SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə22/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   18   19   20   21   22   23   24   25   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

Ġntizam və zorakılığın fərqi 
Valideynlərin çoxu uşaqlarda intizam tərbiyə edərkən cəzaların müxtəlif ağırlarından istifadə 
edirlər. Onlar əslində zorakılığın törədildiyi barədə məlumatlı deyillər. Buna səbəb insanların 
əksəriyyətinin intizamın tərbiyə edilməsi ilə zorakılığı ayıra bilməməsindən irəli gəlir. İntizam ilə 
zorakılığı ayıran əsas elementlər bunlardır: 
1.Gözlənilməzlik- Ailədə dəqiq qaydalar və sərhəd lər olmadığından uşaq hansı əməlin 
valideynlərin qəzəbinə və fiziki cəzaya gətirəcəyindən xəbərsizdir.Uşaq daim stress içində yaşayıb, 
hər addımını valideynlərinə bildirir. Bu isə ən yaxşı halda onların gələcəkdə müstəqil olmaması ilə 
də nəticələnə bilər. 
2.Qəzəbin dərəcəsi- Uşağa fiziki cəzasının qəzəbin dərəcəsindən asılı olması zorakılıqdan 
başqa heçnədir. Valideyn ilk növbədə uşağın pis davranışını tərbiyə etmək üçün ona sevgi 
göstərməli, motivasiya verməlidir. Öz hirsini ―pis davranışa görə‖ uşaqdan çıxarması valideynin 
qəzəb kontroluna sahib olmamasının göstəricisidir. 
3.Davranışın tənzimləyicisi kimi qorxudan istifadə- Fiziki zorakılıq istifadə edən valideynlər 
hesab edirlər ki, övladları onlardan qorxmalıdır. Bunun üçün valideynlər vaxtaşırı uşaqlara fiziki 
zorakılıq törədib bu əməli ―profilaktik əməl‖ kimi qiymətləndirirlər. Əslində isə uşaq özünü düzgün 
aparması əvəzinə döyülməkdən necə qorunmağı öyrənirlər [16].
Uşaqlara qarşı zorakılığın törədilməsi gələcək həyatlarında müəyyən nəticələrə səbəb 
olur.Zorakılıq davranış modelinə yiyələnməsi,depressiya,pis vərdişlər,həddindən artıq kökəlmə və 
ya arıqlama,yüksək riskli cinsi davranış,nikahdankənar hamiləlik,intihar və s. [17].
Xüsusilə qeyd etmək vacibdir ki, uşaqlar zorakılığın məhz qurbanı olurlar, yəni heç bir əməl 
onlara qarşı zorakılığın istifadəsinə haqq qazandırmır. Uşaqların bəzi fərdi xüsusiyyətləri onlara 
qarşı zorakılığın törədilməsi ehtimalını yüksəldə bilər. Bu fərdi xüsusiyyətlərdən biri uşaqda fiziki 
məhdudiyyətlərin olmasıdır. Avropa İttifaqının Əsas Hüquqlar Agentliyi öz hesabatında müəyyən 
edib ki, əlilliyi olan uşaqlar hüquq pozuntularına daha çox məruz qalırlar. UNESCO tərəfindən 
2010-cu ildə keçirilmiş qlobal monitorinqin hesabatına əsasən, əlilliyi olan uşaqların fiziki 
zorakılığa məruz qalma ehtimalı, əlilliyi olmayan uşaqlara nisbətən 3,6 dəfə cinsi zorakılığına 
məruz qalma ehtimalı 2,9 dəfə zorakılığın hər hansı bir formasının qurbanı olma ehtimalı 3,7 dəfə 
çoxdur [18].
Uşaqların müdafiəsi xidmətləri əlil uşaqlara və onların ailələrinə hərtərəfli dəstək 
göstərməlidir. Onlar həmçinin cinsiyyət, etnik mənsubiyyət və sosial-iqtisadi status kimi uşaqların 
zorakılığa həssaslığını artıra biləcək digər xüsusiyyətləri də nəzərə almalıdırlar. Qarşısının alınması 
proqramlarına erkən müdaxilə proqramları, maarifləndirici fəaliyyətlər, məsuliyyətli valideynlik və 
ailə dəstəyi üzrə təhsil və möhlət proqramları daxil ola bilər [19, s.9]. Bundan əlavə profilaktik işlər 
də aparılmalıdır. Uşaqlara qarşı pis davranışın profilaktikası üçün çoxsahəli yanaşma lazımdır. 
Profilaktik proqramlar o zaman effektiv olur ki, valideynlərdə uşaqların düzgün tərbiyəsi üçün 
müsbət bacarıqlara yiyələnə bilirlər. Profilaktik proqramlara daxildir: 
1.Valideyn və uşaqlara dəstək, bacarıq və məlumat verilməsi üçün tibb bacıların ailələrə baş 
çəkmək; 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin