Kimə: Cənab Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Təhsil Naziri
Surəti: Cənab Elvin Rüstəmov, Təhsil Nazirliyi, Dövlət İnvestisiyası üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL), Layihə Əlaqələndirmə Qrupu
Kimdən: Prof.Dr. Şəmsəddin Hacıiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rektoru
Statistik Təhlil üzrə Naxçıvanda keçirilmiş təlimin tamamlanması barədə hesabat
11 noyabr 2013
Xülasə
Təhsil Nazirliyi (Sifarişçi) və ADİU arasında müqavilə əsasında Statistik Təhlil (ST) üzrə 10-günlük təlim kursu 28 oktyabr-8 noyabr 2013 tarixlərində Naxçıvanda, ADİU və tərəfdaş təşkilat olan Sosial İqtisadi Araşdırmalar Mərkəzi (SİAM) tərəfindən Sifarişçinin təqdim etdiyi Texniki Tapşırığa və təqdim etdiyimiz Təklifə uyğun şəkildə uğurla həyata keçirilərək başa çatmışdır.
Təlim Sifarişçinin təmin etdiyi təlim otağında, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Xarici Dillər korpusunun 415 nömrəli otağında müxtəlif nazirlikləri, universitet və dövlət agentliyini təmsil edən iştirakçılar üçün keçirilmişdir (iştirakçıların siyahısı onların təmsil etdikləri təşkilatlar da daxil olmaqla Əlavə 2-də verilmişdir).
Əlavələr Əlavə 1: İştirakçı xalı və yeri, tərəqqisi, sertifikatları, davamiyyəti, və təşkilatları Əlavə 2: İştirakçıların öyrənilənləri tətbiqlə bağlı planları Əlavə 3: Təlim mövzuları Əlavə 4: Təlim gündəliyi
Əlavə 1: İştirakçı xalı və yeri, tərəqqisi, sertifikatları, davamiyyəti, və təşkilatları
Yer
|
Ad
|
Son Xal
|
Sertifikatın Tipi
|
Davamiyyət
|
Tərəqqi
|
Təşkilat
|
1
|
Zamir Hüseynov Tələt oğlu
|
98%
|
'Uğurla bitirmişdir'
|
100%
|
90%
|
İqtisadi İnkişaf Nazirliyi
|
1
|
Səfərəli Səfərli Afət oğlu
|
98%
|
'Uğurla bitirmişdir'
|
100%
|
93%
|
NMR Dövlət Energetika Agentliyi
|
3
|
Anar Əliyev Hüseyn oğlu
|
96%
|
'Uğurla bitirmişdir'
|
100%
|
90%
|
NMR İqtisadi İnkişaf Nazirliyi
|
4
|
Elçin İmanov İldırım oğlu
|
94%
|
'Uğurla bitirmişdir'
|
100%
|
95%
|
NMR Dovlət Torpaq və Xəritəçəkmə Komitəsi
|
5
|
Sevinc Abdullayeva Ədalət qızı
|
90%
|
'Uğurla bitirmişdir'
|
100%
|
'n/a'
|
Naxcıvan Dövlət Energetika Agentliyi
|
5
|
Rüfət Əliyev Aslan oğlu
|
90%
|
'Uğurla bitirmişdir'
|
100%
|
70%
|
Naxçıvan Dövlət Universiteti
|
7
|
Oruc Babayev Rüstəm oglu
|
88%
|
'Uğurla bitirmişdir'
|
90%
|
'n/a'
|
Naxçıvan Dövlət Universiteti
|
8
|
Elçin Şükürov Saleh oğlu
|
80%
|
'Uğurla bitirmişdir'
|
100%
|
55%
|
NMR Sahibkarlığa Kömək Fondu
|
8
|
Gülşən Mustafayeva Zahid qızı
|
80%
|
'Uğurla bitirmişdir'
|
100%
|
'n/a'
|
NMR Dövlət Energetika Agentliyi
|
10
|
Elnur Əsgərov Lazar oğlu
|
61%
|
'İştirak etmişdir'
|
80%
|
'n/a'
|
NMR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
|
11
|
Xəyal Eyvazov Aftan oğlu
|
60%
|
'İştirak etmişdir'
|
95%
|
33%
|
NMR Ədliyyə Nazirliyi
|
12
|
Rafət Cəfərov Telman oğlu
|
53%
|
'İştirak etmişdir'
|
100%
|
35%
|
NMR Ədliyyə Nazirliyi
|
12
|
Elçin Qasımov Zeynalabdın oğlu
|
53%
|
'İştirak etmişdir'
|
100%
|
'n/a'
|
NMR Ədliyyə Nazirliyi
|
14
|
İftixar Süleymanov Cəmil oğlu
|
52%
|
'İştirak etmişdir'
|
90%
|
'n/a'
|
NMR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
|
15
|
Samir Məmmədov Sabir oğlu
|
24%
|
Heç biri
|
45%
|
'n/a'
|
AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi
|
15
|
Nəsir Mirzəyev Məhərrəm oğlu
|
24%
|
Heç biri
|
70%
|
'n/a'
|
NMR Ədliyyə Nazirliyi
|
17
|
Sevinc Səfərova Səfər qızı
|
8%
|
Heç biri
|
0%
|
'n/a'
|
NMR Dövlət Energetika Agentliyi
|
Əlavə 2: İştirakçıların öyrənilənləri tətbiqlə bağlı planları
A.
|
Bu təlimdə əldə etdiyiniz bilik, səriştə vəya metodları tətbiq etməyi planlaşdırdığınız 2 layihə/tapşırıq/iş (mövcud səlahiyyət və vəzifəniz çərçivəsində) təklif edin.
|
| -
Bu seminarda əldə etdiyim bilik və bacarıqları iş yerimdə statistik araşdırmalar ,ehtimallar, hesablamalarda tetbiq etmeyi planlaşdırıram
-
Mən bu təlimatda öyrəndiyimi işlədiyim komitədəd sertifkatlatrın hesabatənı yeni formada işləyəcəm.
-
Əslində bu təlimdə mən çoxlu biliklər əldə etdim.Bu təlim bizə təkcə statistik biliklər yox,həm də informatika və riyaziyyata aid biliklər öyrətdi.Mən Naxçıvan MR Energetika Agentliyinin Maliyyə İqtisadiyyat şöbəsindəki vəzifəmdə öyrəndiyim bilikləri öz işimə tətbiq edəcəyəm.
-
Ümumiyyətlə, statistik təhlil təlimində təkcə statistika elmi ilə əlaqədar deyil, informatika elmi ilə də əlaqədar bir çox anlayışlar, metodlar və biliklərə sahib olduq.
-
Mən öz işimdə, yəni, Naxçıvan MR Dövlət Energetika Agentliyində icra etdiyim vəzifənin tətbiqi zamanı təlimdə qazandığım bilikləri tətbiq etməyi düşünürəm.
-
Mənim tətbiq planıma: A. Əməyin ödənilməsinin təşkilinin operativləşdirilməsi; B. Elektrik enerjisinin satışında yeni tarif sisteminin layihəsinin hazırlanması daxildir.
-
“2012-2015-ci illər Naxçıvan Muxtar Respublikasının ərzaq təminatı ilə bağlı” proqram. B. “2012-2015-ci illər regional inkişaf” proqramı
-
Bu təlimdə əldə etdiyim bilik Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində tətbiq etmək.
-
Oz işimlə bağlı Enerji satışının qiymətinin əhalinin bütün təbəqələrini qane etməsi və təşkilatımızın büdcəsinə ziyan vurmadan statistik təhlili aparmağı planlaşdırıram
-
Nax MR İİN SKF-da verilən güzəştli kreditləri araşdırmaq,orta qazancı hesablamaq hər hansı iki il müqaisə edib hansi sahibkarların və hansi sahənin gəlirli olmasını tapmaq və o sahəyə dəstəyi artırmaq
-
A)“Naxçıvan Muxtar Respublikasının növbəti büdcə ili və gələn 3 il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz gostəriciləri” B) “Naxçıvan Muxtar Respublikasının Dövlət İnvestisiya Proqramı”nda nəzərdə tutulan layihələrin ekspertizası
-
1. Enerji mənbələrindən istifadə (bundan sonra - müvafiq sahə) imkanlarını qiymətləndirmək məqsədi ilə seçmə statistik müayinələrin (müşahidələrin) keçirilməsi; 2. Müvafiq sahə ilə məşğul olan təsərrüfat subyektlərinin registrini hazırlamaq;
-
Sosial müavinətlərin unifikasiyası "1. Suvarma işləri üçün su kanalının tikintisi. 2. Çirkab su xəttlərinin çəkilməsi"
-
1) Turzim potensilaı və onun Region ölkələri ilə müqayisəsi. 2) Azərbaycanda Üzümçülük sektoru və onun iknkişaf etdirilməsinin zərəri və xeyri.
-
1. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə (bundan sonra - müvafiq sahə) imkanlarını qiymətləndirmək məqsədi ilə seçmə statistik müayinələrin (müşahidələrin) keçirilməsi; 2. Müvafiq sahə ilə məşğul olan təsərrüfat subyektlərinin registrini hazırlamaq
-
1) Şəhərin tıxaclı olan küçə və prospektlərində ay, gün, həftə və pik saatlarda keçən nəqliyyat vasitələrin sayının və sürətini statistikasını analiz etmək. Əlavə zolaqların artırılması və ya tunel, keçid, körpü və yol ötürücülərin inşasının mümkünlüyü, təsiri və səmərəsini öyrərnərək tədbiq edilməsi. 2) Küçə və prospektlərdə tıxac və qəzaların sıx olduğu yerləri öyrənmək baş vermə sayını və statistikasının hesablamaq. Gələcəkdə baş verə biləcək tıxacları və qəzaları dərhal müəyyən etmək məqsədi ilə müşahidə kameralarının quraşdırılmasının ərazi üzrə mümkünlüyü.
-
Təlimdə əldə etdiyim hipotezin qoyulması anlayışından istifaə etməklə ; 1.Şagird sayı 20-dən çox komplektləşdirilmiş siniflərdə tədrisin keyfiyyətinin analizini aparmaq. Məlumatların toplanması və qrafik təsviri metodlarından istifadə etməklə; 2.Regionlarda qızların məktəbdən kənarlaşdırılmasının səbəblərinin statistikasını aparmaq.
-
Mövcud səlahiyyətlərim və vəzifəm çərçivəsində təlim keçdiyimiz dərslər arasında mənə yaxın olan layihə olaraq - kuriculum, işimdə tədbiq edəcəyim metodlardan biri olaraq isə xətti modelləshdirmə və zaman modellərini secərdim. 1) kuriculum 2) xətti modelləshdirmə və zaman sırası modelləri
-
1) dərslərin eyni bir müəllim tərəfindən tədris edilməsinin effektivliyinin araşdırılması 2) Müəllimlərin dərs yükü normasının artırılmasının təhsilin keyfiyyətinə təsirinin araşdırılması
|
B.
|
Bu tapşırıqların/işlərin sizin sektor, təşkilat və həllini planlaşdırdığınız məsələlər üçün niyə əhəmiyyət kəsb etdiyini açıqlayın.
|
| -
Bu təlimdə öyrəndiklərimi iş yerimdə işlərdə görəcəyim işi daha az vaxta və səmərəli görməyə kömək edəcək.
-
Mən maliyyə sahəsində işlədiyim üçün öyrəndiyim excel programı mənə daha kömək eliyəcək
-
Mən bu təlimdə Microsoft Office proqramına aid olan Excel proqramının imkanlarından istifadə etməyi,elektrik enerjisindən səmərəli tarif tətbiq etməyi öyrəndim və öz işimdə də istifadə edəcəyimə inanıram.
-
Mən düşünürəm ki, statistikanın müxtəlif funksiyalarını öz iş fəaliyyətimə tətbiq etməklə işçilərin əməkhaqqlarını daha operativ üsullarla, daha sürətli və daha da dəqiqliklə hesablaya və ödəyə bilərəm. Bu ideyama təlimdə öyrəndiyim hesablama proqramlarının yüksək səviyyədə tətbiqi də daxildir. B.Mənim ikinci planım təlimdə statistik təhlilin tətbiqi ilə hazırladığım yeni tarif sisteminin elektrik enerjisinin qənaətlə istehlakını stimullaşdıra bilərik. Eyni zamanda bu iqtisadi siyasətdir və əhalinin rifahına xidmət edir.
-
Hazırladığımız layihələrin daha səmərəli və gələcəkdə necə effekt verəcəyini bilmək üçün istifadə oluna bilər.
-
Bu təlimdə öyrəndiklərim hüquqla bağlı deyil. Bu mənim ixtisasım deyil. Bu mövzuda tədris olunan dərslər biliklər istədiyim səviyyədədir.
-
Bu layihə əsasında əhalinin əsasda kasıb təbəqəsinin enerjidən səmərəli istifadə etməsi üçün planlar həyata keçirməyə çalışardım .İllik gəlir əsasında hər bir əhaliyə enerji satışı təklifini irəli sürərdim
-
Bu təlimdə öyrəndiklərim iqtisadiyyatla bağlıdır. Bu isə mənim ixtisasımdır. Ve mən bu fənni tədris edirəm.
-
Bu təlimdə öyrəndiklərim biliklər, səriştə və metodlar iqtisadiyyatla bağlıdır. Bu “Statistik Təhlil” kursu çərçivəsində əldə etdiyim bilik və metodları “Naxçıvan Muxtar Respublikasının növbəti büdcə ili və gələn 3 il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz gostəriciləri”nin, “Naxçıvan Muxtar Respublikasının Dövlət İnvestisiya Proqramı”nda nəzərdə tutulan layihələrin ekspertizasında və digər analoji layihələrin hazırlanmasında istifadə edecəyəm.
-
Bu tapşırıqlar və işlər vasitəsilə çalışdığım sektorun əsas məqsədi olan şəhər nəqliyyatının optimallaşdırılması və tıxacların aradan qaldırılması, bunun nəticəsində də vaxta, pula qənaət və ekologiyaya xeyir vermiş oluruq.
-
1. İlk növbədə qeyd etməliyəm ki, müvafiq sahədə baş verən hadisələr barədə rəsmi statistikada kifayət qədər məlumat olmadığına görə yuxarıda qeyd olunan müşahidənin aparılmasına ehtiyac vardır. Müayinə nəticəsində əldə olunacaq məlumatlar bizə ölkənin müəyyən ərazilərində hidro, külək, günəş, bio-enerji, tullantılar enerjisi üzrə istehsal potensialının qiymətləndirilməsinə imkan verəcəkdir. 2. Təlimdə aldığım bilgilərdən istifadə etməklə, statistik reyestri daha mükəmməl hazırlamaq.
-
Qeyd olunan məqsədə nail olmaq üçün Nazirliyin strategiyasının müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edən müvafiq vəziyyətin təsvirini və son 4-5 il ərzində sosial müavinətlərin məbləğinin inkişaf dinamikasını hazırlamaq.
-
Suvarma işləri üçün su kanalının çəkilişi kənd təsərrüfatları olan şəxslərin işlərinə yardım göstərəcək. Suvarma suyun verilməsi məhsuldarlığı artacaq.Buda öz növbədə bir çox məsələlərə təsir göstərəcək.Məs. a.Yerli (ekoloji təmiz)məhsulun bazara çıxması. b.İşsizliyin azalması - bu da cinayətkarlığın azalması deməkdir. c. Təhsilin artması. d.Əhalinin gəlirlərin artması- bu da dövlət büdcəsinə ödəmələrin artmasına çıxardır, buda yeni layihələrin başlanmasına yol aça bilər- yeni layihələrdə yenədə əhaliyə xidmət edəcək.,yəni əvvəllər qeyd etdiyimiz nəticələr verəcək.
-
1)Bu lahiyələrin heyata keçirmək üçün onların ilkin olaraq planları qurulmalıdir,ondan sonar uyğun olaraq sorğu keçirilməlidir və anket hazırlanmalıdır. 2)Sonra lahiyələrin hesabatların müqayisəsi və statistic təhlili aparilmalidir ki,onlarin Azərbaycan iqtisadiyyatın daha da inkişaf etsin.
-
1. İlk növbədə qeyd etməliyəm ki, müvafiq sahədə baş verən hadisələr barədə rəsmi statistikada kifayət qədər məlumat olmadığına görə yuxarıda qeyd olunan müşahidənin aparılmasına ehtiyac vardır. Müayinə nəticəsində əldə olunacaq məlumatlar bizə ölkənin müəyyən ərazilərində hidro, külək, günəş, bio-enerji, tullantılar enerjisi üzrə istehsal potensialının qiymətləndirilməsinə imkan verəcəkdir. 2. Təlimdə aldığım bilgilərdən istifadə etməklə, statistik reyestri daha mükəmməl hazırlamaq.
-
Yollarda mütəmadi olaraq baş verən tıxacların aradan qaldırılması və təhlükəsiz hərəkətin təmin edilməsi bizim mərkəzin və şöbənin əsas məqsədlərindən biridir. Hər iki məsələ təhsildə keyfiyyətə təsir edir. Bu da Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi üçün əhəmiyyət kəsb edir.
-
Səbəb: ishim rübluk, illik hesabatı olduqunu nəzərə alsaq, rübluk və illiyin mərkəzləşmiş sürüşkən ortasını hesablamaq işimə çox yarıyar. Nəticə: çunki mən belə fikirləşirəm ki, işimdə, iş prinsipində yenilik, müasir metodlardan istifadə etmək hec də pis deyi,l əksinə belə düşünürəm ki, yüzlərlə sənədləri qarşıva qoyub saatlarla vaxt sərf etməkdənsə az vaxt və asan metodddan istifadə etmək daha sərfəlidir.
-
Çalışdığım şöbə Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi olduğuna görə yuxarıda qeyd etdiyim məsələlərin araşdırılması şöbənin işinə müvafiqdir. Bundan başqa qeyd etdiyim məsələlər son vaxtlar təhsil sahəsində aktual məslələrdən biridirlər.
|
C.
|
Növbəti 6 ay ərzində öyrəndiyiniz anlayış və metodları təşkilatınızın mandatına aid strateji məsələlərə necə tətbiq edəcəyiniz planı təsvir edin.
|
| -
Bu metodlardan rüblük hesabatların hazırlanmasında istifadə edəcəm
-
İlin sonunda yekun hesabatların hazırlanmasında öyrəndiyim metodu tətbiq edəcəm
-
Mənim burda öyrəndiklərim excel proqramının müxtəlif funksiyalarını öz işimə tətbiq edib öz işimi daha da dəqiq görə biləcəyimə əminəm.Mənim digər öyrəndiyim isə elektrik enerjisinin satışında daha səmərəli tarif sistemindən istifadə oldu.Düşürürəm ki, bu əhaki üçün də daha səmərəli olar.
-
Mən təlimdə Microsoft Office proqramlar sisteminə daxil olan Microsoft Excel proqramının geniş imkanlarından daha əhatəli istifadə üsullarını da öyrəndim və öz işimdə bu imkanlardan yararlanacıyam. B.Statistik təhlilin köməkliyi ilə Naxçıvan MR-nın ev təsərrüfatlarının gəlirləri və elektrik enerjisi istehlakı arasında əlaqəni təhlil edərək tarif qiymətləri haqqında yeni təkliflər hazırlayacağam və bu təklifləri təkmilləşdirərək Naxçıvan MR Dövlət Energetika Agentliyinin rəhbərliyinə və elektrik enerjisinin məsul əməkdaşlarına təqdim edəcəyəm.
-
Növbəti 6 ay ərzində əgər yeni layihələr üzərində işləsək o layihələrin səmərəli olub olmayacağını öyrəndiyimiz metodlarla təxmini hesablamaq olar.
-
Tələbələrlə bu barədə bilik mübadiləsi aparılıb, onlara maraqlı ola biləcək fikirlər çatdırılıb.
-
Öyrəndiklərimi qarşıdan gələn soyuq aylarda əhalinin istifadə etdiyi enerjiyə görə öz büdcələrinə uyğun ödəmələri məsələsinə tətbiq etməyi planlaşdırıram
-
Mən burada öyrəndiklərimi qarsidaki iş fəaliyyətimdə uğurla həyata keçirəcəm.
-
“Naxçıvan Muxtar Respublikasının növbəti büdcə ili və gələn 3 il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz gostəriciləri”nin, “Naxçıvan Muxtar Respublikasının Dövlət İnvestisiya Proqramı”nda nəzərdə tutulan layihələrin ekspertizasında və digər analoji layihələrin hazırlanmasında istifadə edecəyəm.
-
Təlimdə əldə etdiyim biliklər tələbələr arasında sorğular keçirmək vasitəsi ilə tədrisin effektivliyini artıracaq.
-
Təlimdı öyrəndiyim anlayış və metodları mütəmadi olaraq Bakı şəhərinin əsas küçə və prospektlərindən video aşkarlayıcı kameralar vasitəsilə əldə edilən xam məlumatların analiz edilməsinə və bu yolla da verilə biləcək təkliflərin əsaslandırılması, yaranan problemlərin araşdırılması və qiymətləndirilməsi istiqamətində tətbiq edəcəm.
-
1. Müşahidənin nəticələri Altrnativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) veb portalında yerləşdiriləcək ki, bu da müvafiq fəaliyyətlə məşğul olmaq və ya ona investisiya qoymaq istəyən sahibkarı zəruri məlumatlarla təmin edəcəkdir. 2. Xüsusi proqram təminatından istifadə etməklə registrin tərtib edilməsi və onun mütəmadi aktuallaşdırılması.
-
Müxtəlif sosial müavinətlərin standart yayınmasını, çəkili ortasını, median və modunu müəyyən etmək . Piroq və Pareto diaqramlarını qurmaq Daha çox çəkiyə malik müavinətləri müəyyən etmək zaman diaqramını qurmaq, müavinətin məbləği ilə benefisiarları arasında paylanmanı təsvir etmək. Uyğun məbləğə malik müavinətlərin eyniləşdirilməsi üzrə işlər aparmaq .
-
"1. Həyata keçirilən layihələrin effektivliyinin,etibarlılığının,səmərəliliyinin,təsirinin vacib olduğunu başa salmağa çalışacam. 2.Yeni infrastruktur layihələrin alınması üçün öyrəndiklərimi təklif etməyə çalışacam.Məsələn:resurs varsa layihəni ala biləcəyik, layihəni ala bilsək məhsul olacaq.Məhsulda yuxarıda,yəni 2-ci sualın cavabında göstərdiyim nəticələr verəcək."
-
Növbəti 6 ay ərzində təşkilatımızda sorğularda,anketlerde və statistic hesabatlarda daha aktiv fəaliyyəty göstərəcəyimi planlaşdırıram.Təlimdə əldə etdiyim bilik və bacarıqlardan digger əməkdaşlarımada yardım etecem.
-
1. Müşahidənin nəticələri Altrnativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) veb portalında yerləşdiriləcək ki, bu da müvafiq fəaliyyətlə məşğul olmaq və ya ona investisiya qoymaq istəyən sahibkarı zəruri məlumatlarla təmin edəcəkdir. 2. Xüsusi proqram təminatından istifadə etməklə registrin tərtib edilməsi və onun mütəmadi aktuallaşdırılması.
-
Növbəti 6 ay ərzində öyrənilən yollarda tıxacın və qəzaların baş vermə səbəblərini araşdırmaq. Gün ərzində və pik saatlarda nəqliyyat vasitələrin orta sürətini analiz etmək. Tədbiq olunacaq həll yollarının nəticəsinin effektivliyi və səmərəliliyinin müəyyən etmək. Sonda təkliflər hazırlamaq.
-
1.Təlimdə əldə etdiyim məlumatlarla şöbə əməkdaşlarını tanış etmək; 2. Nəzərdə tutulmuş layihənin təklif olunması; 3. Təklif edilmiş layihənin həyata keçirilməsi üçün tədbirlərin görülməsi; 4.Layihənin yekun hesabatının hazırlanması; Novbəti 6 ay ərzində öyrəndiyim bilik və nəticələri praktik səriştə, bilik ve bacarıqlarım, gördüyüm işlərin keyfiyyət və səmərəliyi, həmcinin təlim materialları və bəzi dərsliklərdən istifadə etməklə tətbiq edəcəm.
-
Təlimdə əldə etdiyim bilik və bacarıqları çalışdığım şöbənin səlahiyyətləri çərçivəsində apardığı statistik araşdırmalarda tətbiq edəcəyimi düşünürəm. Həyata keçirməyi planlaşdırdığım layihələrdə statistik məlumatların toplanması və ya əldə edilməsi metodlarından, bu məlumatların rəqəmsal formada təsvir olunması və emal olunması metodlarından istifadə edəcəyimi düşünürəm.
|
D.
|
Təklif etdiyiniz planın icrası üçün rəhbərinizdən nə cür və hansı səviyyədə yardım və ya dəstəyə ehtiyacınız olacaq?
|
| -
Bu lahiyənin yeni və səmərəli olduğu üçün rəhbərlikdən mümkün ola biləcək qədər destəyə ehtiyac olacaq
-
İşlədiyim komitədə bu sahədə mütəxəssis olmadığı üçün statistic təhlillərin hesablanmasını mənə həvalə etsinlər
-
Mən rəhbərimizdən planın təkminləşməsində və icrasında və maliyyə cəhətdən mənə kömək olmasını istərdim. Beləliklə planlarımı həyata keçirərdim.
-
Təklif etdiyim planın təkmilləşdirilməsində və icrasında mütəxəsis rəyinə, az qiymətli texnoloji resurslara, hüquqi əsasa, informasiyaya və maliyyə dəstəyinə ehtiyacım olacaq
-
Təklif etdiyimiz layihələr çox geniş əhatəli olduğu üçün rəhbərimizdəndə çox yüksək səviyyədə dəstəyə ehtiyacımız olacaq.
-
Bu mövzu barəsində və ya yaxın mövzularda tədris olunacaq fənlər.
-
İlk olaraq rəhbərlikdən təklifimin qəbul edilməsini xahiş edərdim .maddiyat baxımından da kömək istiyərdim.Digər şəxslərdən mənə kömək məqsədilə ayırmasını xahiş edərdim. Apardığım təhlilin həm əhalui , həm də təşkilatımız üçün müsbət nəticə verəcəyinə rəhbərliyi əmin edərdm. Mənə verdikləri bu biliklərə görə təlimçilərimiz Elçin müəllimə , Ziya müəllimə fərin təşəkkürümü bildirirəm.
-
Çalışacam ki öyrəndiklərəmi iş yoldaşlarımla mə rəhbərimlə bəlüşum və ugurlu nəticələr əldə edək
-
Hazırlanmış təklif layihələri ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılması… (Bununla bağlı problem yaranmır, hər zaman şərait yaradılır.)
-
Tədbirin həyata keçirilməsinə müsbət rəy verilməsi. Nazirlikdə mövcud olan elektron məlumat bazasında olan məlumatlar əsasında qeyd olunan istiqamətdə fəaliyyət mümkün olacaqdır.
-
"Öyrəndiklərimi təcrübədə istifadə etək üçün dəstək. Məs. a.Layihələrin hazırlanmasında,alınmasında, müzakirələrdə iştirakımın təmin edilməsi. b.Məsələlərinin yerində müzakirəsi, çatışmamazlıqların müəyyən edilməsi,aradan qaldırıması üçün, nəzarətin həyata keçirilməsi və digər işlərə görə layihə keçirilən ərazilərə ezam olunmağımın təmin edilməsi. c. Biliklərimi təkmilləşdirmək üçün yerli və xarici təlimlərdə iştirakımın təmin edilməsi. d.Təcrübə və fikir mübadiləsi üçün digər analoji yerli və xarici təşkilatlara göndərilməyimin təmin edilməsi e.Maddi və mənəvi dəstək."
-
Planın həyata keçməsi üçün daha səmərəli mühitin yaradilması,rəhbərlik tərəfindən stimulların verilməsi və köməklik göstərilməsi.
-
Tədbirin həyata keçirilməsinə müsbət rəy verilməsi. Məlumatların toplanmasında şəraitin yaradılması və koməkliyin göstərilməsi.
-
1.Rəhbərin layihəni dəstəkləməsi; 2.Planın icrası üçün rəhbərlik tərəfindən işçi qrupun yaradılması; 3.Layihənin icrası üçün vaxt ayrılması; 4.Məlumat toplayarkən rəhbərlik tərəfindən dəstək.
-
a) Bunun ücün ilk növbədə ona öyrəndiklərimi hesabat şəklində təqdim edəcəm və təklif edəcəm ki, daha müasir metodlardan, hesablama qaydalarından(düsturlar+diaqramlar) istifadə etməklə, statistik təhlillər aparmaqla effektiv nəticələr , ucotlar əldə etmək olar. b) rəhbərlik məsləhət gördüyü halda yuxarıda sadalananlari iş prinsipimdə tətbiq edəcəm və ondan stimulaşdırıcı imkan ve şəraitin yaradılması, həmicinin əlavə materiallarin toplanmasinda, bu cur təlimlərdə tez-tez iştirak etməyimdə yardım və dəstəyinə ehtiyacım olacaq.
-
İlk növbədə şöbə müdirinin icazəsi olmalıdır ki, mən təklif etdiyim layihənin icrasına başlayım. Lazımı şəraitin yaradılmasında, əlavə işçi qüvvəsinin cəlb olunmasında(ehtiyac olarsa), layihənin icrası ilə bağlı müəyyən göstərişlərin verilməsində şöbə müdirinin və sektor müdirinin yardım və dəstəyinə ehtiyacım var.
|
Əlavə 3: Təlim mövzuları
Modul 1 Əsas anlyaışlar
Modul 2 Kateqorik məlumat təsviri
Modul 3 Rəqəmsal məlumat təsviri
Modul 4 Dəyişənlər arasında əlaqə
Modul 5 Mərkəzə meyllik
Modul 6 Dəyişkənlik göstəriciləri
Modul 7 Aproksimasiya
Modul 8 ST üzrə tədqiqat planı
Modul 9 Konseptualizasiya və Ölçmə
Modul 10 Təsadüfi eksperimentlər
Modul 11 Ehtimal postulatları
Modul 12 Ehtimal qaydaları
Modul 13 İkidəyişənli ehtimal
Modul 14 Diskret təsadüfi dəyişən
Modul 15 Davamlı təsadüfi dəyişən
Modul 16 Normal paylanma
Modul 17 Populyasiya və nümunə
Modul 18 Nümunə paylanması
Modul 19 Nümunə-götürmə
Modul 20 Əminlik intervalı
Modul 21 Hipotez testi
Modul 22 Statistik qərəz və xətalar
Modul 23Eksperimentlər
Modul 24 Sorğu tədqiqatı
Modul 25 Çöl Keyfiyyət Tədqiqatı
Modul 26 Müqayisəli, tarixi tədqiqat
Modul 27 Qiymətləndirmə tədqiqatı
Modul 28 Məlumat toplama metodları
Modul 29 İndeks, Şkala və Tipologiya
Modul 30 Xətti modelləşdirmə
Modul 31 Zaman sırası modelləri
Modul 32 Məlumatın keyfiyyət təhlili
Modul 33 Məlumatın kəmiyyət təhlili
Modul 34 Məlumat keyfiyyəti
Modul 35 ST hesabatı
Modul 36 ST-nin effektiv təqdimatı
Modul 37 Rəqəmləri danışmaq sənəti
Modul 38 ST üzrə inzibati məsələlər
Modul 39 ST-də etik məsələlər
Modul 40 ST istifadə və institutlaşma
Modul 41 ST siyasəti və təcrübə
Modul 42 ST davamlılığı və uğur
Dostları ilə paylaş: |