Sünnə və Cəməa anlayışı


d) Nafilə mənasında “Sünnə” kəlməsi



Yüklə 0,53 Mb.
səhifə11/28
tarix04.01.2022
ölçüsü0,53 Mb.
#53629
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

d) Nafilə mənasında “Sünnə” kəlməsi

Sünnə kəlməsi nafilə mənasında fərzin əksi və ya müsətəhəb sözü ilə sinonim kimi də işlədilmişdir83. Ya da fəqihlərin də ifadə etdiyi kimi: “Peyğəmbərdən –cəllalahu aleyhi vəssəlləm- fərz və ya vacib olmadığı sabit olan, yaxud vacib olmayan şey”84 – anlamındı işlənmişdir.

Əbu Sələmə bin Abdur-Rəhmanın atasından, onun da Peyğəmbərdən –cəllalahu aleyhi vəssəlləm- rəvayət etdiyi bu sözləri buna misaldır: “Şübhəsiz Uca Allah sizə Ramazan ayının orucunu fərz etdi. Mən də sizə həmin ayda namaz qılmağı sünnə etdim...85. Başqa bir yerdə də belə deyilir: “Ramazan Uca Allahın orucu fərz etdiyi bir aydır. Mən də bu ayda müsəlmanlara namaz qılmağı sünnə etdim.86

Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- Ramazan ayında namaz qılmağı sünnə etdiyini bildirmişdir. Yəni həmin ayda namaz qılmağı sünnə yolu ilə nafilə etmişdir. Burada sünnə fərzin əksi, yəni nafilə mənasındadır. Ramazan ayının namazının (təravihin) hökmü ilə bağlı bildiklərimiz də bu cürdür.

Sələf -radıyallahu anhum- sünnəni fərz olmayan (nafilə) və sünnə edilmiş işlər haqqında işlətmişlər:

Məkhul əş-Şaminin -rahmatullahi aleyhi- dediyi və sünnəni qismlərə ayırdığı bu sözlərini buna misal vermək olar: “Sünnə iki cürdür. Biri yerinə yetirilməsi fərz olan və küfrü tərk etmək lazım olan sünnədir. Digəri isə yerinə yetirilməsi fəzilət olan, onu tərk edib başqasını etmək təhlükəli olan sünnədir.”87

O sünnəni daha geniş mənası ilə vacib88 olan və olmayan olmaq üzrə qismlərə ayırmışdır.

İkincisi, yəni vacib olandan daha aşağı mərtəbədə olan sünnə isə burada nəzərdə tutulan sünnədir.

Bu cür sünnəni: “Peyğəmbərdən –cəllalahu aleyhi vəssəlləm- fərz və ya vacib etməsi nəzərdə tutulmayan sabit olan şeylərdir”89 deyə tərif verdikləri vaxt kimi fəqihlərin nəzərdə tutduğu növ də budur.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin