Sual 37. Metallar və ərintilər. Metalların tətbiq sahələri
Metal qatışıqları ərintisinin kristallaşmasından alınan bərk kütləyə ərintivə ya xəlitə deyilir. Ərinmiş halda metalların əksəriyyəti bir-birilə qeyri- məhdud miqdarda qarışır. Ərimiş metallar qarışan zaman ya bir-birində həll olur, ya mexaniki qarışır, ya da kimyəvi birləşmələr əmələ gətirir. Çox zaman ərintilər sərbəst metalların və onların kimyəvi birləşmələrinin qarışığından da ibarət olur. Bircinsli qeyri-müəyyən tərkibli qarışıqdan ibarət ərintilərə bərk məhlul deyilir.
Bəzi ərintiləri (məsələn, polad) tərkibinə metaldan başqa qeyri-metallar da daxil olur. Məsələn, dəmir nisbətən yumşaq metaldır.Lakin, onun az miqdar karbonla əmələ gətirdiyi ərinti çox bərk olur. Dəmir paslanır, lakin dəmirin xrom və nikellə əmələ gətirdiyi ərinti paslanmayan polad adlanır. Dəmirin karbon, silisium, manqan, fosfor və kükürd ərintisinə çuqun deyilir. Texnikada 5000-dən çox ərinti tətbiq edilir. Maqnezium və alüminium metallarına bir qədər də mis əlavə edildikdə yüngül, eyni zamanda çox bərk olan ərintilər alınır. Yüngül, eyni zamanda bərk olan ərintilərə “elektron” adlanan ərinti misal ola bilər. Elektronun tərkibində maqnezium, alüminium, manqan və sink vardır. Tunc adlı ərintinin tərkibinə mis və qalay daxildir. Bürünc adlanan ərinti mis və sinkdən ibarətdir. Müxtəlif metalların civə ilə ərintiləri amalqama adlanır. Alüminium (95%), maqnezium, mis və manqandan ibarət ərintiyə düralümin deyilir. Çox yüngül və möhkəm ərintidir. Təyyarə istehsalında istifadə edilir.