1. Tövhidi zati, Allah birdir (“Həcc” surəsi, 34-cu ayə)
2. Tövhidi sifati, Mə’naca fərq etməsinə baxmayaraq, Allahın bütün sifətlərinin yalnız bir misdaqı var. O da Allahdır. (“İxlas” surəsi)
3-4. Tövhidi hakimiyyət və Tövhidi təşriyi.
Bütün varlığa Allah hakimdir (“Yusif” surəsi, 40-cı ayə)
5. TövhidiXaliqi Yaradan fəqət Allahdır. (“Rum” surəsi, 20-ci ayə)
6. Tövhidi rububi və ya tədbiri. Bütün varlığın tədbir tökəni və idarə edəni yalnız Allahdır!
(“Ə’raf” surəsi, 54-cü ayə)
7. Tövhidiitaət Yalnız Allahdan və Onun hökmündən itaət etmək!
(“Maidə” surəsi, 92-ci ayə)
8. Tövhidiibadi Yalnız Allaha ibadət etmək lazımdır!
(“Nisa surəsi, 36-cı ayə)
9. Tövhidişəfaətvəməğfirət Yalnız Allah şəfaət edən və Onun icazəsi ilə şəfaət və bağışlanmaq vardır.
(“Zumər” surəsi, 44-cü ayə və “Ali-İmran” surəsi, 135-ci ayə)
1) Beləliklə, aydın olur ki, tövhidi iki qismə bölmək yanlış bir işdir. Vəhhabilər Tövhidi Xaliqi ilə Tövhidi rububini qatışığ salıblar.
2) İbadət yalnız təvazö’ halına deyilməz. Əksinə, o təvazö’ halı ibadət hesab olunur ki, e’tiqadın ola ki, qarşındakına ibadət edirsən, yoxsa hər kəsə ehtiram etmək ibadət sayılmır.
Bu mətləbin dəlili Qur’andır. Qur’anda mələklər hörmət əlaməti olaraq (ibadət yox) Adəmə səcdə edirlər.
(“Bəqərə” surəsi, 34-cü ayə)
Həzrət Yə’qub və zövcəsi Yusifin qarşısında hörmət əlaməti olaraq səcdə edirlər. (“Yusif” surəsi, 100-cü ayə)
Ata-ana qarşısında insanın zəlil kimi durması əmri (“İsra” surəsi, 24-cü ayə, “Şüəra” surəsi, 215-ci ayə, “Maidə” surəsi, 54-cü ayə)
Əgər qərar olsa ki, hər bir təvazö’ halı (itaətkarlıq) və ehtiram ibadət hesab olunsun, onda bütün bunlar şirk sayılmalıdır. Halbuki, Allah Qur’anda bu işləri pisləməmiş, hətta bə’zi yerlərdə ehtiramı (məsələn, ata-anaya) vacib bilmişdir.
Bütün bu ehtiram və təvazö’ halının axırı Allah taalanın əmrinə və göstərişinə əməl etməyə qayıdır. O ki, qaldı Peyğəmbərin (səlləllahu əleyhi və alih) həyatı ilə ölümü arasında heçlik kimi fərq qoymağa, hər bir müsəlman olan şəxs bilir və bu əqidədədir ki, insanın ölümü heçlik olmaq deyil. Yə’ni insanın cismi aradan getsə də, ruhu həmişə sağdır, hər şeyi görür və bilir. Məxsusən, Allaha yaxın olan mə’sum Peyğəmbər (səlləllahu əleyhi və alih), İmamlar və şəhidlər bu sahədə daha çox imtiyaza malikdirlər. Necə ki, Qur’ani-Kərim buyurur: