Açar sözlər:millenniallar, sosial transformasiya, rəqəmsal sosial mühit, sosiallaşma, sosial mühəndislik, inklüziv cəmiyyət Artıq üç on illikdir ki, sosial zaman ritmi və sürrətində yüksəktezlikli transformasiyalarla
başbaşayıq. Açıq etiraf etmək lazımdır ki, istər sosial elmlər, istərsə də psixologiya sürətdə, bu
dəyişiklik tempilə ayaqlaşmada təngnəfəslik yaşmaqdadır.Biz artıq qəbul etmək zorundayıq ki,
kürəsəl səviyyədə, eləcə də hər bir cəmiyyətdə sosial xarakterdə əsalı dəyişmə meyilləri
gerçəkdir.Cəmiyyətdə baş verən sosial hadisələrin təbiəti və xarakterində də əsaslı dəyişikliklərin
şahidiyik.Əlbəttə, bu dəyişikliklər yeni sosiallaşma agenti olan virtual təsir təsisatlarının, özəlliklə
də internetin yaratdığı reallıqlardır. Yaxın on illiyin əsas istiqamətlərindən biri internetin
yaratdığı yeni iri rəqəmsal icmalar reallığıdır. Məlumdur ki, internet dünyaya hər kəslə və hər
yerdə ünsiyyət qurmağa imkanlar bəxş edib. Bununla yanaşı, internet öz unikal rolunu tapmaq
istəyən insanlar üçün bəlli problemlər də yaradıb. Milyardlarla insan artıq bir-birindən uzaqlaşaraq
ancaq
internet
vasitəsilə əlaqə qururlar.
Asanlıqla
proqnozlaşdırmaq
olar
ki, yaxın
onillikdə rəqəmsal mühit dəyişəcək, istifadəçilərə yaxınlıq hissini qaytaracaq kiçik cəmiyyətlər
populyarlıq qazanacaq, yaxın illərdə rəqəmsal sosial mühit əsas diqqəti şəxsi ünsiyyətə və kiçik
icmalara yetirəcək. Bununla da yaranmaqda olan yeni reallıqlar fonunda bir sıra həlli vacib
məsələlərin tənzimlənməsi zəruri olur.
Əsas problemlərindən biri budur ki, internetin köməyi ilə yaradılan bu yeni iri rəqəmsal
icmaları necə idarə etmək olar? Bu icmalar üçün yeni özünütənzimləmə alətləri fikirləşmək, prosesi
tənzimləmək elmi icimaiyyət qarşısında məsul vəzifələr qoyur. O da riyazi dəqiqliklə
proqnozlaşdırılandır ki, yaxın 10 ilin sonuna qədər milleniallar (80-ci illərin axırlarında - 90-
cı illərin əvvəllərində doğulmuş nəsil) getdikcə daha çox idarəetmə prosesində əsas aktora
çevriləcəkdir. Bəli, məhz internet dövründə böyüyən nəsil tezliklə dünyanın taleyini həll edəcək
və bəşəriyyətin ümumi inkişaf istiqamətini müəyyənləşdirəcəkdir. Deməli, gecikmədən rəqəmsal
icmaların idarə edilməsi yollarının dəyişmələri haqqında düşünmək labüddür. Bu isə öz növbəsində
* Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri, dosent E-mail: uzeyirshafiyev@gmail.com