SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə49/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   45   46   47   48   49   50   51   52   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
42-48 
 


~ 43 ~ 
sosioloq və sosial işçilər üçün yeni çağrışları gündəmə gətirir. Əslində təkcə bu məsələ ilə bağlı 
deyil, cəmiyyət həyatında baş verən digər dəyişikliklərlə də bağlı sosioloqların araşdırmaları, sosial 
mühəndis təşəbbüsləri tarixən mövcud olmuşdur. 
Hələ 20-ci əsin 30-cu illərində psixologiya və statistikanın qabaqcıl metodlarından istifadə 
edərək siyasət elmini yeniləmək vəzifəsini qarşısına məqsəd qoyan, sosial münaqişələrdən qaçmaq 
üçün sosial siyasətin elmi əsasını hazırlamaq istəyi olan Çikaqo Siyasi Məktəbinin banisi və 
yaradıcısı Çarlz E. Merriam yeni insanlıq quracaq sosioloqların nəzarətində bir ―cəsur yeni 
dünya‖ düşünürdü. (Sosial Elmi Tədqiqat Şurasının qurucusu, bir neçə ABŞ prezidentinin 
məsləhətçisi olmuş Çarlz Edvard Merriam insani inkişaf və təkamülü istiqamətləndirmək üçün 
sosial nəzarət və sosial mühəndisliyin ilk müjdəçilərindən biri hesab edilir). Siyasəti sosial 
elm şərtlərində yenidən müəyyən edən Merriama görə, yeni dünyada bu anlayış insan 
təkamülünə şüurlu nəzarəti ehtiva etməli idi. O, inanırdı ki, texnologiya ―beynəlmiləl 
məhkumiyyətlər‖ yaradacaq, elmin yeni dünyası ümumbəşəri miqyasda təbiət üzərində hökmran 
olacaq varlıqların yeni qövmünü ortaya çıxaracaqdır.
Merriam bildirirdi ki, psixoanaliz də effektiv sosial nəzarətdə bir rola sahibdir
gələcəkdə fərdlərin və böyük insan qruplarının bio-mühəndisliyində sosial psixologiyanın köməyi 
ilə biokimya da iştirak edəcək. Uşaq davranışlarının öyənilməsi bir sosial tədqiqatçıya gələcək 
vətəndaşın davranışlar və maraqlarını müəyyən etməyə imkan verəcək.
Merriama 
görə, 
dünya 
dayanmadan 
yenidən 
təşkil 
olunan və yenidən 
tənzimləmə dünyasıdır. Bu, ―yeni dünya‖ya əngəl olan kultural irslərin eliminasiyasını tələb 
edir. Çünki 
yeni 
sosial 
elm 
yeni ―adətlər 
yaratmalı‖, 
insan 
qruplarının 
davranışlarını total şəkildə modifikasiya etməyə qadir olmalıdır. Bu yeni ―elmi inanc‖a görə, zaman 
və məkanı aşaraq hər şeyi (liberal) demokratiya adı altında universallaşdıran bu ―yeni elm‖ öz 
növbəsində yeni dünyada faydalı və ―əxlaqlı‖ vətəndaşın nədən ibarət olmasını müəyyən edəcək. 
Lakin çox keçmədi ki, bu mövqeyə opponentlik edənlər öz mövqelərini ortaya 
qoydu. Onlardan ən məşhuru sosioloq Pitrim Sorokin idi. ―Modern sosiologiyada dəblər 
və qüsurlar‖ adlı kitabında Sorokin qeyd edir: ―modern psixo-sosial elmin qüsurlarının 
böyük əksəriyyəti 
fiziki 
elmlərin 
kor-koranə təqlididir. 
Sosiologiya 
və psixologiyadakı ―eksperimental‖ tədqiqatların böyük çoxluğu psevdo-eksperimental olmaqla 
yanaşı, gerçək eksperimental metodlar ilə heç bir əlaqəsi yoxdur. Biz bütün vasitələr ilə real 
eksperimental 
metoddan istifadə etməliyik. 
Lakin özümüzü və digərlərini 
axmaq 
yerinə qoymamalıyıq. Onlar psixo-sosial fenomenlərin həqiqi biliyinə heç bir yardım etmir 
və edə bilməz. Əksinə, onlar real eksperimental metodu və psixo-sosial elmin özünü eroziyaya 
uğradır.
Sorokin anket-sorğu metoduna gülür, onu qeyri-elmi, aberrant, qeyri-determinat, dedi-qodu 
adlandırırdı. 
Onların şayiələri 
tədqiqatçıların özü tərəfindən 
deyil, 
assistantları və tutduqları sorğuçular tərəfindən toplanılır. Sorokinə görə, nəyin yanlış və doğru 
olduğuna əksəriyyətin səsi – rəyi qərar verə bilməz. Tədqiqatın kvantitativ və empirik metodunun 
nəhəng dalğası elə güclüdür ki, psixo-sosial elmlərin çağdaş mərhələsi kvantofilia adlandırıla bilər. 
Bu sosial sientistlərin ―Komptometr kompulsiyası‖, ―fakt aşkar etmə maniyası‖ onları əxlaqi 
nisbilik prinsipini qəbul etməyə vadar edir; yəni faktlar əxlaqi qanun diktə edir, onların aşkar etdiyi 
hər şey doğrudur.
Əlbəttə, bu və buna bənzər yanaşma nümunələrini çox göstərmək olar. Sosial elmlər 
tarixində bu tipli axtarışlar çox olmuşdur. Bu gün də yeni çağrışlara cavab verərək cəmiyyət və 
dövlət həyatına töhfə vermək kimi bir görəvi vardır sosial elm adamlarının.Bu 
baxımdan, Azərbaycan Respublikası prezidentinin 2 fevral 2021-ci il tarixli 2469 №-li sərəncamı 
ilə təsdiq edilmiş ―Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər‖ini realizə etmək 
istiqamətində fəaliyyətdə aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, 
mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması zərurəti xüsusi vurğulanır.
Bildiyimiz kimi, məlum sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 
aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin