İKİNCİ HİSSƏ: “CƏMƏA” ANLAYIŞI LÜĞƏTDƏ “CƏMƏA” ANLAYIŞININ MƏNASI
“Cəməa” sözü lüğətdə müxtəlif mənalardan törəmiş ola bilər.
1. Təfriqəçiliyin və ayrılmağın zidd olan “ictima”dan törəmiş ola bilər. Bir topluluq ordan-burdan yığılanda (ictima) “qövm təcəmmu etdi” deyilir110. Həmçinin “cəməəl-mütəfərriq” ifadəsi “ətrafa dağılan hissələri, parçaları bir-birinə birləşdirdi” mənasına gəlir. “Cəməə iləyhil-qulub” da “ürəkləri ona isindirdi, bağladı” deməkdir111.
2. İnsanlar topluluğunun adı olan “əl-cəm”dən də törəyə bilər. “əl-Cəm” isə “cəməətuş-şey”ə ifadəsinin məsdəridir112. Elə isə lüğətdə “cəməa” sözü ilə insanlar camaatı nəzərdə tutulursa, bunlar hər hansı bir məsələ haqqında bir yerə yığışan topluluq mənasına gəlir.
əl-Fərra bununla bağlı belə demişdir: “Dağınıq olanları bir yerə yığıb topladığın təqdirdə “cəmaatul-qövmə” - topluluğu, qövmü bir yerə yığdım deyərsən. Bu vəziyyətdə bir yerə yığışanlar “məcmuun” adlandırılır.”113
3. İttifaq və sağlamlaşdırmaq mənasına gələn “icma” kəlməsindən də törəmiş ola bilər. Məsələn, “əcməəl-əmra” ifadəsi “onu sağlam və möhkəm etdi” deməkdir114. Məsələn, elm əhli icma etdi deyilərkən, “ittifaq etdilər” deməkdir.
Camaat çoxlu sayda insan115 və eyni məqsədin ətrafında birləşən insanlar topluluğu deməkdir.
“Camaat”a bu adın verilməsinin səbəbi camaatın “ictima” kəlməsi ilə eyni mənaya malik olmalarıdır, ziddi “təfriqə”dir. “Camaat” kəlməsi hər nə qədər bir yerə yığılan topluluğun adı olsa da, qeyd etdiyimiz mənaya gəlir116.
Dostları ilə paylaş: |