SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


Zorakılıq mərhələləri nəzəriyyəsi



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə16/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   12   13   14   15   16   17   18   19   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

Zorakılıq mərhələləri nəzəriyyəsi 
Münasibətlərdə baş verən zorakılıq halları izah etmək məqsədilə 1970-ci illərdə Amerika 
psixoloqu Lenor Edna Uoker 1500 qadınlara sorğu keçirdərək, zorakılıq dövrləri nəzəriyyəsini 
hazırlamışdır. Bu, gərginliyin azalması nəzəriyyəsi olub, təkrarlanan döyülmə dövrü ilə əlaqəli üç 
fərqli mərhələlərə ayrılır: artan təhlükə hissi ilə müşayiət olunan gərginliyin yaradılması, kəskin 
döyülmə hadisəsi, peşmançılıq. Bu dövr adətən, kişinin qadınına daha çox qayğı göstərdiyi, görüş 
dövrdən sonra baş verir. Bəzən qadınlar münasibətlərin ilk vaxtlarında kişinin onları daimi olaraq 
təqib etməsi və ya yoxlaması kimi hallar ilə rastlaşırlar. Bu zorakılığa meylliyin göstəricisi kimi 
qiymətləndirilə bilər. Lakin, təəssüflər olsun ki, belə insanların çoxu tanışlığın ilk mərhələlərində 
özlərini normal aparır və belə hallar nadirən baş verir. Vəziyyətin nə yerdə olduğunu anladıqdan 
sonra isə qadınlar, artıq, həmin adama aid olduğunu zənn edib, belə müasibətlərdən çıxmağa cəhd 
göstərmirlər və zorakılığın potensial qurbanına çevrilirlər. Lenor Edna Uoker bu mərhələri 
sadələşdirilmiş halda təsvir edərək zorakılığın bütün hallarına şamil etmişdir. Bu səbəbdən bu 
nəzəriyyə ilə razılaşmayan mütəxəssislər də az deyil. L.E.Uoker-in təsvir etdiyi bu mərhələri 
yaxından nəzər salaq:
İlk mərhələ, arzuolunmaz davranış və ya hərəkətin, qəsdən təzahürü nəticəsində, gərginliyin 
tədricən artırılması ilə müşahidə olunur. Hücum edən tərəf öz narazılığı təhkiredici sözlər və ya güc 
tədbiq edilməsi ilə nümayiş etdirir. Lakin o öz ―potensialı‖nı tam nümayiş etmir. Qurban isə həmin 
şəxsin xoşuna gələ bilməyən hərəkəti etməməyə, onu sakitləşdirməyə və ya daha da çox 
hirsləndirməməyə çalışır. Qurban həmin şəxsin sakitləşməsinə nail olaraq elə hesab edir ki, hər şey 
kontrol altındadır. Bu isə davranışın stimul-reaksiya modelinə çevrilərək çarəsizliyi daha da qabarıq 
şəkilə çevirir. Gərginliyin artması davam edir və qurban özünü təhlükədə hiss etməyə başlayır.
―O, daimi stressdən yorulub, təsadüfi partlayışdan qorxaraq adətən ona hücum edən tərəfdən 
uzaqlaşır. Qurbanın geri çəkilməsini müşahidə edərək ona qarşı daha pis hərəkətlər etməyə 
başlayır... İkisi arasında gərginlik dözülməz olur‖ [4, s.59].
İkinci mərhələ, qurbanın kəskin döyülməsi ilə müşahidə olunur. Müdaxilə olmasa döyülmə 
halı qaçılmaz olur. Buna dözən qadınların çoxu bu mərhələnin vaxtını təqribi olaraq 
müəyyənləşdirir və tezləşdirməyə çalışırlar ki, psixoloji və fiziki travmaları tez olub keçsin. Buna 
səbəb qeyri-müəyyən, ani reaksiya onlarda gözlənilən reaksiyadan daha çox qorxu yaratmasıdır. Bu 
mərhələ başlayarkən, qurbanlar artıq dözməkdən başqa heç nəyə əl atmırlar. Məhz bu mərhələdə

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin