Sıra sayı Mövzular Mühazirə



Yüklə 0,77 Mb.
səhifə4/103
tarix01.01.2022
ölçüsü0,77 Mb.
#105879
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   103
Sistem proqramları. Proqram təminatının əsas hissələrindən olan sistem proqramları kompüteri idarə etmək üçündür. Sistem proqramlarına daxildir:

  1. Əməliyyatlar sistemləri

  2. Örtük proqramları

  3. Arxiv proqramları

  4. Antivirus proqramları

  5. Drayverlər(xarici qurğuları birləşdirən)

  6. Utilitlər və s.

Əməliyyat sistemi kompüteri idarə edən, kompüterin qurğularını bir-birinə bağlayan, kompüterlə istifadəçi arasında əlaqə yaradan proqramlar toplusudur. Misal üçün: MS-DOS, Windows 95/98/NT/XP/2000/2003, Linux, Unix və s.

Örtük proqramları Əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan  proqramlardır: Misal üçün: NC,Windows 3.1, Widows özü həm əməliyyat sistemidir həm də örtük proqramı.

Arxivator proqramları diskdəki faylların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə onları xüsusi arxiv qovluqlarına yığa bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit proqramlardır. Onların genişlənməsi .zip, arj, rar.

Antivirus proqramları kompüterdəki virusları təsbit edə bilən, passivləşdirən və silə bilən, eyni zamanda virusların kompüterə daxil olmasının qarşısını alan xüsusi təyinatlı utilit proqramlardır. Misal üçün: Norton Antivirus, Kaspersky AYP və s.

Kompüter virusu özü kiçik həcmli ziyanverici proqram məhsuludur. Virus proqramları Antivirus proqramlarından bir addım qabaqda gedir.



Utilitlər latınca utilitas “fayda” sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir və ya özünə məxsus funksiyaları həyata keçirir. Utilitlər aşağıdakı qruplara bölünür:

  1. Kontrol, test və diaqnostika proqramları.

  2. Drayver proqramları

  3. Arxivator proqramları

  4. Antivirus proqramları

  5. CD və ya DVD yazıcı proqramları

İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri): 

İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir.
Maşın dili çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla işləyir. Lakin çoxsaylı istifadəçilər üçün bu dildə işləmək əlverişli deyildir. Ona görə də təbii dilə yaxın olan simvolik dillərdən istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.

Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli və asandır. Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.



Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar:

  • məntiqi məsələlərin həlli üçün;

  • elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün;

  • texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqram-laşdırılması üçün.

Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl  translyator adlanan proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.

Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.

Kompilyator bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında məlumatları vaxtında istifadəçiyə çatdırır. Burada operatorların təhlili və maşın koduna çevrilməsi bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur. Nəticədə proqramın əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və əməli addaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin