DİNİ İFADƏ OLARAQ “CƏMƏA”
Sünnədə işlədilməsinə uyğun olaraq əshabələrin, tabiinin və sələf-salehimizin ifadə etdiyinə görə, “cəməa” kəlməsi bir neçə mənaya gəlir. Bunlardan bəziləri aşağıdakılardır:
a) Əshabələrin -radıyallahu anhum- öz dövrlərindəki “cəməa”.
Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- dövründə xüsusilə də raşidi xəlifələrin dövründə əshabələlrin əksəriyyəti camaatın özləri idilər. Onlar müxtəlif işlərində imamət, əhkam, cihad və din ilə dünyanı əlaqələndirən digər bütün məsələlərdə haqq üzrə bir yerə yığılan insanlar idilər. Çünki dinin daşıyıcıları onlar idilər. Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- onlardan razı qalaraq vəfat etdiyi, Allahın göndərdiyi dinin daşıyıcıları və nəql edənləri idilər. Onlar zəlalət üzrə əsla birləşməyən insanlar idi.
Əş-Şatibi insanların “camaat” ifadəsi ilə fikirlərini təqdim edərkən bunları söyləyir: “Üçüncüsü, “camaat” xüsusi olaraq əshabələrin elə özü deməkdir. Çünki onlar dinin əsaslarını ayaq üstə saxlayanlar və sütunlarını yerə yerləşdirənlərdir. Onlar qəti olaraq zəlalət üzrə birləşməyənlərdir. Bu isə onldardan başqaları üçün gerçəkləşməsi imkan xaricində olan bir məsələdir.”117
Ehtimal olunur ki, burada bəhs edilən “camaat”dan məqsəd Abdullah bin Ömərin -radıyallahu anhumə- sözlərindəki bu ifadələrə uyğun gəlir: Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- buyurdu ki: “Allah bu ümməti bir zəlalət üzərində əbədi olaraq birləşdirməz”. Həmçinin buyurdu ki: “Allahın əli camaatın üzərindədir. Elə isə siz də o ən böyük olan çoxluğa tabe olun. Çünki kim camaatdan ayrılarsa, cəhənnəm atəşinə tərəf ayrılmış olar.”118
“Ən böyük toplum (“əs-səvadul-azam”) haqq üzrə olanlardır. Bunlar isə öz dövrlərində əshabələrdir, tabiindir, onlara tabe olunan din və hidayət imamları ilə onların yollarını gedənlərdir.”119
Əshabələr Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- dövründə və hidayətdə olan raşidi xəlifələrin dövründə camaatın əsasını təşkil edirdilər. Allah İslamı onlarla izzətləndirmişdir. Onlar Peyğəmbəri –cəllalahu aleyhi vəssəlləm- dəstəkləmiş, ona lazım olduğu kimi hörmət, hər işdə kömək etmişlər. Onlar İslamdakı ilk və ən fəzilətli camaatdırlar. Sünnədə qeyd edilən camaatla bağlı nəsslər hər kəsdən əvvəl onlar haqqındadır. Çünki onlar həm dövr, həm də fəzilət etibarı ilə qabağa getmiş insanlardır. Bundan sonra isə İslamda sünnə və haqq üzrə olan hər camaat üçün bu ifadə işlədilmişdir. Çünki bunlar da hidayəti tapmaq və tabe olmaq baxımından əshabələrin davamçılarıdır. O halda, tabiinə görə camaatdan məqsəd, əshabə camaatının üsulu, gedişləri və sünnələri üzrə olanlardır. Elmi və əməli onlardan nəsildən-nəsilə günümüzə qədər və qiyamətin qopacağı vaxta qədər miras ala-ala ötürmüşlər.
Dostları ilə paylaş: |