Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi, 3 kredit
|
Departament
|
Tarix və Arxeologiya departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
Yaz 2015
|
Fənni tədris edən müəllim (lər)
|
Yeganə Gözəlova
|
E-mail:
|
ygezalova@gmail.com
|
Telefon:
|
(012) 421-79-16 (departament)
|
Mühazirə otağı/Cədvəl
|
|
Məsləhət saatları
|
VI gün (razılaşdırılan vaxtda)
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycan dili
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Əsas:
Mühazirə mətnləri
-
Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012 (dərslik)
-
Orta əsrlər tarixi. I cild. Bakı, 1988 (dərslik)
-
Y.H.Gözəlova. Orta əsrlər tarixi. Bakı, 2008 (dərs vəsaiti)
-
Y.H.Gözəlova. Beynəlxalq münasibətlər tarixi. Bakı, 2006 (dərs vəsaiti)
-
Y.M.Mahmudov. Orta əsrlər tarixi. Erkən feodalizm dövrü. Bakı, 1990 (dərslik)
-
Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014 (dərslik)
-
N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010
-
История средних веков. В 2 т. Под редакцией С.П.Карпова. Москва, 2005; 2011 (учебник)
-
Məmmədli A. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2011
-
Xarici Asiya və Afrika ölkələrinin yeni tarixi. Bakı,1962
-
http://www.budo.al.ru/history/
-
http://www.japantoday.ru/
-
http://www.sitc.ru/konkurs/bryzgin/japhis.htm
-
www.china.net/dinastiya-yuan-monqoly
-
http://panasia.ru/
-
http://historic.ru/books/c0004_1.shtml
Əlavə:
-
Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006
-
T.T.Mustafazadə. Ümumi tarix. I cild. Bakı, 2009
-
История стран зарубежной Азии в средние века. Москва, 1971
|
Kursun vebsaytı
|
|
Tədris metodları
|
Mühazirə
|
Tədris metodları
-
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:
-
Mühazirələr
-
Mövzu ətrafında müzakirələr (məşğələ)
-
Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə
-
Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi
|
Qrup müzakirəsi
|
Praktiki tapşırıqlar
|
Praktiki məsələnin təhlili
|
Digər
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
Fevral-mart ayında keçirilən mövzular əsasında tələbələrin biliyini yoxlamaq üçün mart ayında
|
35 bal
|
Fəallıq
|
Dərslərdə, diskussiyalarda, prezentasiyalarda və elmi seminarlarda iştirak etmək
|
5 bal
|
Quiz
|
Yoxlama (yazılı şəkildə)
2 dəfə (hər biri 5 bal)
|
10 bal
|
Prezentasiya/Qrup müzakirə
|
Yazılı (həm də şifahi təqdimat olmaqla)
|
10 bal
|
Final imtahanı
|
Aprel-may keçirilən mövzular əsasında may ayında final imtahan verilir.
|
40 bal
|
Yekun
|
|
100 bal
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
“Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.
Tədris olunan kursun başlcıa məqsədi - tələbələrdə Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi haqqında elmi bilikləri formalaşdırmaqdır.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Fənnin tədrisinin nəticəsi:
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
-
Şərq sivilizasiyasının digər sivilizasiyalardan fərqli və oxşar cəhətləri araşdırılacaq;
-
Şərq ölkələrinin erkən, inkişaf etmiş və son orta əsrlər tarixi üzrə siyasi və iqtisadi inkişaf xüsusiyyətləri öyrəniləcək;
-
Şərq mədəniyyətinin özəllikləri müəyyən olunacaq;
-
Asiya və Afrika ölkələrinin orta əsrlər tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
QAYDALAR
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.
Yoxlama işi
Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.
İmtahanlar
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası
Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.
Tələbənin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
1
|
|
Mövzu 1. Giriş
Mövzu 2. Yaponiya orta əsrlərdə
|
N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.5-28
|
2
|
|
Mövzu 3. Çin orta əsrlərdə
Mövzu 4. Davamı
|
“-“, s.29-60
|
3
|
|
Mövzu 5. Hindistan orta əsrlərdə
Mövzu 6. Davamı
|
“-“, s.85-122
|
4
|
|
Mövzu 7. Koreya orta əsrlərdə
Mövzu 8. Cənub-Şərqi Asiya ölkələri orta əsrlərdə
|
“-“, s.65-72
“-“, s.73-84
|
5
|
|
Mövzu 9. (yoxlama - quiz)
Mövzu 10. Xilafət
|
“-“, s.161-185
|
6
|
|
Mövzu 11. Davamı
Mövzu 12. Müsəlman mədəniyyəti (VIII-X əsrlər)
|
“-“, s.180-185
|
7
|
|
Mövzu 13. Səlcuq imperyası
Mövzu 14. Davamı
|
“-“, s.186-203
|
8
|
|
Mövzu 15. Xaç yürüşləri və Şərq
Mövzu 16. Davamı
|
“-“, s.216-222
|
|
|
Aralıq imtahanı (1-15-ci mövzular)
|
|
9
|
|
Mövzu 17. Misir məmlük dövləti
Mövzu 18. Davamı
|
“-“, s.223-232
|
10
|
|
Mövzu 19. Monqol imperiyası
Mövzu 20. Davamı
|
“-“, s.204-211
|
11
|
|
Mövzu 21. Osmanlı imperiyası
Mövzu 22. Davamı
|
“-“, s.233-259
|
12
|
|
Mövzu 23. Ağqoyunlu dövləti
Mövzu 24. Davamı
|
Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006
|
13
|
|
Mövzu 25. Səfəvi imperiyası
Mövzu 26. Davamı
|
N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.260-275
|
14
|
|
Mövzu 27. Avropanın müstəmləkə işğalları və Şərq
Mövzu 28. Davamı
|
Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006
|
15
|
|
Mövzu 29. Müsəlman mədəniyyəti (XI-XVI əsrlər)
Mövzu 30. Davamı
|
N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.260-275
|
|
|
FİNAL imtahan (16-30-cu mövzular)
|
|
Axundova N.Ç. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Dərslik. Bakı, Bakı Universiteti nəşriyyatı, 2010, 327 səh.