, təmasda olduğu şəxslərdən xoşagəlməz hərəkətlər – zülm, 
haqsızlıq, təhqir, tənə və s. gördükdə də bəddua vasitəsilə kəskin münasibətini bildirir. Hətta

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin