YaĢlı insanlar və zorakılıq. Yuxarıda qeyd etdiyimiz kimi biz zorakılıq halı haqqında eşidərkən çox vaxt ilk növbədə
fiziki zorakılığı nəzərə alaraq psixoloji, emosional və iqtisadi zorakılıq haqqında unuduruq. Ahıl
yaşında olan insanların çoxu isə zorakılığın elə bu növləri ilə rastlaşırlar. Təəssüflər olsun ki,bu
hallar hər yerdə baş verərək cəmiyyətdə demək olar ki, normaya çevrilib. Buna səbəb isə yaşlı
insanların əmək bazarında iştirak etməməsi nəticəsində onların gərəksiz hesab edilməsidir.Bu
vəziyyət yaşlı nəslin nümayəndələrində depresiya yaradır və bununla əlaqədar olaraq, ətrafdakılar
daha çox diqqət və qayğı göstərib onlara dəstək verməlidirlər.Buna baxmayaraq, ahıllara qarşı baş
verən haqsızlıqlar az deyil. Pensiyaların qohumlar tərəfindən mənimsənilməsi və ya kartdan pul
çıxarılmasında köməklik göstərilməsi qarşılığından müəyyən pul məbləğinin götürülməsi, varislik
uğrunda cavan nəslin bir-biri ilə rəqabət aparılması nəticəsində qocalarda yaranan psixoloji
gərginlik, qocaların evdən qovulması kimi acınacaqlı hallar çoxdur. Xəstəxanalarda qocalara laqeyd
yanaşılması, onlara kobud cavab verilməsi kimi hallar da baş verməkdədir. Bu kimi problemlərin
qarşısını necə almaq olar sualına cavab: insanlarda uşaqlıqdan təbii bir proses kimi qocalara qarşı
düzgün münasibət tərbiyə etməkdir. Hər bir şəxs qocalıq dövrünün xüsusiyyətlərini bilməli və
onlara qarşı normal reaksiya bildirməlidir.
Bir çox pedaqoq, psixoloqlar hesab edir ki, qocalara qarşı törədilmiş zorakılığın səbəbi bu
yaşın nümayəndələrinin özlərini qorumağa bilməməsindən irəli gəlir.Bundan əlavə, yaşlı insanlar
çox vaxt başqalardan asılı vəziyyətdə olur və bu asıllılıq ətrafdakılara mənfi keyfiyyətlərini
göstərməyə imkan verir. Həkim və pedaqoq Aleksandra Flint hesab edir ki, cavan nəslin qocalara
qarşı aqressiv reaksiyanın verilməsinə səbəb cəmiyyətin nə vaxtsa qocalacağı haqqında fikrini qəbul
edə bilməməsi ilə əlaqəlidir.Bu problemi insanların dünyagörüşünün dəyişdirilməsi ilə həll etmək
lazımdır [14].