A) Texniki tələblərin standartları B) Texniki şərtlərin standartları
C) Tiplətin, əsas parametrlərin standartları D) Parametrlərin standartları
E) Qəbul qaydalarının standartları
106. Sertifikat sözünün mənası nədir?
A) “Düzgün edilmişdir” B) “Etalon” C) “Ən yaxşı” D) “Düzgün” E) “Nümunə”
107. Buraxılması və satılması qadağan olunmuş malların satılması və xidmətlərin
göstərilməsinə görə hansı sanksiya nəzərdə tutulur?
A) Satılmış malların 100% - i miqdarında cərimə
B) Minimum əmək haqqının 3 misli miqdarında cərimə
C) Satılmış malların 25% - i miqdarında cərimə
D) Satılmış malların 50% - i miqdarında cərimə
E) Xəbərdarlıq
108.Sanksiya barədə sərəncam almış təsərrüfat subyekti hansı müddətdə sərəncama
əməl etməlidir?
A) 30 gün müddətində B) 15 gün müddətində C) 10 gün müddətində
D) 6 ay müddətində E) 1 il müddətində
109.Sanksiya barədə sərəncama əsasən təsərrüfat subyekti məbləğin neçə %-ni dövlət
büdcəsinə ödəyir?
A) 50% - ni B) 30% - ni C) 35% - ni D) 15% - ni E) 100% - ni
110.1996-cı ilədək standartların neçə koteqoriyası var idi?
A) 4 B) 3 C) 2 D) 6 E) 7
111. K = düsturu ilə təyin olunan əmsal necə adlanır?
A) Qarşılıqlı unifikasiya əmsalı B) Dinamik əmsalı C) Qabaqlama əmsalı
D) Layihələndirmə əmsalı E) Komplekslik əmsalı
112.Standartların tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı,
əmlakı və ətraf mühit üçün təhlükəli məhsulun satılmasına görə hansı sanksiya tətbiq
edilir?
A) Satılmış malların 100% - i miqdarında cərimə B) Satılmış malların 10% - i
miqdarında cərimə C) Satılmış malların 15% - i miqdarında cərimə
D) Satılmış malların 5%-miqdarında cərimə E) Minimum əmək haqqı qədər cərimə
113.Standartlara dövlət nəzarətinin səmərəliliyi neçə prinsipə rəayyət olunması ilə
təmin olunur?
A) 3 B) 2 C) 4 D) 5 E) 10
114.Dövlət standartlaşdırma sisteminə daxil olan standartı göstərin.
A) AZS 1.0-96 B) QOST3 1109-82 C) QOST2.101-73 D) AZS 210-98
E) AZS 21.5-99
115.Standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsi nə neçənci ildə
yaranıb?
A) 2009 B) 2006 C) 2003 D) 1991 E) 1993
116.Məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləş-
dirən fəaliyyət necə adlanır?
A) Standartlaşdırma B) Metrologiya C) Normalaşdırma D) Sertifikatlaşdırma
E) Sistemləşdirmə
117.Standartların şərhi zamanı aşağıdakılardan hansını işlətməyə icazə verirlir?
A) Məcburi tələbləri şərh edən zaman «zəruridir» kimi yazmağa
B) Fiziki kəmiyyətlərin vahidlərinin ixtisarla yazılmasına C) Sinonimlərə
D) Sözləri həriflərlə əvəz etməyə E) Rəqəmsiz riyazi işarələr işlətməyə
118.Sertifikatlaşdırma üzrə akkreditləşdirilmiş orqana, sınaq laboratoriyalarına,
sertifikatlaşdırılmış məhsula və onun istehsal vəziyyətinə nəzarət necə adlanır?
-
Müfəttiş nəzarəti B) Müəssisə nəzarəti C) Sertifikatlaşdırma nəzarəti
D) Keyfiyyət nəzarəti E) Ekspertiza
119.Texniki-iqtisadi əməkdaşlıq edən bir qrup dövlətlərin qəbul və istifadə etdiyi
standartlar necə adlanır?
A) Regional standartlar B) Dövlət standartları C) Beynəlxalq standartlar
D) Kompleks standartlar E) Milli standartlar.
120.Dövlət standartlaşdırma sisteminin məqsədinə daxil olmayanı göstərin.
A) Beynəlxalq standartları işləyib hazırllamaq
B) Məhsulun əmək və material tutumunun və digər göstəricilərinə yaxşılaşdırılmasını
təmin etmək C) Metroloji norma, qayda və tələbləri təyin etmək
D) Əhalinin sağlamlığı və təbiətin mühafizəsini təmin etmək
E) Məhsulun keyfiyyətini yaxşılaşdırılmaq
121.% düsturu ilə standartlaşdırma və unifiksiya səviyyəsinin əsas
göstəricilərindən hansı əmsal təyin olunur?
A) Tip ölçülərinə sayına görə tətbiqolunma əmsalı
B) Tərkib hissələrinin sayına görə tətbiqolunma əmsalı
C) Tərkib hissələrinin ümumi qiymətinə görə tətbiqolunma əmsalı
D) Qarşılıqlı unifikasiya əmsalı E) Təkrarlanma əmsalı
122.% düsturu ilə standartlaşdırma və unifikasiya səviyyəsinin
əsas göstəricilərindən hansı əmsal təyin olunur?
A)Tərkib hissələrininsayına görə tətbiq olunma əmsalı B) Tərkib hissələrinin ümumi
qiymətinə görə tətbiqolunma əmsalı C) Qarşılıqlı unifikasiya əmsalı
D) Təkrarlanma əmsalı E) Tip ölçülərinin sayına görə tətbiqolunma əmsalı
123.% düsturu ilə standartlaşdırma və unifikasiya səviyyəsinin
əsas göstəricilərindən hansı əmsal təyin olunur?
A) Tərkib hissələrinin ümumi qiymətinə görə təkrarlanma əmsalı
B) Tərkib hissələrinin sayına görə tətbiqolunma əmsalı
C) Tip ölçülərinin sayına görə tətbiqolunma əmsalı
D) Qarşılıqlı unifikasiya əmsalı E) Təkrarlanma əmsalı
124.Sahə standartlarının işlənib, hazırlanması, razılaşdırılması, təsdiq edilməsi və
qeydiyyatı qaydalarını müəyyənləşdirən standart hansıdır?
A) AZS 1.6-96 B) AZS 1.2-96 C) AZS 1.3-96 D) AZS 1.5-96 E) AZS 1.0-96
125.Standartın quruluşu neçə elementdən ibarətdir?
A) 12 B) 8 C) 10 D ) 4 E) 14
126.Sanksiya barədə sərəncam almış təsərrüfat subyektinin şikayətinə hansı müd-
dətdə baxılır?
A) 15 gündən gec olmayaraq B) 5 gündən gec olmayaraq C) 10 gündən gec olmayaraq
D) 3 gündən gec olmayaraq E) 30 gündən gec olmayaraq
127.Beynəlxalq standartlaşdırma assosiasiyası (İSA) neçənci ildə yaradılmışdı?
A) 1926 B) 1916 C) 1906 D) 1936 E) 1946
128.Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi hansı tarixdə ya-
ranmışdır?
A) 26 dekabr 1996-cü ildə B) 8 oktyabr 1993-cü ildə C) 26 dekabr 1991-cı ildə
D) 8 oktyabr 1996-cı ildə E) 26 dekabr 2000-ci ildə
129.Hansı standart mövcud deyil?
A) AZS 1.1-96 B) AZS 1.0-96 C) AZS 1.2-96 D) AZS 1.3-96 E) AZS 1.4-96
130.Beynəlxalq standartlaşdırma günü hansı tarixdir?
A) 14 oktyabr 1946-cı il B) 15 sentyabr 1925-ci il C) 14 oktyabr 1926-cı il
D) 8 oktyabr 1996-cı il E) 14 oktyabr 1996-cı il
131.Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydalarını
müəyyənləşdirən əsasverici standart hansıdır?
A) AZS 1.3-96 B) AZS 1.1-96 C) AZS 1.2-96 D) AZS 1.0-96 E) AZS 1.4-96
132.Standartlaşdırılan obyektin xüsusiyyətlərindən asılı olmayaraq aşağıdakı
elementlər qrupundan hansıları standartın quruluşuna aid olan əsas elementlərdir?
A) Titul vərəqi, müqəddimə, standartın adı, tələblər
B) Titul vərəqi, müqəddimə, standartın adı, tətbiq sahəsi
C) Titul vərəqi, müqəddimə, giriş, əlavələr
D) Titul vərəqi, mündəricat, standartın adı, tətbiq sahəsi
E) Titul vərəqi, giriş, standartın adı, tətbiq sahəsi
133.Konkret məhsula, o cümlədən onun müxtəlif markalarına və ya modellərinə
hərtərəfli tələbləri təyin edən standart necə adlanır?
A) Texniki şərtlərin standartları B) Ümumtexniki şərtlərin standartları
C) Proses standartları D) Müəssisə standartları E) Sahə standartları
134.Dövlət Standartlaşdırma Sisteminə daxil olan və “əsas müddəalar”ı özündə əks
etdirən standart hansıdır?
A) AZS 1.0-96 B) AZS 1.2-96 C) AZS 1.3-96 D) AZS 1.4-96 E) AZS 1.5-96
135.Sanksiya barədə sərəncam almış təsərrüfat subyekti hansı müddətdə şikayət edə
bilər?
A) 1 ay müddətində B) 15 gün müddətində C) 10 gün müddətində
D) 3 ay müddətində E) 6 ay müddətində
136.Məhsulun keyfiyyətinə qoyulan tələblərin obyektiv qiymətləndirilməsi üçün hansı
növ standartlardan istifadə edilir?
A) Nəzarət metodları standartları B) Ölçmə standartları C) Məhsul standartları
D) Attestasiya standartları E) Ekspertiza standartları
137.Müəssisə standartları haqqında ümumi müddəaları özündə əks etdirən standart
hansıdır?
A) AZS 1.4-96 B) AZS 1.2-96 C) AZS 1.3-96 D) AZS 1.0-96 E) AZS 1.5-96
138. K = 100% standartlaşdırma və unifikasiya səviyəsininin əsas
göstəricilərinə daxil olan hansı əmsaldır?
A) Qrup məmulatlarının unifikasiya əmsalı B) Təkrarlanma əmsalı
C) Qarşılıqlı unifikasiya əmsalı D) Tətbiqolunma əmsalı E) Tip ölçülərinin əmsalı
139.Standartın işlənib hazırlanması zamanı 1-ci mərhələ hansı hesab edilir?
A) Standartın işlənməsinin təşkili və texniki tapşırığın tərtib edilməsi
B) Standart layihəsinin baxılması, təsdiqi və qeydiyyatı
C) Standart layihəsinin hazırlanması (1-ci redaksiya)
D) Standartın nəşr edilməsi E) Standart göstəricilərinin təyin edilməsi
140.Standartın işlənməsi üçün ən vacib sənəd nədir?
A) Texniki tapşırıq B) Standart göstəricilərinin cədvəli C) Standart layihəsi
D) Texniki şərt E) Standartlaşdırma komitəsinin icazə sənədi
141.Sertifikatlaşdırma sisteminin normativ-texniki bazasına aid olan eyni cinsli
məhsul qrupu üçün ümumi olan optimal keyfiyyət səviyyəsini təmin edən norma
və tələbləri müəyyən edən standartlar necə adlanır?
A) Texniki tələblərin standartları B) Texniki şərtlərin standartları
C) Tiplətin, əsas parametrlərin standartları D) Parametrlərin standartları
E) Qəbul qaydalarının standartları
142. Sertifikatlaşdırma üzrə orqan neçə əsas funksiyaya malikdir?
A) 15 B) 12 C) 13 D) 14 E) 10
143.Aşağıdakılardan hansı sertifikatlaşdırma üzrə orqanın əsas funksiyasına aid
deyil?
A) Sertifikatlaşdırma üçün standartlar işləyib hazırlayır
B) Uyğunluq sertifikatını qeydiyyatdan keçirir
C) Orqanın fəaliyyəti üzrə təşkilatı – metodik sənədləri işləyib hazırlayır
D) Məhsulu sertifikatlaşdırır E) Personalın ixtisasının artırılmasını təmin edir
144.Sertifikatlaşdırma üzrə orqanın təsisçilərindən ibarət olan şura necə adlanır?
A) Müşahidəçi şura B) Direktorlar şurası C) Koordinasiya şurası
D) Təşkilatçı şura E) Mərkəzi şura
145.Bütün maraqlı tərəflərin bərabər səviyyədə sertifikatlaşdırma sisteminin
fəaliyyətinə iştirakını təmin etmək üçün sertifikatlaşdırma üzrə orqanın nəzdində
yaradılan şura necə adlanır?
A) Koordinasiya şurası B) İştirakçılar şurası C) Müşahidəçi şura
D) Əlaqələndirmə şurası E) İstehlakçılar şurası
146.Könüllü sertifikatlaşdırmanın aparılma sxemi hansı təşkilat tərəfindən seçilir?
A) Sifarişçi B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
C) Apelyasiya üzrə komissiya D) Sertifikatlaşdırma üzrə şura
E) Elmi-metodiki sertifikatlaşdırma mərkəzi
147.Verilmiş sertifikatların və uyğunluq nişanlarının fəaliyyətinin dayandırılması
və ya ləğv edilməsi hansı orqanın funksiyasına daxildir?
A) Sertifikatlaşdırma üzrə şuranın B) Sertifikatlaşdırma üzrə orqanın
C) Apelyasiya üzrə komissiyanın D) Akkreditləşdirmə üzrə orqanın
E) Ekspert-auditorların
148.Uyğunluq sertifikatının tərtib olunması və verilməsi, onun AZS Milli sertifi-
katlaşdırma sisteminin Dövlət reyestrində qeydiyyatını hansı orqan aparır?
A) Sertifikatlaşdırma üzrə orqan B) Standartlaşdırma üzrə orqan
C) Apelyasiya üzrə komissiya D) Akkreditləşdirmə üzrə orqan
E) Sertifikatlaşdırma üzrə şura
149.Sertifikatlaşdırma üzrə akkreditləşdirilmiş orqanların, sınaq laboratoriyalarının
fəaliyyətinə həmçinin sertifikatlaşdırılmış məhsula və onun istehsal vəziyyətinə
nəzarət necə adlanır?
A) Müfəttiş nəzarəti B) Dövlət nəzarəti C) Orqanoleptik nəzarət
D) Kimyəvi nəzarət E) Metroloji nəzarət
150.Uyğunluq sertifikatlaşdırılmasını aparan orqan hansıdır?
A) Sertifikatlaşdırma üzrə orqan B) Sertifikatlaşdırma üzrə şura
C) Standartlaşdırma üzrə orqan D) Akkreditləşdirmə üzrə orqan
E) Apelyasiya üzrə komissiya
151.İstehsalçı məhsulunu nə vaxt uyğunluq nişanı ilə nişanlamaq hüququna malikdir?
A) Sertifikatlaşdırma üzrə orqandan lisenziya aldıqdan sonra
B) Məhsulun istehsalı başa çatdıqdan sonra
C) Məhsulun sınaq protokolunun surətini aldıqdan sonra
D) Məhsul haqqında normativ sənədi əldə etdikdən sonra
E) Məhsulun keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra
152.Məhsula və xidmətə, həmçinin onların keyfiyyətini qiymətləndirmə metodları-
na aid tələbləri əks etdirən sənəd necə adlanır?
A) Normativ sənəd B) Standart C) Lisenziya D) Sertifikat E) Akt
153.Lazımi tərzdə eyniləşdirilmiş məhsulun, proses və xidmətin konkret standarta
və ya digər normativ sənədə uyğun olduğuna zəmanətin üçüncü tərəfin inamlı sübut
etməsi hansı sertifikatlaşdırma adlanır?
A) Uyğunluğun sertifikatlaşdırılması B) Könüllü sertifikatlaşdırma
C) Məcburi sertifikatlaşdırma D) Oxşar məhsulun sertifikatlaşdırılması
E) Keyfiyyət sisteminin sertifikatlaşdırılması
154.Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proses və xidmətlərin
normativ sənədlərin məcburi tələblərinə uyğunluğunu təsdiq edən sertifikatlaşdır-
ma necə adlanır?
A) Məcburi sertifikatlaşdırma B) Könüllü sertifikatlsşdırma
C) Keyfiyyət sisteminin sertifikatlaşdırılması
D) Uyğunluğun məcburi sertifikatlaşdırılması E) Oxşar məhsulun sertifikatlaşdırılması
155.Məhsulun təhlükəsizliyini təmin edən sertifikatlaşdırma hansı sertifikatlaşdır-
maya aiddir?
A) Məcburi sertifikatlaşdırmaya B) Könüllü sertifikatlsşdırma
C) Keyfiyyət sisteminin sertifikatlaşdırılması
D) Uyğunluğun məcburi sertifikatlaşdırılması
E) Oxşar məhsulun sertifikatlaşdırılması
156.Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin
rəsmi tanınması necə adlanır?
A) Akkreditləşdirmə B) Sertifikatlaşdırma C) Patentləşdirmə
D) Kodlaşdırma E) Standartlaşdırma
157.Sertifikatlaşdırma üzrə şuranın funksiyaları hansı orqan tərəfindən təsdiq edi- lir?
A) Sertifikatlaşdırma üzrə mərkəzi orqan B) Standartlaşdırma üzrə orqan
C) Sertifikatlaşdırma sistemi D) Kömrük orqanı E) Akkreditləşdirmə üzrə orqan
158.Məcburi sertifikatlaşdırma hansı qanun əsasında yerinə yetirilir?
A) Məhsul və xidmətlərin sertifikatlaşdırılması haqqında qanun
B) İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun
C) Standartlaşdırma haqqında qanun D) Yeyinti məhsulları haqqında qanun
E) Baytarlıq haqqında qanun
159.Azərbaycan Respublikasında sertifikatlaşdırmanı təmin edən işlərin təşkili və
koordinasiyasını hansı orqan yerinə yetirir?
A) Sertifikatlaşdırma üzrə Milli orqan
B) Standartlaşdırma və sertifikatlaşdırma üzrə orqan
C) Sertifikatlaşdırma üzrə mərkəzi orqan D) Sertifikatlaşdırma üzrə orqan
E) Akkreditləşdirmə üzrə orqan
160.Məhsulun sertifikatlaşdırılmasında məqsəd nədən ibarətdir?
A) Məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu yoxlamaqdan
B) Ətraf mühitin təhlükəsizliyini qorumaqdan
C) Məhsulun keyfiyyət səviyyəsini qiymətləndirməkdən
D) Müəssisənin gəlirini artırmaqdan E) Məhsulun rəqabət qabiliyyətini yüksəltməkdən
161.Neçə əsasverici standart mövcuddur?
A) 6 B) 3 C) 4 D) 5 E) 2
162.İlk standartlaşdırma komitəsi harada yaradılmışdır?
A) İngiltərədə B) Almaniyada C) ABŞ-da D) Rusiyada E) Fransada
163.Məmulatın hər hansı xassəsini xarakterizə edən qiymət necə adlanır?
A) Parametr B) Parametrik sıra C) Standart göstəricisi D) Keyfiyyət göstəricisi
E) Standartlaşdırma obyekti
164.Standartlaşdırma və unifikasiya səviyyəsinin əsas göstəricisi olan tətbiqolun- ma
əmsalı neçə əmsalla xarakterizə olunur?
A) 3 B) 2 C) 4 D) 5 E) 6
165.İlk standartlaşdırma komitəsi neçənci ildə yaranmışdır?
A) 1901 B) 1902 C) 1903 D) 1904 E) 1905
166.Eynicinsli məhsul qrupu üçün ümumi olan və onun optimal səviyyəsini təmin
edən norma,qayda və tələbləri müəyyənləşdirən standartlar necə adlanır?
A) Ümumi texniki şərtlərin standartları B) Ümumi texniki sahə standartları
C) Ümumi texniki dövlət standartları D) Ümumi texniki müəssisə standartları
E) Ümumi texniki məhsul standartları
167.Standartlarda bölmələr, yarımbölmələr, bəndlər və yarımbəndlər necə işarə
olunur?
A) 1.1.1.1. ; 1.1.1.2 B) 1.1.1.A. ; 1.1.2.A C) 1.A.B.C. ; 2.A.B.C
D) 1.1.A.B ; 1.2.A.B E) 1.1.1.1.1. ; 1.2.1.1.1
168.Azərbaycan Respublikasında standartların növləri hansı standartla müəyyən-
ləşdirilir?
A) AZS 1.0-96 B) ГОСT 2.0-85 C) ГОСT 1.0-85 D) AZS 2.0-96 E) AZS 3.0-96
169.Azərbaycan Respublikasında standartların kateqoriyaları hansı standartla mü-
əyyənləşdirilib?
A) AZS 1.0-96 B) ГОСT 2.0-85 C) ГОСT 1.0-85 D) AZS 2.0-96 E) AZS 3.0-96
170.Standartların məzmununa qoyulan tələblər hansı standarla müəyyənləşdirilir?
A) AZS 1.5 – 96 B) AZS 1.2 – 96 C) AZS 1.3 – 96 D) AZS 1.4 – 96 E) AZS 1.0 – 96
171.Sertifikatlaşdırmaya sifarişlərin, həmçinin apelyasiyaların qəbulu və baxılması,
onlar barədə qərarların hazırlanması hansı orqanın funksiyasıdır?
A) Sertifikatlaşdırma üzrə orqanın B) Akkreditləşdirmə üzrə orqanın
C) Standartlaşdırma üzrə orqanın D) Standartlaşdırma və sertifikatlaşdırma üzrə orqanın
E) Sertifikatlaşdırma üzrə mərkəzi orqanın
172.Korrektəetmə tədbirləri hansı halda həyata keçirilir?
A) Məhsulun qoyulmuş tələblərə uyğunluğu pozulduqda
B) Sertifikatlaşdırma üzrə orqanın tələbi əsasında
C) İstehlakçı müəssisənin müraciəti əsasında
D) İstehsalçı müəssisənin müraciəti əsasında
E) Akkreditləşdirmə üzrə orqanın tələbi əsasında
173.AZS nədir?
A) Azərbaycan respublikasının dövlət standartı B) Dövlətlərarası standart
C) Sahə standartı D) Beynəlxalq standart
E) Azərbaycan respublikasının müəssisə standartı
174.ETMCS nədir?
A) Elmi-texniki mühəndis cəmiyyətlərinin standartları
B) Elmi-tədqiqat, metrologiya, standartlaşdırma və sertifikasiya
C) Azərbaycan Respublikası dövlət standartı D) Beynəlxalq standart
E) Elmi- tədqiqat standartları
175.Rusiyanın sənaye istehsalatında standartlaşdırma ilk dəfə nə vaxt tətbiq
edilmişdir?
A) XVI əsrdə B) XIX əsrdə C) XX əsrdə D) XXI əsrdə E) XI əsrdə
176.Alimlər standartlaşdırmanın tarixini adətən nə ilə bağlayırlar?
A) Misir ehramları (piramidaları) ilə B) Alman məbədləri ilə C) Rus kilsələri ilə
D) Çin səddi ilə E) Qədimi mağaralar ilə
177.SSAZ nədir?
A) Sahə standartı B) Sahələrarası standart C) Beynəlxalq standart
D) Milli standart E) Sovet standartı
178.Dünyada standartlaşdırmanın inkişafı hansı vaxtlara təsadüf edir?
A) XIX – XX əsrlərdə B) X – XI əsrlərdə C) XI – XII əsrlərdə
D) I - II əsrlərdə E) XX – XXI əsrlərdə
179.MS nədir?
A) Müəssisə standartı B) Maşın standartı C) Sahə standartı
D) Beynəlxalq standart E) Məktəb standartı
180.İSA assosiasiyası hansı şəhərdə yaradılmışdır?
A) Praqa B) Moskva C) Berlin D) Bakı E) Vaşinqton
181.TŞAZ nədir?
A) Texniki şərtlər B) Taxta-şalban standartları C) Texniki şura
D) Beynəlxalq standartlar E) Avropa standartı
182.İSO təşkilatı hansı şəhərdə yaranvışdır?
A) London B) İstanbul C) Tokio D) Nyu-york E) Moskva
183.Respublikamızda standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsin-
də işlərə kim rəhbərlik edir?
A) SMPDK B) Milli məclis C) Nazirlər kabineti D) Prezident aparatı
E) Səhiyyə nazirliyi
184.Dünyada ilk dəfə standartlaşdırma komitəsi neçənci ildə, harada yaradılmış-
dır?
A) 1901-ci ildə İngiltərədə B) 1902-ci ildə Almaniyada C) 1903-cü ildə Amerikada
D) 1904-cü ildə Fransada E) 1905-ci ildə Rusiyada
185.Unifikasiya nədir?
A) Standartlaşdırmanın I üsulu B) Sertifikasiya üzrə orqan C) Universal standart
D) Universitet standartı E) Sertifikasiyanın metodu
186.Tipləşdirmə nədir?
A) Standartlaşdırmann II üsulu B) Tiplərin standartı C) Tiplərin sertifikatı
D) Məhsulun tiplərə bölünməsi E) Standartın tiplərə bölünməsi
187.Azərdövlətstandart nədir?
A) Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi
B) Azərbaycan dövlət standartı C) Azərbaycan standartlaşdırma idarəsi
D) Azərbaycan Dövlət standartlaşdırma idarəsi
E) Azərbaycan dövlət sertifikatlaşdırma mərkəzi
188.Sistemləşdirmə nədir?
A) Əşyanın, hadisənin müəyyən ardıcıllıqla düzülüşü B) Sistem standartı
C) Sistem sertifikatı D) Sertifikatlaşdırmanın üsulu
E) Elektrik sistemlərinin standartları
189.Simplifikasiya nədir?
A) Standartlaşdırmanın IV üsulu B) Sertifikatlaşdırma üzrə fəaliyyət növü
C) Standartlaşdırma üzrə fəaliyyət növü D) Sertifikasiyanın üsulu E) Məhsulun kodu
190.Aqreqatlaşdırma nədir?
A) Standartlaşdırmanın V üsulu B) Aqreqat sertifikatı C) Aqreqat standartı
D) Sertfikatlaşdırmanın üsulu E) Aqreqat məhsul
191.Normativ texniki sənədlərin dövlət reestrini kim aparır?
A) SMPDK B) Nazirlər kabineti C) Müvafiq nazirliklər D) TQDK
E)Dövlət reestr komitəsi
192.Standart neçə növ tələbi özündə əks etdirir?
A) 2 B) 3 C) 4 D) 5 E) 6
193.Respublikada neçə növ standart işlənib hazırlanır?
A) 4 B) 3 C) 2 D) 5 E) 7
194.Hansı əsasverici standarta görə müxtəlif kateqoriyalı standartlar növlərə
bölünür?
A) AZS 1.0-96 B) AZS 1.1-96 C) AZS 1.12-96 D) AZS 1.13-96
E) AZS 1.14-96
195.Standartların neçə kateqoriyası mövcuddur?
A) 6 B) 4 C) 8 D) 10 E) 12
196.Standartların mətnində məcburi tələbləri şərh edən zaman hansı sözlərdən isti-
fadə edilməlidir?
A) “Zəruridir” , “Olmalıdır” B) “Məsləhətdir” C) “Ola da bilər”
D) “Ola bilsin ki,” E) “İcazə verilə bilər”
197.Məhsul (xidmət) üçün standartlar həmcins məhsul (xidmət) qrupuna və ya
konkret məhsula (xidmətə) tələbləri təyin edir.Bu normativ sənədlərin neçə müxtə-
lifliyi vardır?
A) 2 B) 3 C) 4 D) 5 E) 6
198.Azərbaycan Respublikasında standartların işlənib hazırlanması neçə mərhə-
lədən ibarətdir?
A) 5 B) 3 C) 4 D) 2 E) 6
199.Azərbaycan Respublikasında məhsulun sertifikatlaşdırma prosesi neçə mər-
hələdən ibarətdir?
A) 7 B) 3 C) 4 D) E) 2
200.Aşağıdakılardan hansı standartlaşdırmanın üsluna aid deyil?
A) Mərkəzləşdirmə E) Unifikasiya B) Tipləşdirmə C) Sistemləşdirmə
D) Aqreqatlaşdırma E) Unifikasiya
201.Aşağıdakılardan hansı standartların kateqoriyasına aid deyil?
A) İSO B) AZS C) SSAZ D) TŞAZ E) MS
202.”Sertifikat” sözü hansı dildən götürülmüşdür?
A) Latın B) Türk C) Azərbaycan D) İngilis E) Alman
203Aşağıdakılardan hansı standartlaşdırmanın növünə aid deyil?
A) Beynəlxalq standartlar B) Məhsul (xidmət) standartları C) Proses standartları
D) Nəzarət üsulları standartları E) Əsasverici standartlar
204.Azərbaycan Respublikasında standartlaşdırma haqqında qanun neçənci ildə
qüvvəyə minmişdir?
A) 1996 B) 1992 C) 1993 D) 1994 E) 1991
205.Standartlaşdırmanın əsas prinsiplərinə aid olanı göstərin.
A) Qarşılıqlı əvəzolunma B) Tipləşdirmə C) Unifikasiya
D) Davamlılıq E) Uzunömürlülük
206.Standartlaşdırmanın əsas prinsipinə aid olanı hansıdır?
Dostları ilə paylaş: |