Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 15,38 Kb.
tarix10.02.2018
ölçüsü15,38 Kb.
#42646

1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №1

Ad: Nazpəri

Soyad: Səmədova

Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi

Kurs və Qrup: II kurs, qrup 1061

Fənn: Mülki Müdafiə

Müəllim : Məmmədov Vahid

Sərbəst işin mövzusu : Təbii xarakterli F.H. xarakteristikaları, onların əhaliyə və obyektlərə təsiri .

TƏBİİ XARAKTERLİ FÖVQƏLADƏ HALLARIN XARAKTERİSTİKALARI,ONLARIN ƏHALİYƏ VƏ OBYEKTLƏRƏ TƏSİRİ.

Fövqəladə hadisə– insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan

vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına

səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii vəya digər fəlakət

nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.



  • Təbbi xarakterli fövqəladə hadisələrin təsnifatı:

• Meteoroloji təhlükəli hadisələr (9-11 ballıq fırtına, 12-15 ballıq qasırğa, tufan,

burulğan, iri dolu, leysan yağışı, güclü qar, güclü buzlaşma, güclü çovğun, quraqlıq,

donvurma vəs.);

• Geofiziki təhlükəli hadisələr (zəlzələlər, vulkan püskürmələri);

• Hidroloji təhlükəli hadisələr (su səviyyəsinin qalxması(daşqın) və düşməsi, yeraltı

suların səviyyəsinin qalxması(subasma));

• Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərə tutulması;

• İnsanların yoluxucu xəstəliklərə tutulması;

• Kortəbii yanğınlar (meşəyanğınları, yeraltıyanğınlar, zəmi və çöl yanğınları).

• Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərin təsirinə məruz qalması;

• Təhlükəli geoloji hadisələr (sürüşmə, torpaq uçqunları, sel, marxal, tozlu qasırğa,

karst süxurlarında yer səthinin çökməsi);

İntensiv təsərrüfat fəaliyyəti aparılan ərazilərdə və iri şəhərlərin ərazisində təbii-texnogen təhlükə adlandırlan yeni bir təhlükə növü geniş əhəmiyyət kəsb etməyə başlayır.Onun meydana çıxması ətraf təbii mühitə aktiv antropogen təsirin (insan fəaliyyətinin) artması ilə əlaqədardır ki,bunun da nəticəsində yeni təbii proseslər meydana çıxır,yaxud adətən yavaş inkişaf edən təbii proseslər sürətlənir.Şəhər və sənaye aqlomerasiyaları(ərazilər) üçün xas olan təbii-texnogen təhlükələr sırasına ən əvvəl:törəmə seysmiklik(zəlzələ törəməsi),ərazinin çökməsi,subasma,yeraltı karstsuffoziya uçqunlar,texnogen geofiziki sahələrin yaranması və s. daxildir.

Törəmə seysmiklik nadir bir hadisə olmaqla diqqəti cəlb edir.Bu hadisənin mahiyyəti ondan ibarətdir ki,yer qabığına göstərilən antropogen təsir yerin tərkində olan gərginliyin yenidən paylanması və ya əlavə gərginlik yaranmasına və geoloji proseslərin inkişafına təkan verə bilir;belə proseslər:gərginliyin toplanmasının sürətlənməsi və bununla da zəlzələlərin tezliyinin artmasından,yaxud yaranmış xeyli gərginliyin başlanmasına yardım etməklə,təbiətdə yetişmiş olan seysmik hadisənin reallaşması üçün tətik rolunu oynamaqdan ibarət ola bilər.Törəmə seysmik hadsələr üçün ən güclü amillər sırasına meqapolislərin,nəhəng su anbarlarının tikilməsi,iri mədənlərin,karxanaların yaradılması ,yer qabığının dərin horizontallarına,flündlərə su və digər məhsullar vurulması və yeraltı atom partlayışlarınıdaxil etmək olar.Bu amillərdən hər biri törəmə seysmikliyi özünə məxsus tərzdə yaradır,digərləri(mədənlər,karxanalar)gərginliyi azaltmaqla tarazlığı pozur,hər iki halda seysmk hadisələrin yaranmasına kömək edir.Bu sahədə iri su anbarlarının rolu daha əhəmiyyətlidir.Nəhəng su kütləsinin bir yerdə yığılması bir tərəfdən yer qabığının müəyyən sahəsində kəmiyyət 20 kq/kv.sm-ə çatan əlavə gərginlik yaradır,digər tərəfdən isə su anbarından çox-çox uzaqlarda belə torpaqda hidrostatik təzyiqin dəyişməsinə səbəb olur.Torpaqdakı boşluqlarda və çatlarda hidrostatik gərginliyin yüksəlməsi yerin

kontant,blokları və lövhələrində sürtünmənin gücünü azaldır və onlarda "seysmik qırılmalar" törəməsinə imkan yaradırMüəyyən olunmuşdur ki,bəndlərin hündürlüyü artdıqca törəmə seysmik aktivliyin meydana çıxması ehtimalı da artır.Bir sıra hallarda istehsalatda Yer qabığının dərin horizontallarındakı flüidləri müxtəlif maddələrin təzyiqi altında vurulması tələb olunur;məs. çirklənmiş suların basdırılması ;yeraltı maye və qaz anbarları yaradılmaı;karbohidrogen yataqlarının laylarında(plastlarında)təzyiqin saxlanması məqsədilə yataqların ətrafında yeraltı su səddinin düzəldilməsi və bir çox hallarda olduğu kimi.Bütün bunlar hidrostatik təzyiqin və deməli,törəmə seysmikliyin artmasına səbəb olur.

İntensiv surətdə yeraltı suların çıxarılması ilə əlaqədar Mexiko şəhərində keçən əsrin sonundan başlayaraq ərazinin çökməsi fəlakətli miqyas almışdır.1948-1952-ci illərdə çökmənin sürəti şəhərin bəzi sahələrində ildə 30 sm-ə çatmışdı.70-ci illərin sonunadək şəhər ərazisi 4m-dən artıq,onun şimal-şərq hissəsi isə 9metr çökmüşdür.



Çox geniş yayılmış neqativ təbii-texnogen proseslərdən biri də əraziləri su basmasıdır.Bu prosesin mahiyyəti ondan ibarətdir ki,yeraltı suların səviyyəsi yüksələrək onlar yerin səthinə çıxır,bu isə torpaqların həddən-ziyadə nəmlənməsinə,bataqlıqlaşmaya,binaların zirzəmilərin və texniki qurğuların su altında qalmasına səbəb olur.Subasma ucbatından ərazinin seysmikliyi yüksəlir,torpaqların davamlılıq qabiliyyəti azlır,bütün bunlar isə qurğuların,yeraltı kommunikasiyaların vaxtından əvvəl deformasiyaya uğraması və sıradan çıxması ilə,ekoloji vəziyyətin pisləşməsilə nəticələnir.Şəhər və sənaye aqlomerasiyalarının təsərrüfat fəaliyyəti onların ərazisində daha bir təhlükəli texnogen fiziki hadisənin,vibrasiya,elektrik,istilik sahələrinin yaranmasına səbəb olur.Vibrasiya sahəsi əsasən nəqliyyat vasitələrinin hərəkətindən törəyir.Vibrasiya sahəsi torpağa dinamik təsir etməklə,onun dayanıqlılığını zəiflədir,bina və qurğuların texniki vəziyyətinə,insanların isə həyat və əmək fəaliyyətinə mənfi təsir göstərir.
Yüklə 15,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin