Bədən tərbiyəsi, fiziki tərbiyə və idman haqqında


Bədən tərbiyəsi iki xüsusiyyəti ilə səciyyələnir



Yüklə 40,71 Kb.
səhifə6/6
tarix31.12.2021
ölçüsü40,71 Kb.
#113295
1   2   3   4   5   6
1.FİZİKİ TƏRBİYƏ NƏZƏRİYYƏSİ VƏ METODİKASI ELMİ TƏDRİS FƏNNİDİR.

Bədən tərbiyəsi iki xüsusiyyəti ilə səciyyələnir.

1.Funksional

2.Tətbiqi

Beləliklə, “Bədən tərbiyəsi” geniş ictimai anlayış olub bir-biri ilə üzvü surətdə qarşılıqlı əlaqədə olan və bir-birini tamamlayan bir neçə tərkib komponentlərdən ibarətdir.”Fiziki tərbiyə” isə genis anlayış olub ümumi “tərbiyə” anlayışına daxildir. Bu isə o deməkdir ki, fiziki tərbiyə müəyyən vəzifələrin həllinə xidmət edir və bunlar vahid pedaqoji prosesin ümumi əlamətlərinə xidmət edir. Lakin, bu heç də o demək deyil ki, fiziki tərbiyə, ümumiyyətlə tərbiyə anlayışının yerinə yetirdiyi vəzifələri bütövlükdə özündə ehtiva edir. Burada vəzifələrin sayında, məzmununda müəyyən oxşarlıq , yaxınlıq olsa da fiziki tərbiyənin özünəməxsus xüsusiyyətləri və vəzifələri vardır ki, onları ümumi təlim və tərbiyə yerinə yetirı bilmir.Fiziki tərbiyənin fərqli xüsusiyyətləri ilk növbədə ondan ibarətdir ki, bu proses hərəki vərdişlərin formalaşmasına və insanın fiziki keyfiyyətlərinin inkişafına xidmət edir və fiziki iş görmə qabiliyyətini müəyyən etməkdə həlledici rol oynayır.

Deməli , fiziki tərbiyənin müəyyən tərkib hissəsi olmaqla özünəməxsus xüsusiyyətləri ilə seçilir və insana müxtəlif hərəkətləri öyrətməklə onun fiziki keyfiyyətlərini inkişaf etdirir və zənginləşdirir,təkmilləşdirir.İnsanın təkmilləşməsində isə iradi hərəkətlər mühüm rol oynayır. Hərəki qabiliyyətlər, çalışmalar sayəsində təşəkkül tapır və iradi hərəkətlərin məqsədyönlü fəaliyyətinin icrasına səbəb olur.Dahi Nizami deyirdi:

Xoşbəxt odur dözümə ləyaqəti var onun,

Ağır yükə qatlaşmaq dəyanəti var onun.

Bil ki, iradəsiz,məqsədsiz bəşər,

Payasız meynə tək yerdə sürünər.

Fiziki tərbiyənin miqyası , onun məzmunu çox genişdir.O, prinsipləri,metodları,təlimin təşkili formalarını, xüsusi bilikləri, vasitələri və s. əhatə edərək,ümumi mədəniyyət sərvətlərini özündə əks etdirir.






Yüklə 40,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin