Sünnə və Cəməa anlayışı


ÜÇÜNCÜ HİSSƏ: “ƏHLİ-SÜNNƏ VƏL-CƏMƏA” ANLAYIŞI



Yüklə 0,53 Mb.
səhifə23/28
tarix04.01.2022
ölçüsü0,53 Mb.
#53629
1   ...   20   21   22   23   24   25   26   27   28

ÜÇÜNCÜ HİSSƏ: “ƏHLİ-SÜNNƏ VƏL-CƏMƏA” ANLAYIŞI

ƏHLİ-SÜNNƏ VƏL-CƏMƏA” ANLAYIŞININ MƏNASI.


Sünnə ilə camaat kəlmələrinin mənalarına dair dini nəsslərdə və sələfin başa düşüb ifadə etdiyi şəkildəki mənalarına qısaca nəzər salandan sonra əhli-sünnə vəl-cəməanın açıq və sağlam mənasının da aydın olduğunu görürük.

Kimlərdir? Xüsusiyyətləri nədir? Üsulları necədir? Buna görə biz əhli-sünnəni, xüsusiyyətlərini, əlamətlərini və istiqamətlərini nəzərə alaraq müxtəlif yönlərdən tanıda biləcəyimiz kimi, sələfin onları tanıtdığı yöndən də, yəni sələfin özləri özlərini tanıtdığı şəkildə də onları tanıya bilərik. Çünki bir diyarın sakinləri orada nələrin olduğunu daha yaxşı bilir, Məkkə əhalisi Məkkənin yollarını yaxşı bildiyi kimi.

Əhli-sünnəni tanımağımıza imkan yaradan bəzi fikirlər:

1. Onlar sünnəni bilən, onu qəbul edən, lazım olduğu kimi əməl edən, rəvayət edən, zəka və üsul olaraq daşıyan Rəsulullahın –cəllalahu aleyhi vəssəlləm- səhabələridir. Elm, əməl və zaman etibarı ilə hər kəsdən əvvəl sünnəyə qoşulduqları üçün əhli-sünnə olaraq adlandırılmağa ən layiq olan kimsələrdir.

2. Dini əshabələrdən öyrənən, rəvayət edən, bilən və lazım olduğu kimi əməl edən Allah elçisinin –cəllalahu aleyhi vəssəlləm- əshabələrinə tabe olan insanlar da onlardan sonra gəlir. Tabiinə tabe olanlar və qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanlar da bu əhatə dairəsinə daxil olurlar. Çünki bunlar Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- sünnəsinə möhkəm sarılan, bidəti meydana gətirməyən və möminlərin yolundan başqa bir yola tabe olmayan sünnə əhli olan insanlardır.

3. “Əhli-sünnə vəl-cəməa” Kitab və Sünnə əhli olan sələf-salehin elə özüdür. Bunlar Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- göstərdiyi hidayət yolu ilə əməl edirlər172. Əshabələrin və tabiinlərin rəvayətlərinə tabe olurlar. Əhli-sünnə vəl-cəməata bidət gətirməyənlər, dini dəyişdirməyənlər, Allahın dinində ondan olmayan şeyləri sonradan ortaya atmayanlar, dində onlara tabe olunan hidayət rəhbərləri də daxildirlər.

4. Əhli-sünnə vəl-cəməa bütün firqələr arasında “firqəyi-naciyəni” (qurtulmuş firqə) təşkil edirlər. Bunlar isə qiyamət gününə qədər haqq üzrə qalib və ilahi köməyə nail olanlardır.

5. Nəfsin istəklərinin, zəlalət və bidətlərin çoxalıb, zamanın pozulduğu təqdirdə “qərib” olanlar. Bu da Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- bu hədisindən götürülmüşdür: “İslam qərib olaraq başladı. Başladığı kimi yenidən qərib olaraq da qayıdacaqdır. Xoş halına qəriblərin!173

Hz. Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- başqa bir hədisində də belə buyurmuşdur: “Qəribələrə mücdə olsun! Onlar say etibarilə pis adamların arasında olan, saleh olanlardır (azlıq təşkil edənlərdir). Onlara qarşı gələnlər, onlara itaət edənlərdən daha çoxdur.”174

6. Əhli-sünnə vəl-cəməa rəvayət, fəhm, elm və əməl yönündən hədis əhli olan insanlardır. Buna görə bəzi sələf imamlarının ilahi köməyə nail olan və nicat tapan firqə əhli-sünnə vəl-cəməanı (hədis əhli) deyə təfsir etdiklərini görürük. Bu izah İbn əl-Mübarək, Əhməd bin Hənbəl, əl-Buxari, İbn əl-Mədini, Əhməd bin Sinandan175 -Allahın rəhməti üzərlərinə olsun- rəvayət edilmişdir. Bu, əlbəttə doğrudur, çünki bu xüsusiyyətə layiq görülən hədis alimləri əhli-sünnə imamlarıdır.

İmam Əhməd “ilahi yardıma nail olan fipqə” haqqında bunları deyir: “Əgər burada bəhs edilənlər hədis əhli deyilsə, mən bunların kim olduqlarını bilmirəm”.

Qazi İyad da -rahmatullahi aleyhi- bunları bildirir: “Şübhəsiz İmam Əhməd əhli-sünnə vəl-cəməa ilə hədis əhlinin məzhəbinə uyğun etiqad sahibi olanları nəzərdə tutur.”176



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin