Sünnə və Cəməa anlayışı


f) Böyük camaatdan başqa, hər hansı bir məsələ ilə bağlı toplanan insanlar topluğu və ya məsciddə camaatla namaz qılanlar mənasında “cəməa”



Yüklə 0,53 Mb.
səhifə20/28
tarix04.01.2022
ölçüsü0,53 Mb.
#53629
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
f) Böyük camaatdan başqa, hər hansı bir məsələ ilə bağlı toplanan insanlar topluğu və ya məsciddə camaatla namaz qılanlar mənasında “cəməa”.
Sünnədə və sələfin ifadələrində “cəməa” kəlməsinin “yemək”, “səfər”, “namaz”, “elm tələb etmək” və ya “insanların bir yerə yığılmalarına səbəb olan din və dünya məsləhətlərindən hər hansı bir iş üçün bir yerə gələn müəyyən qrupüçün də işlədilir ki, bu da böyük “cəməa” ifadəsindən başqa bir mənadır. Bu mənası ilə camaat kəlməsinin işlədildiyi rəvayətlərə misallar:

Ömər bin əl-Xəttabın -radıyallahu anhu- rəvayət etdiyi bir hədisdə Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- belə buyurmuşdur: “Bir yerdə yemək yeyin və dağılmayın. Çünki şübhə yoxdur ki, bərəkət camaatla birlikdədir.”146

Bununla bir yemək ətrafında toplaşan insanlar nəzərdə tutulur. Həmçinin daha əhatəli olan məsələlərdə camaatın bərəkətli olacağı aydın olan bir məsələdir.

Cundub bin Abdullah -radıyallahu anhu- deyib ki, Allah elçisi –cəllalahu aleyhi vəssəlləm- bizə dəhşətə qapıldığımız vaxt camaatı, vuruşduğumuz vaxt da səbirli və sakit olmağımızı əmr edərdi147. Yəni onları qorxudan və dəhşətə gətirən bir hadisə ilə qarşılaşanda birlikdə olmalı, ittifaq etməli və bir-biriləri ilə köməkləşməlidirlər.

Əl-Buxarinin «Səhih»indəki ifadəsi bu mənanı dəstəkləyir: “İki və daha çox camaat olduğuna dair bəhs148. Burada nəzərdə tutulan namaz qılmaq üçün camaat olmaq ola bilər. Başqa məsələr də bununla müqayisə edilə bilər.

Camaat məsciddə imamla birlikdə namazda hazır olanlar haqqında işlədilmişdir. Osman bin Affanın -radıyallahu anhu- rəvayətində olduğu kimi: “Mən Peyğəmbərin belə dediyini eşitdim: “Kim işa namazını camaatla birlikdə qılarsa, gecənin yarısını namaz qılmış kimi olur. Kim səhər namazını camaatla birlikdə qılarsa, bütün gecəni namazla keçirmiş kimi olur.”149

İbn Ömər və başqalarının rəvayət etdiyi hədisdə Hz.Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- dedikləri də bu mənadadır: “Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dəfə, daha fəzilətlidir.”150

Bununla məsciddə imam ilə birlikdə namaz qılanların camaatı nəzərdə tutulur. Çünki Abdullah bin Məsud -radıyallahu anhu- belə buyurmuşdur: “Allah elçisi –cəllalahu aleyhi vəssəlləm- bizə hidayət yollarını (“sünəni-huda”) öyrətdi. Azan oxunan məsciddə namaz qılmaq da şübhəsiz ki, hidayət sünnələrindəndir”151.

Dolayısı ilə müəyyən bir imamın arxasında namaz qılan hər kəs bu məna ilə camaat ifadəsində öz yerini alır.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin