Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova



Yüklə 113,96 Kb.
tarix23.10.2017
ölçüsü113,96 Kb.
#11789
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Azərbaycan tarixi, HIST211, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti/Otaq-(309)

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2016

Fənni tədris edən müəllim (lər)

PhD Ələkbər Ələkbərov

E-mail:

emin_ulvi@mail.ru

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

11, Məhsəti küç. (Neftçilər Kampusu)

VI , 15.20-18.30 Mühazirə otağı- N 201



Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtda

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan saatlarda

Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

1. Azərbaycan tarixi (ən qədim zamanlardan - XXI əsrin ilk onilliklərinə dək) Ali məktəblər üçün dərslik. M.Q.Abdullayevin redaktəsi ilə.

Bakı, 2014. (cədvəldə bu dərsliyin səhifələri göstərilmişdir)

2. Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək)

Z. Bünyadovun və Y. Yusifovun redaktəsilə. Bakı, 1994, 2005.

3. İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005

4. Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər)

Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996.

5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.

Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

6. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.

7. Qaradağ Raif Neft fırtınası. Bakı, 2009

8. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.

9. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

10. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

11. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.

12. Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, Azərbaycan, 2005.

13. Natiq Əliyev.Neft sənayesinin intibah dövrü. Bakı, 2013.

14. Свентоховский Т. Становление национальной идентичности в Азербайджане// Азербайджан и Россия: общества и государства. Москва, 2001

15. Səmədov Elsevər. Azərbaycanda din-dövlət münasibətləri və dini təhsilin formalaşması. Bakı, 2009

16. Qasımlı Musa. Heydər Əliyev – İstiqlala gedən yol ((1969-1987-ci illər). Bakı, Bakı Universitenin nəşriyyatı, 2006.

17. Hüseynova Leyla. Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri (müstəqillik dövrü). Bakı Təhsil, 2012

18. Arif Yunusov. İslam azərbaycanda. Баку.2004






İnternet saytları

www.azerbaijan.az;

www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org

Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

-          mühazirələr

-          mövzu ətrafında müzakirələr

-          xəritələr, video( mövzu ilə əlaqədar bir parça sənədli və ya bədii filmdən nümunə) və digər əyani materiallardan istifadə

-          müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)

-          bəzi mövzularla əlaqədar olaraq dəyirmi masanın təşkili, tanınımış alimlərin dərslərə dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%) , bal










Aralıq imtahanı

Aprel

(fevral və mart aylarında keçirilən dərslər əsasında imtahan verilir).



(mövzular 1-6)

30

Davamiyyət




5

Fəallıq

Dərslərdə,diskussiyalarda iştirak etmək


5


Yoxlama yazı işi (quiz)

Aralıq imtahan qabağı sınaq işi

5




Final imtahan qabağı iki sınaq işi

5+5

Prezentasiya

Ümumi mövzu. Yaşadığı məskənin tarixi-etnqrafik oçerki. (Müstəqil seçim)

Keçirilmə vaxtı: mart-20 may

5

Final imtahanı

İyun

(aprel və may aylarında keçirilən mövzular əsasında final imtahanı verilir mövzular 7-15 qədər)

40

Yekun




100 bal

Kursun təsviri




Kursun məqsədləri

Azərbaycan tarixi kursu fənni vətənimizin qədim zamanlardan bu günümüzədək olan dövrünün tarixini xronolji ardıcıllıqla özündə əks etdirir. Keçən əsrin 80-ci illərdən başlayaraq, əsaən də müstəqillik əldə etdikdən sonra ölkəmizdə baş verən bir sıra konseptual dəyişikliklərin fonunda elmimizə, mədəniyyətimizə, o cümlədən də tariximizə yanaşma tərzi dəyişmiş, yeni, müasir tələblərə uyğun bir baxış formalaşmışdır. Hazırda bir çox tarixi faktlar daha da dəqiqləşdirilmiş, tariximizdə mövcud olan bəzi konseptual təhriflər aradan qaldırılmış, yeni-yeni yazılı qaynaqlar itifadəyə verilmiş və müxtəlif səbəblər ucbatından yaradılmış tarixi boşluqlar doldurulmuşdur. Tədris proqramı tərtib olunarkən bütün bu amillər diqqətlə nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət daha da artırılmış, Rus və Sovet tarixşünaslığında əvvəllər təhrif olunmuş formada təqdim olunan tarixi faktlara aydınlıq gətirilmişdir. Bütün bunların fonunda tərtib olunmuş iş planı Azərbaycan tarixi barədə olduqca müfəssəl, dolğun və tam obyektiv bir təsəvvürün formalaşmasına imkan yaradır.

Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

- Azərbaycan tarixi haqqında daha dolğun, daha müfəssəl və tam obyektiv təsəvvürün formalaşmasına səbəb olacaqdır ;

-   Azərbaycanın bir ölkə kimi qədim dünya sivilizasiyasının ilk ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olması ilə bağlı bilgi və məlumatları daha da genişləndirəcəkdir ;

-   Azərbaycanın Türk Dünyasının ayrılmaz bir parçası olması ilə bağlı daha obyektiv məlumatlar əldə edəcəkdir ;

- Azərbaycan etnosunun təkraredilməz və avtoxton olmasına dair daha geniş təsəvvürlərin əldə edilməsinə imkan yaranacaqdır ;

-  Vətənimizin tarixinə, mədəniyyətinə və ölkəmizin mənəvi dəyərlərinə hörmət və rəğbətin daha da artmasına və vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olacaq, vətənimiz, tariximiz qarşısında məsuliyyət hissini daha da artıracaqdır.


Qazanılmış təcrübə

-  Tarixi hadisələrin təhlili və analizi ;

-  Tarixi hadisələrə tənqidi və obyektiv yanaşma ;

-   Tarixin müxtəlif dövrlərində Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması ;

- Müasir dövrdə Azərbaycanın regionda, Türk dünyasında və bütün dünya miqyasında rolunun və yerinin müəyyənləşdirilməsi.


Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.

Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 15 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılsa da, ona qaıb işarəsi yazılır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.

Yoxlama işi

Sənədlə təsdiq edilən üzrlü səbəbə görə yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.

İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.

Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.

Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.


Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılacaq)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1.

13.02.2016


Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.

Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.



Azərbaycan tarixi (ən qədim zamanlardan -XXI əsrin ilk onilliklərinə dək) Ali məktəblər üçün dərslik. M.Q.Abdullayevin redaktəsi ilə.Bakı, 2014. s.3-4

[fəsil 1, s.5-19]



2.

20.02.2016


Atropatena və Alban dövlətləri ( siyasi tarix, təsərrüfat, mədəniyyət). Azərbaycan erkən orta çağda, yeni ictimai münasibətlər. Alban dövləti III-VII əsrlərdə. Sasani işğalı və hökmranlığı. Siyasi tarix. Mədəniyyət.

[fəsil 1, s.19-29];

[ fəsil 2,

s.30-40];


3.

27.02.2016


Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.

Etnogenez problemi. Azərbaycan xalqının formalaşması.

IX-cu yüzilliyin ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan feodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri.

[ fəsil 2,

s. 40-61];

[ fəsil 3,

s.61-69]


4.

05.03.2016


Azərbaycan Səlcuq imperatorluğunun tərkibində. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi dövründə. Eldənizlər dövləti. X-XII yüzilliklərdə Azərbaycan mədəniyyəti. Azərbaycan Monqol ağalığı dövründə.

[fəsil 3,

s. 69-94];

[fəsil 4,

s.94-106]

5.

12.03.2016

Azərbaycan XIV yüzilliyinin sonu- XV-ci yüzillikdə. Ölkənin ictimai siyasi həyatı. Şirvanşahlar dövləti. Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Hurufilik.

Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici siyasət.




[fəsil 4,

s.106-109]

[ fəsil 5,s.110-119]

6.

19.03.2016


Azərbaycan XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI yüzilliyin sonu - XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.

Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu - XVIII yüzilliyin 20-30-cu illəri).



[fəsil 6, s.120-142];
[ fəsil 6,s.142-152]







Qeyd: Oktyabr ayında dərslərin biri “Azərbaycan Milli Tarixi Muzeyi”ndə keçiriləcək




7.

02.04.2016

Aralıq imtahanı (mövzular 1-6 )
Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə. Azərbaycan xanlıqlarının yaranması, idarəçilik sistemi, təsərrüfat həyatı, xarici syasəti.

[fəsil 7, s.153-172];













8.

09.04.2016


Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu - XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.

XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai - siyasi həyat. İqtisadi durum. Müstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi Azərbaycan.

Şimali Azərbaycan XIX-cu yüzilliyini ikinci yarısında. Kapitalist münasibətlərin yaranması və inkişafı. Bakının dünya neft mərkəzi kimi yüksəlişi.


[fəsil 8, s.173-209];
[ fəsil 10

s.250-268;]

9.

16.04.2016

Şimali Azərbaycan XX əsrin əvvəllərində. Demokratik və milli hərəkatın başlanması. Güney Azərbaycanda demokratik hərəkat.

Azərbaycan Birinci dünya müharibəsi illərində. Azərbaycan Rus inqilabı illərində (fevral – oktyabr 1917-ci il).

Azərbaycan Demokratik Respublikası. Azərbaycanın istiqlaliyyət uğrunda mübarizəsi. ADR-in daxili siyasəti. Azərbaycanın beynəlxalq vəziyyəti. Aprel işğalı. ADR-in süqutu.


[fəsil 11,

s.268-298];
[ fəsil 12,

s. 298-315]

10.

23.04.2016

Azərbaycan SSR. Azərbaycan 1920-1930-cu illərdə. Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə daxil edilməsi. Sovet hakimiyyətinin qurulması. Sosialist təsərrüfatçılığın yaranması. Mədəni inqilab. İctimai və siyasi vəziyyət. Azərbaycanda Sovet totalitarizmi. 30-cu illərin repressiyaları.

Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində.

Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.

Milli azadlıq hərəkatı - 21 Azər.





[ fəsil 13,

s.315--330];
[fəsil 14,

s.331-348]

11.

30.04.2016


Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.

İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.

Azərbaycan SSR 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Sosial-siyasi həyatın canlanması. Milli demokratik hərəkat. “Dağlıq Qarabağ problemi”nin ortaya atılması. Yeni siyasi partiyalar, ictimai təşkilatlar. AXC-nin yaranması və onun rolunun artması.



[fəsil 14, s.331-348];


[fəsil 14,s.331-

s. 348]

12.

01.05.2016


Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.

Ayaz Mütəllibovun siyasi xəttinin iflası. Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ müharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar.



[fəsil 14,s.348-349]

[ fəsil 14,

s. 348-358];

13.

08.05.2016

Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi islahat təşəbbüsləri. Gəncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının devrilməsi.

Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə doğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Əsrin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin yekunları.



[ fəsil 14,

s. 358-361; ]
[ fəsil 14,

s. 361-373; ]

14.

15.05.2016

Yeni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun davam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xarici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının neft strategiyası.

İlham Əliyevin prezident seçilməsi ( 2003-cü il, 15 oktyabr ). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. 2013-cü il, növbəti dəfə prezident seçilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.



[ fəsil 14,

s. 361-373; ]


[ fəsil 14,

s. 361-373; ]



15.

22.05.2016

Azərbaycan XXI yüzilliyə doğru. İlham Əliyevin daxili və xarici siyasətinin uğurları. Dağlıq Qarabağ uğrunda aparılan diplomatik mübarizə.







Final imtahanı

(mövzular 7-15)




Yüklə 113,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin