SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə89/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   85   86   87   88   89   90   91   92   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

 
 
 
SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
65-73 
 


~ 74 ~ 
UOT 93/94 
 
ġƏRQĠ TÜRKÜSTANDA ĠKĠNCĠ RESPUBLĠKA VƏ ONUN SSRĠ ĠLƏ ƏLAQƏLƏRĠ
Eynulla Mədətli
*
 
 
Məqalə redaksiyaya daxil olmuşdur: 18 oktyabr 2022; çapa qəbul edilmişdir: 20 oktyabr 
2022; online-da çap edilmişdir: 30 oktyabr 2022
Received: 18th of October, 2022; accepted: 20th of September, 2022; published online: 30th 
of October, 2022 
Xülasə 
İkinci Dünya müharibəsi illərində yaranmış yeni beynəlxalq şəraitdə, 1944-cü ildə Şərqi 
Türküstanda (Sincan) bir qrup azadlıqsevər üsyançının başladığı hərəkat böyüyərək kütləvi 
xarakter aldı və Han qarnizonları bölgədən çıxarıldı. Noyabrın 12-də Gülcədə üsyançılar Şərqi 
Türküstanda Respublika qurulduğunu elan etdilər. Bu Kaşqarda birinci Respublika qurulmasının 
11-ci ildönümünə təsadüf edirdi. Bu hökumətdə tanınmış din xadimləri, tacirlər, torpaq sahibləri, 
qabaqcıl ziyalılar təmsil olunurdular. Hökumətə nüfuzlu din xadimi Əlixan Tora Şakircanov 
başçılıq edirdi. Lakin o islam üləmasından daha çox türklük ideyasını daşıyan millətçi islamçı idi və 
birinci Respublika dönəmində də fəal rol oynamışdı. Birinci Respublikanı SSRİ qəbul etmədiyi 
halda, İkinciyə tam dəstək verirdi. Birinci Respublika cəmi 3 ay yaşamışdı, II Respublika isə 5 il 
fəaliyyət göstərə bildi. Bu hökumət torpaq islahatı keçirdi, öz idarəetmə sistemini, valyutasını, 
silahlı qüvvələrini və nəzarət etdiyi bölgələrdə öz suverenliyini təmin edə bildi. Bu, əlbəttə, II 
Dünya müharibəsinin bölgədə yaratdığı geosiyasi vəziyyətlə əlaqəli idi. Çində kommunistlərin 
qələbəsi Stalinin Şərqi Türküstana dair niyyətlərini dəyişdirdi. Əvvəllər Qomindan hökumətinə təsir 
göstərmək və sövdələşmək üçün Sincanda təsir imkanlarına malik olmaq lazım idi, indi isə Çində 
artıq kommunist hökuməti bərqərar olmuşdu. Sovetlər hətta Çinin Xalq Azadlıq Ordusunun Şərqi 
Türküstanı tutmasına logistik köməyini də əsirgəmədi. Beləliklə 1949-cu ilin sentyabrında Şərqi 
Türküstan Respublikası Çinin hakimiyyətini qəbul etməyə məcbur oldu. Çin tarixşünaslığında, 
rəsmi araşdırmalarda ―Şərqi Türküstan Respublikası‖ ifadəsi bir qayda olaraq işlədilmir. Lakin, 
uyğurlar bu iki respublikanın tarixini unutmurlar. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin