SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə52/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   48   49   50   51   52   53   54   55   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
42-48 
 


~ 46 ~ 
―Dövlət ailə məsələləri üzrə strategiya‖nın hazırlanması gündəmdə duran ilk vəzifələrdəndir; 
yeni 
Milli Fəaliyyət Planı, ―Azərbaycan ailəsi‖, ―Güclü ailə güclü dövlət‖ adlı dövlət 
proqramları hazırlanması zəruri bilinir. Yeni strateji sənədlərdə ailə dəyərləri, onların 
formalaşdırılması, 
qorunması və möhkəmləndirilməsinin 
istiqamətləri əksini 
tapmalıdır. 
Ailə siyasətinin ―defamilizasiya‖ (ailəyə dövlətin ən yüksək dəstəyi, ailədə körpə uşaqlar olduğu 
halda belə valideynlərə işləmək imkanının yaradılması, uşaqlara qulluğun ―körpəlikdən 
məktəbyaşlı müddətə qədər‖ 
sistemli 
infrastrukturunun 
olması (Finlandiya 
və s.) 
və ―refamilizasiya‖ (ailə-iş balansını yaratmaqla, uşaqların sosial dəstək siyasətinin gücləndirilməsi, 
analıq 
məzuniyyətinin 
müddəti 
və ödənişinin çoxaldılması (İsveçrə, 
Yaponiya 
və s.) 
istiqamətlərinin sintezi ola biləcək modelin seçilməsi müzakirə edilə bilər; Ailənin 
institusionallaşması, dövlət ailə siyasətinin uğurla həyata keçirilməsini təmin edən təşkilatların, 
ailə siyasətinin köməkçi subyektlərindən ibarət əlçatan infrastrukturunun yaradılması; 
Sorğuda boşanmaların səbəbi kimi ―xəyanət‖ amilinin vurğulanması, həmçinin məişət 
zorakılığı və son 
dövrlərdə baş verən 
intihar 
hallarının 
nəzərə alınması Azərbaycanda 
ailələrə sosialpsixoloji 
xidmət 
sahəsində dönüş yaradan 
addımların 
atılmasını tələb 
edir. Ölkədə ―Ailə psixoloqu‖ mütəxəssislərinin hazırlanmasını vacib məsələyə çevirir. Baş verən 
intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, 
zorakılığın azaldılması və s. üzrə xüsusi proqramların təşkili ilə məşğul olan sosial işçilər, 
psixoloqlar korpusunun formalaşdırılması, ən qısa vaxtda kurslar təşkil edilərək, boşluğun aradan 
qaldırılması atılacaq ilk addımlar sırasında olmalıdır. Vətən müharibəsi nəticəsində şəhid, əlil 
və qazı ailələrinin psixoloji problemləri, PTSS-Post Travmatik Stress Sindromu aspektində çox 
ciddi məsələyə çevrilməsi də bu məsələni daha da aktuallaşdırıb. Ümumiyyətlə, ailələrdə psixoloji 
problemlər, intihar, tənhalıq və s. halların dünyada 2021-ci ilin aparıcı trendləri hesab edilməsi 
ailələrin psixi sağlamlıq xidmətlərinin planlaşdırılması, təmin edilmə şəraiti və qiymətləndirilməsi 
prosesinə cəlb edilməsi, psixi sağlamlıq sahəsində çalışan sosial işçilər, təlimatçı və tədqiqatçıların 
hazırlanması dövlət ailə siyasətinin prioritetlərindən olmaldır. Respondentlərin mediasiya 
(məhkəmədən kənar barışıq) xidməti ilə bağlı 33.8%-nin müsbət gözləntiyə malik olması, 
AQUPDK-nın nəzdində dünyada geniş yayılan ―Ailə mediasiyası‖ institutunun təsis edilməsini, 
ailə münaqişələrinin həlli mexanizmi kimi onun rolunun artırılmasını gündəmə daxil etməyi tələb 
edir. Ailənin 
rifahı, 
ailəyə dost 
sosial 
siyasətin 
həyata 
keçirilməsi 
dövlətimizin 
ailə sahəsində dönüş yarada 
biləcək 
tədbirlərini 
qiymətləndirmək üçün 
prioritet 
meyara çevrilməlidir. Ailə siyasətində ailənin sosial siyasətin subyekti kimi görülməsi modelindən 
ailə ilə dövlət 
arasında 
qarşılıqlı məsuliyyətin 
eyni 
dərəcədə bölüşdürüldüyü tərəfdaşlıq 
modelinə keçilməsi günün tələbidir. Ailə institutunun imici digər sahələrlə yanaşı, ailə siyasətinin 
həyata keçirilməsi nəticəsində formalaşır. Hazırda ailəyə dəstək siyasəti daha çox sosial müdafiəyə, 

cümlədən 
yalnız 
risk 
qrupuna 
daxil 
olan 
ailələrin 
kateqoriyalarına 
istiqamətləndirilmiş istiqamətə yönəldilib. 
Düşünürük ki, dövlətin ailə siyasəti 2-ci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar 
şəraitində müəyyən məqamları prioritet kimi dəyərləndirməyi zəruri edir. ―Böyük 
Qayıdış‖ proqramı çərçivəsində gənc ailələrə dəstək tədbirlərinin həyata keçirilməsi, ―Qarabağda 
Gənclər şəhərciyi»nin salınması həmin ərazidə demoqrafik perspektiv baxımından çox 
əhəmiyyətlidir. Gənclər üçün yeni iş yerlərinin açılması, evlərin inşası, pay torpaqlarının verilməsi 
onlara böyük stimul ola, viran qoyulmuş torpaqlara dirçəliş mühitini gətirə bilər. Bir çox 
mütəxəssislərin də vurğuladığı kimi, ―Qarabağda Gənc Ailə‖ layihəsi, burada dövlət ailə və uşaq 
siyasəti ilə təfərrüatlı sosial dəstək proqramlarının tətbiqi azad edilmiş torpaqlarımıza gənclik 
nəfəsini, qurmaq əzmini gətirə və gələcəkdə demoqrafik problem gözləntisini birdəfəlik həll 
edə bilər. Dövlət ailə siyasətinin həyata keçirilməsinin monitorinqi və proqnozlaşdırılması, əsas 
sahələr üzrə məlumatların toplanması və təhlili, icrasının səmərəliliyinin qiymətləndirilməsi daxil 
olmaqla informasiya dəstəyinin təmin edilməsi arzu olunandır. Ailə siyasəti ilə bağlı mənəvi-
ideoloji və tərbiyə işində boşluqların aradan qaldırılması son illərdə dövlət başçısının proqram 
xarakterli çıxışlarında dəfələrlə vurğulanıb. Gənc oğlan və qızlarımızın hələ məktəb yaşlarından

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin