~ 17 ~
səbəb
bundan ibarətdir ki, ər hesab edir ki, həyat yoldaşı ilə istənilən
zaman cinsi əlaqədə olma
hüququna malikdir. Ümumiyyətlə, dünya üzrə qadınların yüzdə 35%-i fiziki və ya cinsi baxımdan
intim partnyor tərəfindən və ya ortaq olmayan bir şəxs tərəfindən nə vaxtsa cinsi zorakılığa məruz
qalmışdır. Qadınların məruz qala biləcəyi bir çox başqa zorakılıq formaları olsa da, bu artıq dünya
qadınlarının böyük bir hissəsini təşkil edir [3].
Məişət zorakılığın mövcud olub-olmamasını təyin etmək, zorakılığın
digər növlərini təyin
etməkdən dəfələrlə çətindir. Buna səbəb bundan ibarətdir ki, məişət zorakılığı
daha çox ailədaxili
problem olaraq mövcuddur və bu problem təəssüflər olsun ki, vəziyyət artıq
kritik hala çatandan
sonra aşkar edilir.
MəiĢət zorakılığı haqqında miflər
Məişət zorakılığı ilə əlaqədar miflərin olması zorakılıq qurbanının çiyinlərinə yük qoymaqla
bərabər ailənin normal həyatının mövcudluğuna mane olan faktorlardan biri kimi hesab etmək olar.
Buna
səbəb ondan ibarətdir ki, belə ailələr nəsildən-nəsilə keçən miflərə inanaraq, öz həyatlarını
yaxşılığa doğru dəyişdirməyə çalışmışlar, zorakılığın qurbanları
isə bunu dözməkdən başqa nə
etməli olduğundan xəbərsizdilər. Yəni, miflərin mövcudluğu ilə zorakılığı törədən şəxs bu əməldən
uzaqlaşmaq əvəzinə özünə bəraət qazandıraraq, əməlindən çəkinmir. ―Ailədə zorakılıq normal
haldır və bütün ailələr bununla qarşılaşır‖,‖Döz, ailə həyatı qurandan sonra hər şey düzələcək‖ ,
‖Zorakılığa səbəb olan əməl etməsən bu hal baş verməz‖, ‖Narkotik, alkoqol asıllığı buna səbəbdir‖
və s. miflər haqqında çoxumuz eşitmişik. Real vəziyyət isə budur ki, ailədə zorakılıq törədən şəxs
bu
əmələ meyllidirsə o, ailənin vəziyyətindən, işlədiyi işdən asılı olmayaraq
özündən zəif hesab
edən istənilən şəxsə qarşı zorakılıq törədəcək.
Dostları ilə paylaş: