1. FİZİKİ TƏRBİYƏ NƏZƏRİYYƏSİ
1.FİZİKİ TƏRBİYƏ NƏZƏRİYYƏSİ VƏ METODİKASI ELMİ TƏDRİS FƏNNİDİR.
Bədən tərbiyəsi , fiziki tərbiyə və idman haqqında
Bəşər tarixinin müxtəlif dövrlərində yaşamış görkəmli filosoflar,alimlər bədən tərbiyəsi və idmanı sağlamlığın,gümrahlığın zəruri şərtihesab etmişdir. Bu barədə Hippokrat,Platon,Aristotel, Qalen, Petrarka, Ər-Razi, Əbu Saleh, İbn Sina ,Qabus, Nizami, N.Tusi, Xətai, Füzuli və başqaları çox qiymətli fikirlər söyləmiş, bədən tərbiyəsi və idmanın ilkin elmi-nəzəri ünsürlərini müəyyən etməyə çalışmışlar. Hippokrat deyirdi ki, hərəkətsiz müalicə yoxdur. Petrarka gimnastikanı sağlamlığın zəruri şərti sayır, onu şəfaverici dərman hesab edirdi. İbn Sina hər bir adamın bədən tərbiyəsi və idmanla məşğul olmasını sağlamlığın rəhni hesab etməklə yanaşı idman oyunları ilə məşğul olmağı da tövsiyə edirdi.Onun fikrincə ,hifz –səhiyyənin əsasını rejim,qida ,yuxu kimi üç amil təşkil edir. Rejimə o, idman oyunlarını ,iradi çalışmaları ,bərpaedici çalışmaları daxil edir və bunları bir neçə növə bölürdü. Yavaş və normal şəraitdə edilən çalışmalara-yüyüməyi,yüyürərkən dərin nəfəs almağı, bədənin bütün hissələrini hərəkət etdirməyi , bir xətt üzərində qalmağı, top atıb-tutmağı,sərt çalışma və təmrinlərlə isə uzun məsafəyə qaçışı ,dolanbac yollarla qaçışı, dərə -təpə döngəli və xəndəklər olan yerlərdə qaçışı, ox atmağı , zorxnalarda ağırlıq qaldırmağı , zövkanı və s. daxil edirdi.
Dostları ilə paylaş: |