Su Qiymətləndirməsi və Planlaması Sistemi (weap) üzrə təlimin planlaşdırılması barədə hesabat



Yüklə 138,29 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü138,29 Kb.
#7792
1   2   3   4   5

1. Texniki tapşırıq




Vəzifə və öhdəliklər


  • Birgə Su İdarəetməsi üzrə təlim proqramı hazırlamaq



Nəticə/Məhsul


  • Keçiriləcək təlim üzrə təlim proqramını əks etdirən hesabat

WEAP alətinin su ehtiyatları və birgə istifadənin qiymətləndirilməsi üçün istifadə olunacağı razılaşdırılmışdır. Buna görə də təlim WEAP alətinin tətbiqinə əsaslanır. Sonrakı təlim ehtiyacları Təlim Hesabatında (D5) müəyyən edilmişdir.


2. WEAP və birgə su idarəetməsi

Su, məhdud ehtiyatdır. Tələbat artdıqca və mövcud su ehtiyatı azaldıqca su idarəetməsi ilə bağlı çətinliklər də artır. Məhdud su ehtiyatlarının müxtəlif su sektorları, o cümlədən kənd təsərrüfatı, məişət, sənaye, hidroenergetika və ekoloji məqsədlər arasında paylaşdırılması üçün diqqətli planlaşdırma və müxtəlif ssenari və variantların simulyasiyası aparılmalı, bu zaman ehtiyatların əlçatımlılığının, tələbatın və ətraf mühitin bütün aspektləri ərazi və zaman kontekstində və vahid şəkildə, aşağı axardakı istifadəçilər də nəzərə alınmaqla inteqrə ediməlidir. WEAP - Su Qiymətləndirmə və Planlaşdırma Sistemi modelləşdirmə və simulyasiya aləti olub, bu məsələləri, o cümlədən yerüstü və yeraltı suları su ehtiyatlarının kompleks və birgə planlaşdırılması üzrə praktiki alətdə bir araya gətirir.


WEAP-la bağlı əsas məqamlar:

Platforma

Windows

Funksiya

Suya tələbat, təchizat, axım, buxarlanma və transpirasiya, infiltrasiya, məhsul suvarmasına dair tələblər, axarda axın tələbləri, ekosistem xidmətləri, yeraltı sular, yerüstü saxlanc, anbarın işi, çirklənmə, təmizləmə, suyun atılması, axarda suyun keyfiyyətinin simulyasiyası. Bütün bunların simulyasiyası müxtəlif siyasət, hidrologiya, iqlim, torpaqdan istifadə, texnologiya və sosial-iqtisadi amillər üzrə ssenarilər əsasında aparılır.

Kompleks yanaşma

Su ehtiyatlarının kompleks planlaşdırılmasının qiymətləndirilməsini aparmaq üçün vahid yanaşma.

Maraqlı tərəflərin iştirakı

Şəffaf struktur açıq prosesdə müxtəlif maraqlı tərəflərin iştirakına şərait yaradır.

Su balansı

Əlaqə-düyün arxitekturası üzərində geniş balans modelinə zəmin yaratmaq üçün məlumatlar bazası suya tələbat və təchizatla bağlı məlumatları saxlayır.

Simulyasiya əsaslı

Dəyişən hidroloji və siyasət ssenariləri əsasında suya tələbat, təchizat, axım, infiltrasiya, məhsulla bağlı tələblər, axınlar, saxlanc, çirklənmənin əmələ gəlməsi, təmizləmə, atma və axarda suyun keyfiyyəti ilə bağlı hesablama aparır.

Siyasət ssenariləri

Su ilə bağlı inkişaf və idarəetmə variantlarının tam spektrini qiymətləndirir və bu zaman su sistemlərindən çoxtərəfli istifadəni nəzərə alır.

İstifadəçiyə rahat interfeys

CİS əsaslı qrafiki “çək-apar” tipli interfeys. Xəritələr, diaqramlar və cədvəllər kimi vizual model nəticələri

WEAP Stokholm Ətraf Mühit İnstitutu tərəfindən hazırlanmışdır. O, lisenziyalı proqram olsa da, inkişaf etməkdə olan ölkələrdə və ya “Dünya Bankı: yüksək gəlirli ölkələr” siyahısında olmayan ölkələrdə yerləşən qeyri-kommersiya, hökumət və ya akademik müəssisələr üçün heç bir xərc tələb olunmur. Müvafiq olaraq, Azərbaycandakı təsisatlar da bu sıradandır. Proqram www.weap21.org/ linkində yüklənə və hər il yenilənən lisenziya həmin linkdən əldə edilə bilər.

WEAP ilə çalışmaq istəyən modelçilər çox yaxşı bacarıqlara malik olmalı və sistemi anlamalıdırlar. WEAP istehsalçıları öz saytlarında qeyd edir ki “WEAP su ehtiyatları üzrə kompleks planlaşdırma aləti olub, səriştəli planlaşdırıcı üçün əvəzedici deyil, yardımçı xidmət göstərməyə çalışır”. Müvafiq olaraq, təlim iştirakçılara sistemi tam anlamağa və eyni zamanda tam işlək model qurmağa yardım etmək məqsədi daşıyır.


Yüklə 138,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin