Təcrübəyə dair.
Dərketmə və təcrübə arasındakı əlaqə-bilik və fəaliyyət arasındakı əlaqəyə dair
(İyul 1937)
Partiyamızda doqmatizm tərəfdarları olan bir qrup yoldaşlar vardı,hansılar ki,uzun müddət Çin inqilabı təcrübəsini qəbul etmirdilər,”marksizmin doqma olmadığı,fəaliyyətə əsaslandığı” həqiqətini təkzib edirdilər və yalnız insanları marksist əsərlərdən necə gəldi seçilmiş ayrı-ayrı söz və cümlələrlə qorxudurdular.O cümlədən digər bir qrup yoldaşlar da var idi-uzun zaman öz məhdud şəxsi təcrübələrinə əsaslanaraq inqilabi təcrübə üçün nəzəriyyənin vacibliyini anlamayan və ümumilikdə inqilabi vəziyyəti sezməyən empirizm ardıcılları.Halbuki onlar böyük səylə işləyirdilər,lakin bu iş kor-koranə idi.Bu iki qrupların yalnış nəzər nöqtəsi,xüsusilə də doqmatik baxışları olanların,1931-1934-cü illərdə Çin inqilabına çox böyük zərərlər verdi.Bununla belə doqmatiklər özlərini marksist kimi göstərməklə bir çox bizim yoldaşlarımızı da yalnış fikirlərlə doldurmuşlar.
Yoldaş Mao Zedunqun “Təcrübəyə dair” işi marksist nəzəriyyəsi mövqesindən partiyamızda olan doqmatizm və empirizmin subyektiv yalnışlarını(xüsusilə doqmatizmin) ifşa etmək üçün yazılmışdır.Bu işdə təcrübəni nifrətəlayiq görən doqmatizmi-subyektivizmin bu çoxnövlülüyünü-ifşa etmək əsas dayaq nöqtəsi kimi götürülüb,ona görə də iş “Təcrübəyə dair” adlandırılmışdır.Mao Zedunq tərəfindən inkişaf etdirilən bu fikirlər vaxtı ilə Yaniani Antiyapon Universitetində oxunulmuş mühazirədə şərh edilmişdir.
Marksizməqədərki materializm idrak məsələlərinə insanın ictimai təbiətindən kənarda baxırdı,insanın tarixi inkişafını nəzərə almadan və buna görə də idrakın ictimai təcrübədən asılılığını anlaya bilmirdi,yəni istehsal idrakının və sinfi mübarizə arasındakı asılılığı.
İlk növbədə marksistlər hesab edirlər ki,insanların istehsal fəaliyyəti onların hər hansı bir digər fəaliyyətlərini müəyyənləşdirən ən əsas təcrübi fəaliyyətdir.Özünüidrak baxımından insanlar başlıca olaraq maddi istehsal fəaliyyətlərindən asılıdırlar, bu prosesdə onlar təbiət hadisələrini,onun xüsusiyyətlərini,qanunauyğunluqlarını və onun insanla əlaqəsini dərk edirlər;bununla birgə istehsal fəaliyyəti vasitəsilə müxtəlif dərəcələrdə insanlar arasındakı müəyyən münasibətləri də dərk edirlər.Bütün bu biliklər istehsal fəaliyyətindən kənarda əldə edilə bilməz.Sinifsiz cəmiyyətdə ayrıca insan verilmiş cəmiyyətin üzvü kimi digər üzvləri ilə əməkdaşlıq edərək və onlarla istehsal münasibətlərinə girərək maddi həyatın tələblərini ödəməyə yönəlmiş məsələlərin həllində istehsal fəaliyyətini həyata keçirir.
Müxtəlif sinfi cəmiyyətlərdə ayrı-ayrı siniflərə məxsus cəmiyyət üzvləri müxtəlif formada müəyyən istehsal münasibətlərinə girərkən onlar da maddi tələbləri ödəmək üçün istehsal fəaliyyəti həyata keçirirlər.Bu insan idrakının inkişafında əsas mənbədir.
İnsanların ictimai təcrübəsi yalnız istehsal fəaliyyəti ilə məhdudlaşmır,o digər bir çox formalara da malikdir:sinfi mübarizə,siyasi həyat,elm və incəsənət sahəsində fəaliyyət;bir sözlə ictimai insan, cəmiyyətin təcrübi həyatının bütün sahələrində iştirak edir.Buna görə də insan özünüidrak zamanı insan münasibətlərinin müxtəlif dərəcələrdə müəyyən edilməsini yalnız maddi tələbləri ödəmək prosesində deyil,o cümlədən siyasi və mədəni həyatında da (maddi tələbatlarla sıx bağlı olan) dərk edir.Xüsusilə də sinfi mübarizənin müxtəlif formaları insan idrakının inkişafına dərin təsir edir.Sinfi cəmiyyətdə hər bir insan müəyyən sinfi mövqeyi olur,elə bir ideologiya yoxdur ki,ona sinfi möhür vurulmasın.
Marksistlərə görə insan cəmiyyətinin istehsal fəaliyyəti mərhələli inkişaf edir-ən aşağı səviyyədən yüksəyə doğru,ona görə də insanların təbiətlə münasibətdə bilikləri cəmiyyətdə olduğu kimi aşağı pillələrdən yuxarıya doğru,sadədən mürəkkəbə,məhduddan çox əhatəliyə doğru inkişaf edir.Olduqca uzunmüddətli tarixi dövr ərzində insanlar cəmiyyətin tarixini yalnız məhdud şəkildə qavrayırdılar;bu bir tərəfdən cəmiyyət tarixini təhrif edən istismarçı sinfin təzadlı yanaşması,digər tərəfdən-insanların görüş dairəsini məhdudlaşdıran dar miqyaslı istehsal səbəbindən baş verirdi.Yalnız nəhəng istehsal güclərinin-iri sənayenin yaranması ilə müasir proletariat yarandı və insanlar cəmiyyətin tarixi inkişafı prosesinin hərtərəfli,tarixi anlaşılmasına nail oldular və bunu anlayışı cəmiyyət üçün elmə çevirməyə müvəffəq oldular.Bu elmin özü elə marksizmdir.
Marksist nöqteyi nəzərinə əsasən yalnız insanların ictimai təcrübəsi insan xarici dünyanın idrakında həqiqilik meyarı ola bilər.Çünki,faktiki olaraq ictimai təcrübə proseslərində(burada maddi istehsalat,sinfi mübarizə,elmi eksperimentlər) gözlənilən nəticələri əldə edərkən insanlar öz biliklərinin həqiqiliyini təsdiqləyə bilirlər.Əgər insanlar işlərində uğur əldə etməyə can atırlarsa,yəni istədikləri nəticəni əldə etmək istəyirlərsə,bu zaman öz ideyalarını xarici dünyanın obyektiv qanunauyğunluqlarına müvafiq həyata keçirməlidirlər;əks halda təcrübədə məğlubiyyətə məhkumdurlar.Məğlub olaraq insanlar özləri bundan dərs alırlar,ideyalarını dəyişirlər və xarici dünyanın qanunauyğunluqlarına müvafiq edirlər və bu zaman onlar məğlubiyyəti qələbəyə çevirə bilərlər;”Məğlubiyyət uğurun anasıdır.” və “Hər uğursuzluq bizi daha da ağıllı edir.” kimi məsəllər də bu həqiqəti əks etdirir.
Dialektik materializmin idrak nəzəriyyəsi təcrübəni ilk sıraya qoyur; təcrübənin vacibliyini inkar edən və biliyi təcrübədən ayıran yalnış nəzəriyyələri təkzib edərək insan idrakının təcrübədən kənar mövcud olmasını qeyri-mümkün hesab edir.Leninin dediyi kimi:” Təcrübə (nəzəri)bilikdən üstündür,çünki,o yalnız ümumilik kimi yaxşı cəhətə malik deyil,həm də bilavasitə gerçəkliyə malikdir.”[1]
Marksist fəlsəfənin-dialektik materializminin-iki vacib xüsusiyyəti vardır:
-
Birinci xüsusiyyəti-onun sinfi xarakteridir,hansı ki dialektik materializmin proletariata xidmət etdiyinin açıq şəkildə qəbul edilməsidir;
-
İkinci xüsusiyyəti-onun praktiki xarakteridir;nəzəriyyənin təcrübədən asılılığının qeyd edilməsi,nəzəriyyənin əsasının təcrübə təşkil etdiyini və nəzəriyyənin öz növbəsində təcrübəyə xidmət etdiyinin altından xətt çəkilməsidir.Biliyin və ya nəzəriyyənin həqiqiliyi subyektiv qiymətləndirmə ilə deyil,obyektiv ictimai təcrübənin nəticələri əsasında müəyyən edililir.Həqiqilik meyarı yalnız ictimai təcrübədir.Təcrübə-dialektik materializmin idrak nəzəriyyəsində yeganə və əsas nəzər nöqtəsidir.[2]
Lakin hansı yolla təcrübədən insan biliyi törəyir və o necə öz növbəsində təcrübənin yaranmasına xidmət edır?Bunu bilmək üçün idrakın inkişafı prosesi ilə tanış olmaq kifayətdir.
Məsələ orasındadır ki,təcrübi fəaliyyət prosesində ilk əvvəl insanlar müxtəlif şeylərin,prosesdə baş verən hadisələrin və onlar arasında əlaqələrin yalnız xarici tərəfini görür.Məsələn,Yanian xaricindən müşahidə üçün gələn insanlar ilk iki gün Yanianın ətrafını,küçə,evlərini görürdülər,müxtəlif insanlarla təmasa girirdilər,görüş,tədbir və mitinqlərdə iştirak edirdilər,müxtəlif çıxışlara qulaq asırdılar,müxtəlif sənədlər oxuyurdular;bütün bunlar-hadisələrin,onun ayrı-ayrı tərəf və əlaqələrinin xarici tərəfidir.İdrak prosesin bu pilləsi hissi qavrayış adlanır,yəni hisslər və təsəvvürlər mərhələsi.Yanianda rast gəlinən bu müxtəlif hadisələr müşahidə qrupunun hissiyat orqanlarına bu və ya digər formada təsir edərək onlarda müxtəlif duyğular yaradır ki,bu da onların şüurunda bir sıra təsəvvürlərə yol açır və bu təsəvvürlərlə təxmini xarici əlaqə yaranır-bu idrakın ilk mərhələsidir.Bu mərhələdə insanlar dərin qavramaya malik olmur və məntiqi nəticələr çıxara bilmir.
İctimai təcrübənin davamı insanlarda duyğu və təsəvvürlər yaradan hadisələrin dönə-dönə təkrar edilməsinə gətirib çıxarır.Bununla da idrak prosesi zamanı insan şüurunda sıçrayış baş verir-müəyyən anlayışlar yaranır.Anlayışlarla artıq şeylərin,hadisələrin xarici tərəflərini deyil,ayrı–ayrı tərəflərini və xariclə əlaqələrini deyil,hadisələrin bütövlükdə mahiyyətini tutur.Anlayış-qavrama və hissiyat arasında nəinki kəmiyyət o cümlədən keyfiyyət fərqləri vardır.Bu istiqamətdə növbəti inkişaf mərhələsi müxtəlif mühakimə və nəticəçıxarma metodlarının istifadəsidir ki,bu da müəyyən məntiqi nəticələrə gətirir.”3 padşahlıq barədə povestdə”* deyildiyi kimi:”Yalnız alnını qırışdırdığın zaman beynində plan doğur” və ya adətən “İcazə verin fikirləşim” dediyimizdə-bu o deməkdir ki, insan mühakimə etmək və nəticə çıxarmaq üçün zehnən anlayışlarla əməliyyat aparır.Bu idrakın ikinci mərhələsidir.
Müşahidə qruppundan olan cənablar müxtəlif materiallar yığmaqla və onlar üzərində “düşünməklə” belə bir fikrə gəldilər:”Kommunist partiyasının həyata keçirdiyi vahid milli antiyapon frontu siyasəti əsaslı,səmimi və düzgündür.”Əgər onlar vicdanla milli qurtuluş üçün birlik tərəfdarıdırlarsa,onda bu mülahizəni etməklə daha irəlidə belə bir fikrə gələ bilərlər:”Vahid milli antiyapon frontu uğurla yaradıla bilər.”Ümumən insanların hər hansı bir hadisənin dərk edilməsi prosesində yaranan anlama, mühakimə və nəticəçıxarma pillələrindən daha vacibi rasional dərketmədir.
İdrakın əsas məsələsi hissiyatdan təfəkkürə doğru “qalxmaqdır”,tədricən mövcud şey və hadisələrin obyektiv daxili zidiyyətlərin aydınlaşdırılmasından müxtəlif proseslər arasında daxili münasibətlərin aşkar edilməsinə doğru irəliləməkdir,bir sözlə məntiqi dərketməyə nail olmaqdır.Təkrar edirik:məntiqi qavrama hissi qavramadan onunla fərqlənir ki,hissi qavrama hadisə və şeylərin xarici yönlərini əhatə edir,məntiqi qavrama isə böyük addım ataraq hadisə və şeyləri bütövlüklə mahiyyətini,daxili əlaqələrini əhatə edir və daxili ziddiyətlərin ətraf mühitə açılmasına doğru prosesi inkişaf etdirir,bununla da bütün ətraf aləmin özünün bütünlüklə dərk edilməsinə gətirib çıxarır.
Təcrübəyə əsaslanmış və sadədən mürəkkəbə doğru istiqamətlənən dialektik-materialist idrak nəzəriyyəsinin belə inkişaf prosesi marksizmə qədər heç kim tərəfindən irəli sürülməmişdir.Marksist materializmi ilk dəfə bu məsələni həll edib,materialist və dialektik baxımından getdikcə mürəkkəbləşən xəttlə idrakın inkişaf istiqamətini və ictimai insanların onların çətin və daimi təkrarlanan istehsal və sinfi mübarizə təcrübələrində idrakın artan hərəkətini göstərdi-hissi qavramadan məntiqə doğru olan istiqaməti.Lenin deyirdi: “Materiyanın abstraksiyası,təbiət qanunları,dəyər abstraksiyası və s. bir sözlə bütün elmi(düzgün,ciddi və uydurulmamış) abstraksiyalar təbiəti daha dərindən,daha doğrusu,dolğun əks etdirirlər.”[3]Marksizm-leninizm hesab edir ki,dərketmə prosesinin iki mərhələsinin fərqlənən xüsusiyyəti ondan ibarətdir ki,idrakın aşağı pilləsində hissi qavrama durur,daha üstün pillədə isə məntiqi qavrama durur,belə ki, bu pillələr özündə bütöv bir prosesi əks etdirir.Hissiyat və rasionallıq öz xarakterlərinə görə fərqlənir,lakin onlar bir-birindən ayrı deyillər və təcrübənin özülündə birləşirlər.
Bizim praktikamız təsdiq edir ki, şey və hadisələrin hissi qavranılması dərhal anlaşıla bilməz və yalnız hadisənin anlayışı bizə daha dərindən hissedilən olmalıdır.Hiss yalnız hadisənin xarici yönləri barədə suallara cavab verə bilər,mahiyyət məsələsi isə yalnız nəzəri təfəkkür sayəsində həll edilir.Bu məsələlərin həlli heç vaxt təcrübədən ayrı tutula bilməz.İnsan hər hansı bir şeyi ona toxunmadan dərk edə bilməz,yəni onun öz həyatı(təcrübəsi) bu hadisə şəraitində keçmirsə.
Kapitalist cəmiyyətinin qanunauyğunluqlarını əvvəlcədən dərk etmək qeyri-mümkün idi feodal cəmiyyət mövcud olduğu halda,çünki,onda kapitalizm yox idi və ona uyğun da təcrübə yox idi. Marksizm yalnız kapitalist cəmiyyətinin məhsulu ola bilərdi. Marks kapitalizm monopoliyasınaqədərki dövrdə imperializmin özünəməxsus xüsusiyyətlərinin konkret olaraq dərk edə bilməzdi,çünki kapitalizmin son mərhələsi kimi imperializm hələ mövcud deyildi və buna uyğun olaraq da təcrübə yox idi;ona görə də yalnız Lenin və Stalin bu vəzifəni öz üzərilərinə götürə bilərdilər.
Marks,Engels,Lenin və Stalin nəzəriyyələrini yalnız öz dahilikləri sayəsində yaratmayıblar,ona görə yarada biliblər ki,onlar o zaman baş verən sinfi mübarizə və elmi eksperimentlərdə şəxsən iştirak ediblər; bunsuz onların heç bir dahiyanəliyi uğura gətirib çıxara bilməzdi.”Syutsay* evinin kandarından bayıra çıxmadan “səmalarda” nə baş verdiyini bilirdi”ifadəsi texnikanın inkişaf etmədiyi qədim dövrdən qalma cümlədən başqa bir şey deyildi,bizim əsrdə isə bu mümkündür baxmayaraq ki,şəxsi təcrübədən qazanılmış əsl biliyə yalnız o adamlar malik ola bilər ki, onlar “səmadakılarla” təcrübi əlaqədə olsun;bu adamlar təcrübə ilə “bilik” əldə edirlər,hansı biliklər ki, yazı və texnika vasitəsi ilə “syutsayın” əlinə düşür və o dolayı yolla “səmavi işlərindən” xəbəri olur.
Hər hansı bir hadisə və ya hadisələrin bilavasitə dərk edilməsi üçün hansısa hadisənin,varlığın dəyişdirilməsi məqsədi güdən təcrübi mübarizədə şəxsən iştirak vacibdir, çünki yalnız belə təcrübi mübarizədə şəxsi iştirak zamanı hadisə və ya hadisələrin xarici cəhətləri ilə təmasda olmaq mümkündür,yanlız şəxsən iştirak hadisələrin mahiyyətinə varmaq və onları anlamağa icazə verir.Həqiqətən bütün insanların idraka gedən yolu belədir;sadəcə bəzi insanlar qərəzli şəkildə gerçəkliyi təhrif edir və əksini iddia edirlər.
Ən gülünc rolda isə hərdənbir üzə çıxan təsadüfi, yarımçıq biliklər qapmış “çoxbilmişlərdir”, hansılar ki, özlərini “səmaaltında yeganə şəxs” rütbəsinə qaldırırlar,bu da onların hədsiz lovğalıqlarını təsdiq edir. İdrak özü də elmdir və burada heç bir lovğalıq və təkəbbürə yer yoxdur, burada qətiyyətlə bunun əksi tələb olunur-sadəlik və düzgünlük.Bilik əldə etmək istəyənin həqiqəti dəyişdirən təcrübədə rolu olmaldır.Armudun dadına baxmaq istəyən onu dəyişməlidir-dişləyib çeynəməlidir. Atomun quruluş və xassələrini bilmək istəyən, fiziki və kimyavi sınaqlar keçirməlidir, atomu dəyişdirməlidir. İnqilabın nəzəriyyə və metodlarını bilmək istəyən inqilabın özündə iştirak etməlidir.Bütün həqiqi biliklər öz başlanğıcını bilavasitə təcrübədən götürür.Ancaq insan bilavasitə hər şeyi sınaqdan keçirə bilməz və faktiki olaraq sahib olduğumuz biliklərin böyük hissəsi-dolayı yolla təcrübə məhsuludur, bu əsrlər əvvəl əldə olunmuş biliklərdir,başqa yerlərdəki insanları tərəfindən əldə olunmuş biliklərdir. Bu biliklər daha əvvəl yaşamış və özgə insanların bilavasitə təcrübəsindən yaranmış biliklərdir. Əgər əcdadlarımızın və ya müasirlərimizin bilavasitə yaratdıqları təcrübə Leninin dediyi kimi dövrünün şərtlərinə cavab verirdisə,yəni elmi abstraksiyanın nəticəsi olub hadisələrin obyektiv mövcudluğunu əks etdirirsə,o zaman bu biliklər etibarlıdır; əks halda isə onlar etibarsızdır. Ona görə də insan idrakı iki hissədən ibarət olur-bilavasitə təcrübənin verdiyi və dolayı yolla təcrübədən əldə edilən. Bununla birgə mənim üçün dolayı təcrübə hesab edilən,başqaları üçün bilavasitə təcrübə hesab oluna bilər.Nəticə etibarı ilə idrakı bütöv kimi qəbul etsək,o zaman heç bir bilik bilavasitə təcrübədən ayrı mövcud ola bilməz.
Bütün biliklərin özülündə obyektiv mövcud olan xarici aləmdən insanın hissiyat orqanları vasitəsilə aldığı duyğular durur;duyğuları təkzib edən,bilavasitə təcrübəni də təkzib edir,həqiqəti dəyişdirə biləcək təcrübədəki şəxsi iştirakı inkar edən kəs materialist deyil.Bax buna görə də bütün “çoxbilmişlər” gülünc görsənirlər.Çinlilərin qədim ata sözü var:”Pələng yuvasına girmədən onun balasını ovlaya bilməzsən”.Bu məsəl insan təcrübəsinin həqiqətini əks etdirir və bərabər ölçüdə idrak nəzəriyyəsinin də həqiqətini daşıyır.Təcrübədən kənar bilik ağılasığmazdır.
Varlığı dəyişdirən təcrübənin nəticəsində yaranmış idrakın dialektik-materialist hərəkətini-tədricən mürəkkəbləşən xəttlə gedən hərəkətini aydınlaşdırmaq üçün–aşağıdakı konkret nümunələri gətirmək olar.
Təcrübəmin ilkin periodunda- kortəbii mübarizə və maşınların dağıdılması periodunda-proletariat kapitalist cəmiyyətinin dərk edilməsində yalnız hissi qavrama pilləsində idi və kapitalizmin müxtəlif şəkilləri ilə xarici münasibətdə olub yalnız ayrı-ayrı tərəflərini dərk edə bilirdi.Bu dövrdə proletariat hələ də necə deyərlər “öz içində bir sinif idi”. Lakin proletariat təcrübəsinin ikinci periodu-şüurlu və təşkilatlanmış iqtisadi və siyasi mübarizə dövru gəldikdə müxtəlif sınaqlardan əldə edilən və uzunmüddətli mübarizə nəticəsində yaranan təcrübə Marks və Engels tərəfindən ümumiləşdirilir və beləliklə marksist nəzəriyyəsi yaranır və proletariatın işıqlandırılması məqsədi ilə istifadə olunur, bununla da kapitalist cəmiyyətinin mahiyyətini və sinifləri arasında istismar münasibətlərini qavrayan proletariat artıq “özü üçün bir sinfə” çevrilir.
Həmin yolu da çin xalqı imperializmi dərketməsi zamanı keçib.İlk pillə səthi olan hissi qavrama olmuşdur,bu pillə boksyor,taypey və digər hərəkatlar zamanı yaranmış gəlmələrə qarşı ümumi mübarizə mərhələsi idi. Yalnız ikinci pillə rasional qarvanış pilləsi olmuşdur,harada ki,çin xalqı imperializmin daxili və xarici zidiyyətlərini görə bildi, Çin impreializmi ilə əlbir olmuş çin komprador burjuaziyası və feodal-mülkədar sinfinin geniş xalq kütlələrinə qarşı törətdiyi istismar və zülmün mahiyyətini anladı; bu qavrama yalnız 1919-cu il “4may hərəkatı” dövründə başladı.
İndi isə müharibəyə nəzər salaq. Əgər hərbi təcrübəsi olmayanlar müharibəyə rəhbərlik etsəydilər, onda başlanğıc mərhələdə onlar verilən konkret müharibənin(məsələn,10 il davam edən inqilabi aqrar müharibəsi)idarə edilməsində gizli qanunları anlaya bilməzdilər.Onlar yalnız ilk əvvəl bir sıra döyüşlərdə iştirak etməklə təcrübə yığardılar və bu döyüşlərin çoxu məğlubiyyətlə bitərdi.Bununla belə bu təcrübə (qələbə və xüsusilədə məğlubiyyət təcrübəsi) onlara daxili intizamın cəhətlərini,müharibəni bütövlüklə əhatə edən onun qanunauyğunluqlarıni aşkar etmək imkanı verə bilər, strategiya və taktikanı öyrənməklə əminliklə müharibəyə rəhbərlik etməyə qadir ola bilərdi.Əgər bu zaman bu rəhbərliyi təcrübəsiz birinin əlinə versək,o öz növbəsində müharibənin həqiqi qanunauyğunluqlarını yalnız bir sıra məğlubiyyətdən sonra anlaya bilərdi(yəni təcrübə əldə edərək).
Çox vaxt eşitmək olur ki,bəzi yoldaşlarımız bu və ya digər işi öz üzərinə götürməyə curət etməyərək bunun öhdəsindən gələ bilməyəcəklərini bəyan edirlər.Bəs nə üçün bacara bilməyəcəklərini düşünürlər?Ona görə ki,görəcəkləri işin xarakteri və şərtləri barədə nizamlı fikirləri yoxdur: ya onlar heç vaxt belə bir işlə rastlaşmayıblar, ya da nadir hallarda görüblər;bu səbəbdən işin qanunauyğunluqları barədə hər hansı bir bilikdən söz belə gedə bilməz.İşin şərtləri və durumu barədə müəyyən analizlər etdikdən sonra onlar özlərini daha əmin hiss edirlər və razılıqlarını verirlər.Əgər belə insanlar verilən işdə müəyyən qədər işləsələr,təcrübə əldə etmiş olarlar;bir tərəfdən də şəraiti subyektiv,birtərəfli və səthi deyil,könüllü şəkildə dərk etsələr o zaman işin görülməsi barədə özləri müəyyən nəticələri əldə edib daha inamla işlərini görə bilərlər.Qaçılmaz müvəffəqiyyətsizlik yalnız o adamları gözləyirki,onlar olanlara subyektiv,birtərəfli və səthi yanaşır,hansılar ki,yeni işə başlayarkən şəraitlə maraqlanmayaraq işi bütövlüklə (işin tarixi və hazırki durumunu)dərk etmir və işin mahiyyətinə varmırlar(onun xarakteri və digər işlərlə daxili əlaqəsi).
Nəticə etibarı ilə,dərketmə prosesinə ilk addım xarici aləmin varlıqları ilə rabitə qurmaqdır-hiss etmə pilləsi. İkinci addım hissi əldə edilmiş verilənlərin ümumiləşdirilməsidir,onların nizama salınması və emalı-anlayış, mühakimə və nəticə pilləsi. Hissi əldə edilmiş məlumatların (pərakəndə və natamam deyil)yetəri qədər zəngin olduğu halda təbii ki,gerçəkliyə uyğunlarsa,(yəni hissi aldatmanın nəticəsi olmasa) bu verilənlər haqqda düzgün anlayış və nəzəriyyə çıxartmaq olar.
Burada iki məqam var ki xüsusilə qeyd olunmalıdır.Biri barədə yuxarıda artıq danışılıb,lakin təkrar etməyə ehtiyac var-bu rasional idrakın hissi idrakdan asılılığı məsələsi.Kim ki,rasional idrakın hissi idrakdan doğmadığını düşünür-o idealistdir.Fəlsəfə tarixində rasionalizm yalnız şüurun həqiqiliyini qəbul edir, təcrübə reallığını inkar edir.Şüuru etibarlı hesab edərək təcrübənin hissi mənimsənilmiş bir şey olduğu üçün etibarsız sayır.Bu istiqamətin səhvi ondan ibarətdir ki, o faktları beyinə yeridir.Rasional idrakın verilənlərinin etibarlılığı onunla təmin olunur ki,onlarin mənbəyi elə hissi mənimsənilmiş verilənlərdir;əks halda rasional idrakın verilənləri mənbəsiz çay,kökü olmayan ağac olardılar,subyektiv və şübhəli olardılar.İdrak prosesinin ardıcıllığı nöqteyi nəzərindən hissi təcrübə ilkindir və biz ictimai təcrübənin vacibliyini idrak prosesi daxilində qeyd edirik,çünki ancaq insanın ictimai təcrübəsi onda obyektiv xarici aləmdən alınan hissi təcrübədən yarmış idrakın başlanğıcını qoya bilər.Əgər insan gözlərini-qulaqlarını obyektiv mövcud xarici aləmə bağlayıbsa,o zaman onda hər hansı dərketmədən söz belə gedə bilməz.Dərketmə təcrübədən başlayır-idrak nəzəriyyəsinin materializmi də elə budur.
İkinci məqam-idrakın daha da dərinləşdirilməsi ehtiyacı,hissi idrak pilləsindən rasional idraka keçid labüdlüyü-busa idrak nəzəriyyəsinin dialektikasıdır.[4]İdrakın ən aşağı pillədə-hissi dərketmə pilləsində-dura biləcəyini və yalnız onun etibarlılığını düzgün hesab etmək-empirizm tarixindən qalma səhvlərin təkrarlanması deməkdir.Bu nəzəriyyənin yalnışları hissi qavrama verilənlərinin şübhəsiz obyektiv mövcud xarici aləmin müəyyən reallıqlarını əks etdirdiyinin anlaşılmamasındadır(burada təcrübəni daxiləqapanmaya gətirəcək idealoji empirizm məsələsinə toxunmayacam),ancaq bu verilənlər birtərəfli və səthidir,ona görə də onun əks edilməsi natamamdır və şeylərin mahiyyətinə varmır.Şeylərin mahiyyətinin və daxili qanunauğunluqlarının tamamilə əks olunması üçün müəyyən anlayışlar sistemi və nəzəri mövqelər yaratmaq gərəklidir təfəkkür vasitəsilə zəngin hissi qavramaları emal edilməyə məruz qoyaraq harada ki,əsassız olanların silinməsi və yalnız həqiqi verilənlərin saxlanılması,bir şəkildən digərinə,daxildən xaricə keçilməsi-hissi dərketmədən rasional idraka sıçrayış labüddür.
Bu emal vasitəsilə biliyimiz daha bitkin,daha az etibarlı olmayacaq.Tam tərsinə,təcrübə bazasında dərketmə prosesi zamanı yaranan hər şey elmi emala məruz qalmişdir,Lenin dediyi kimi,dərin,düzgün,bütövlüklə xarici aləmi əks etdirərək.Darbeyinli işbazlar məhz elə bunu anlamır:onlar təcrübə qarşısında baş əyir,nəzəriyyə əhəmiyyət vermir,nəticədə obyektiv prosesi bütünlüklə mənimsəyə bilmirlər,onlara istiqamətin aydınlığı çatışmır,geniş perspektivdən uzaqdırlar,onlar öz səthi anlayışları və təsadüfi uğurları ilə öyünürlər.Belələri inqilaba rəhbərlik eləsələr,onun yolunu dalana çıxardardılar.
Rasional idrak hissi idrakdan asılıdır,hissi dərketmə isə rasional idrakda inkişaf etməlidir.Dialektik materializmin idrak nəzəriyyəsi budur!Fəlsəfədə rasionalizm və empirizm idrakın tarixi və dialektik xarakterini qavramır,halbuki bu cərəyanlardan hər biri gerçəyin yalnız birtərəfini özündə daşıyır(söhbət dialektik yox,materialist rasionalizm və empirizmdən gedir),yenə də hər ikisinə ümumilikdə idrak nəzəriyyəsi nöqteyi nəzərdən baxsaq da ikisi də yalnışlığa gətirəcək.Hissi idrakın rasionala doğru dialektik-materialist istiqaməti kiçiyin(məsələn,hər hansı predmetin və ya işin) dərkedilməsi və böyüyün(məsələn, bu və ya digər cəmiyyətin və ya inqilabın)dərkedilməsi prosesində baş verir.
Lakin lakin idrakın “hərəkəti” bununla bitmir.Əgər idrakın dialektik-materialist istiqaməti yalnız rasional idrakda dayansa,onda məsələnin yalnız yarısı həll olmuş olar,bundan başqa marksist fəlsəfəsi mövqeyindən hətta əsas hissəsi həll edilməmiş qalardı.Marksist fəlsəfəsi hesab edirki,əsas məsələ obyektiv aləmin qanunaiuyğunluqlarını anlamaqdadır,aləmi izah etməkdədir,obyektiv qanunauyğunluqların idrakını aləmin aktiv şəkildəyişməsində istifadə edilməsindədir.Marksizm nəzəriyyənin vacibliyini qəbul edir və bu öz yerini aşağıdakı leninist mövqeyində tapır:”İnqilabi nəzəriyyə olmadan heç bir inqilabi hərəkat ola bilməz”[5].Lakin marksizm nəzəriyyəyə ciddi elmi anlam qazandırmasının səbəbi onun təcrübə fəaliyyətini yönləndirə bilməsidir.Əgər doğru nəzəriyyəyə sahib olmaqla yalnız bu barədə boş-boş danışıqlarla məhdudlaşsaq,mühakimə etsək və təcrübəyə tətbiq etməsək,onda bu nəzəriyyənin kiçik də olsa heç bir xeyiri olmayacaq.
İdrak təcrübədən başlayır;təcrübədən nəzəriyyə əldə etməklə yanaşı yenidən təcrübəyə müraciət etmək lazımdır.İdrakın rolu özünü yalnız hissi idrakdan rasionala aktiv sıçrayışda ifadə etmir,həm də orası da vacibdir ki,rasional idrakdan inqilabi təcrübəyə sıçrayışı da gerçəkləşdirir.Ətraf aləmin qanunauyğunluqlarını əldə etmiş idrak yenidən aləmin şəkildəyişməsinə yönlənməlidir,o istehsal təcrübəsinə tətbiq olunmalıdır,həmçinin inqilabi sinfi və milli-azadlıq mübarizələrinə və o cümlədən elmi eksperimentlərə.Nəzəriyyənin sınanması və inkişafı prosesi belədir-vahid idrak prosesinin davam etməsi.
Məsələ orasındadır ki,nəzəriyyənin mövqeyi obyektiv gerçəkliyə uyğun gəlirmi.Yuxarıda qeyd dilən istiqamətdə bu məsələ tamamilə həll edilmir,edilə də bilməz.Həll üçün rasional idrakdan yenidən ictimai təcrübəyə geri dönmək, nəzəriyyənin qoyulmuş məqsədə gətirib-gətirməyəcəyini təcrübədə yoxlamaq lazımdır.Bir çox elmi nəzəriyyə həqiqətə uyğun olduğu qəbul olunmuşdur ona görə yox ki,təbiətşünaslar tərəfindən yaradılıb,ona görə ki,onlar özündən sonrakı elmi təcrübələrdə təsdiqini tapıb.Eləcə də marsizm-leninizmin həqiqiliyi nəzəriyyənin Marks,Engels,Lenin və Stalin tərəfindən işlənib hazırlandığı üçün qəbul olunmayıb,ona görə qəbul olunub ki,inqilabi sinfi və milli-azadlıq mübarizə təcrübəsində təsdiqini tapıb.Dialektik materializm umumi qəbul olunmuş gerçəklik olması səbəbi ondadır ki,cəmiyyətdə içində,ayr-ayrı siniflər və insanlar arasında bütünlüklə təcrübədən keçməsidir,marksizm tərəfindən açılan hər şey onun obyektiv qanunlarına tabedir.İnsan idrakı tarixi göstərir ki,bir çox nəzəriyyənin düzgünlüyü yetəriqədər olmayıb,amma onların təcrübədə yoxlanılması nəticəsində çatışmazlıqlar aradan qaldırılıb.O cümlədən bir çox nəzəriyyə də yalnış olmuşdur,təbii ki onlar da təcrübədə sınaqda keçirilərək düzəldilmişdir.Məhz elə buna görə təcrübəyə həqiqət meyarı kimi baxılır.”Həyati nöqteyi nəzərdən, təcrübə idrak nəzəriyyəsində ilkin və əsas nəzər nöqtəsi olmalıdır”[6].Stalin də mükəmməl vurğulamışdır:”...nəzəriyyə məzmunsuz olur,əgər o inqilabi təcrübə ilə əlaqələnməmişdirsə,həmçinin təcrübə də öz yolunu inqilabi nəzəriyyə ilə işıqlandırmasa kor olar”[7].
Bununla idrak “hərəkəti” sonlanırmı?Cavab:həm sonlanır,həm də yox.müəyyən obyektiv prosesin dəyişdirilməsi təcrübəsinə aid olan ictimai insanlar onun inkişafının müəyyən pilləsində(istər təbiətdə baş verən hər hansı prosesin dəyişdirilməsi təcrübəsi,istərsə də hər hansı ictimai prosesin dəyişdirilməsi təcrübəsi) subyektiv fəallığının və obyektiv prosesin təsiri iləbu obyektiv prosesin qanunauyğunluqlarına əsasən hissi idrakdan rasional idraka keçmək-ideyalar,nəzəriyyələr,planlar və layihələr yaratmaq imkanı qazanırlar; və əgər bu ideya,plan və layihələrin həmin obyektiv prosesin dəyişdirilməsi təcrübəsində növbəti tətbiq zamanı məqsədə nail olunursa,yəni əvvəlcədən hazırlanmış ideya,nəzəriyyə,plan və layihələri gerçəkləşdirmək mümkünsə onda konkret prosesin idrak hərəkəti tamamlanmış hesab olunur.Məsələn,təbiətin dəyişməsi prosesində-hər hansı bir tikinti planının həyata keçirilməsində,hər hansısa elmi fərziyyənin təsdiq edilməsində,mexanizmin yaradılmasında,kənd təsərrüfatında məhsul yığımının həyata keçirilməsində və ya cəmiyyətin dəyişməsi prosesində-hansısa bir tətilin uğurla keçirilməsi,hansısa bir müharibədə qalibiyyət,maarifləndirmə sahəsində hansısa planın reallaşdırılması-bütün bunlar istənilən məqsədə çatmaq hesab olunur.Lakin ümumiyyətlə desək,təbiətin dəyişdirilməsi təcrübəsində olduğu kimi cəmiyyətin dəyişməsi prosesindənadir hallarda insanlar tərəfindən əvvəlcədən yaranmiş ideya,nəzəriyyə,plan və layihələr heç bir dəyişikliklər olmadan həyata keçirilsin.Bu ona görə baş verirki,gerçəkliyin dəyişdirilməsini reallaşdıran insanlar çox vaxt müxtəlif məhdudiyyətlərlə sıxışdırılır: onlar tez-tez yalnız elmi və texniki şəraitə deyil,həm də obyektiv proses və onun inkişaf pilləsinə(obyektiv prosesin müxtəlif tərəfləri və mahiyyəti hələ tamamilə açılamışdır) bağlıdırlar.Bu vəziyyətdə təcrübədə əvvəlcədən gözlənilməyən hadisələrin olması da nadir hallarda olmur,harada ki,ideya,nəzəriyyə,plan və layihələr qismən, bəzən də tamamilə dəyişikliklərə məruz qalır.Bu o deməkdir ki,ilkin çıxardılmış ideya,nəzəriyyə,plan və layihələr qismən və ya tamamilə real gerçəkliklə uyğunlaşmır,qismən və ya tamamilə səhvdirlər.Bir sıra hallarda dəfələrlə əldə edilmiş uğursuzluqlardan sonra yalnış fikirləri kənarlaşdırmaq və obyektiv prosesin qanunauyğunluqlarına münasib olmaq mümkündür,bununla da subyektivi obyektivə çevirmək olur,yəni təcrübədə gözlənilən nəticəni əldə etmək olur.Hər halda bu məqama kimi insanların müəyyən obyektiv prosesin dərkedilməsinin istiqaməti onun müəyyən inkişaf pilləsində yekunlaşmış hesab etmək olar.
Lakin onun inkişafı prosesinə diqqət yetirsək,insan idrakının hərəkəti bununla sonlanmır. Təbiətdə və ya cəmiyyətdə hər bir proses daxili ziddiyət və mübarizənin nəticəsi kimi irəli gedir və inkişaf edir.Və insan idrakı prosesi də onun arxasınca irəli getməli və inkişaf etməlidir.Əgər ictimai hərəkətdən danışılırsa,o zaman həqiqi inqilabi rəhbərlər yalnız ideya,nəzəriyyə,plan və layihələrdə edilən səhvləri düzəltməklə yetinməməli,yuxarıda deyildiyi kimi həm də obyektiv prosesin bir pilləsindən digərinə keçərkən inqilab iştirakçıları ilə birgə öz subyektiv idrakı ilə irəli sürülmüş yeni inqilabi tapşırıq və planların şərait dəyişmələrinə uyğun gəlməsi üçün .bu keçidi izləməlidir.İnqilabi periodda şərait çox tez dəyişir və əgər inqilabçıların idrakı bu dəyişikliklərlə yetişə bilməsələr,onda inqilabı qələbəyə gətirə bilməzlər.
Amma tez-tez olur ki,ideyalar gerçəklikdən geri qalır;bu ona görə baş verir ki,bir sıra ictimai şəraitlər səbəbindən insan idrakı məhdudlaşdırmaya məruz qalır.Biz inqilabi cərgələrdə olan konservatorlara qarşı mübarizə aparırıq,çünki, onların ideyaları dəyişən obyektiv şəraitlə ayaqlaşmır,bu tarixdə sağ opportunuzmi ilə özünü göstərib.Bu insanlar görmürlər ki,ziddiyətlər mübarizəsi obyektiv prosesi artıq irəli aparıb,onların dərketməsi isə hələ də əvvəlki pillədə durur.Bu konservator ideyalarının özünəməxsusluğudur.Onların fikirləri ictimai təcrübədən qırılmışdır,onlar ictimai hərəkətə başçılıq və ya qasid rolunu oynaya bilməzlər,sadəcə onun quyruğunun arxasınca izləyə bilərlər çox çevik hərəkəti barədə şikayətlənərək və tarix çarxını yenidən geri döndərməyə çalışaraq.Biz o cümlədən “sol” ibarəbazlara qarşı da mübarizə aparırıq.Onların ideyaları obyektiv prosesin müəyyən pillələrini ötürərək qabağa qaçır;bu ideyaların daşıyıcılarından biriləri illuziyanı gerçəklik kimi qəbul edir,digərləri isə gələcəkdə reallaşması mümkün olan idealları hazırki vaxtda gerçəkləşdirməyə çalışır;onların müasir təcrübədən və fəaliyyətdən kənar ideyaları özünü avantürizmdə əks etdirir.Subyekti və obyektiv arasında qırılma və idrakın təcrübədən ayırd edilməsi idealizm və mexaniki materializm,opportunizm və avantürizmə xarakterikdir.Marksist-leninist idrak nəzəriyyəsinin fərqləndirən cəhəti onun təcrübəni gerçəkliyin meyarı kimi tanımasıdır və bu baxımdan yuxarıda sadalanan yalnış görüşlərlə qətiyən mübarizə apara bilməz.Marksistlər qəbul edirki,kainatın mütləq inkişafı prosesində ayrı-ayrı konkret proseslərin də inkişaf etməsi nisbidir.Ona görə də bu sonsuz müəyyən mərhələlərdə ayrı-ayrı konkret proseslərin dərk edilməsinin mütləq gerçəkliyi yalnız nisbi gerçəklikdən çıxır.Sonsuz nisbi gerçəklik məcmusundan mütləq gerçəklik əmələ gəlir.[8]
Obyektiv prosesin inkişafı –ziddiyyət və mübarizələrin inkişafıdır.İnsan idrakının inkişafı da-bütünlüklə zidiyyət və mübarizələrin inkişafıdır.Obyektiv aləmin hər cür dialektik hərəkəti gec ya da tez öz əksini insan idrakında tapır.Yaranma,inkişaf və məhv prosesi ictimai təcrübədə sonsuzdur,eləcə də insan idrakında.Bir halda ki,müəyyən obyektiv gerçəkliyin dəyişməsinə yönələn ideya,nəzəriyyə,plan və layihələr getdikcə irəli gedir,onda insan idrakı da obyektiv gerçəklikdə get-gedə dərinləşir.Obyektiv mövcud real aləmin dəyişməsi prosesi daimidir və sərhəd tanımır,necə ki, insan idrakının təcrübə prosesində gerçəkliyi dərk etməsi daimi və sərhədsizdir.Marksizm-leninizm qətiyyən həqiqətin açılmasına son qoymur,əksinə dayanmadan təcrübə prosesində dərketmədə yeni yollar açır.Nəticə: biz subyektiv və obyektiv,nəzəriyyə və təcrübə,bilik və fəaliyyətin konkret tarixi vahidliyinin tərəfdarıyıq;biz konkret tarixdən kənarda yalnış olan hər kəsə qarşıyıq-sağ və “sol”.Yaxınlaşan hazırki dövrün ictimai inkişafının dərkedilməsi və dəyişdirilməsi məsuliyyəti tarixən proletariat və onun partiyasının çiyinləri üzərinə düşür.Çində olduğu kimi bütün dünyada dünyanın dəyişdirilməsi təcrübəsi prosesi-o proses ki elmi idrakın əsasında qurulub-mühüm tarixi məqamına çatmışdır,bütün dünyanı bağlamış zülmətin devrilməsi ilə görülməyən işıqlı dünyaya çevirən məqama.
Proletariat və inqilabi xalq kütlələrinin dünyanın dəyişdirilməsi mübarizəsi aşağıdakı məsələləri özündə birləşdirir:obyektiv aləmin şəklinidəyişdirilməsi,həmçinin subyektiv aləmin dəyişdirilməsi-qavrayış qabiliyyətlərinin dəyişdiyilməsi,subyektiv aləmin obyektivlə münasibətdə dəyişimi.Yer kürəsinin bir hissəsində-Sovetlər Birliyində-insanlar artıq bu dəyişimləri həyata keçiriblər və hazırki zamanda bu dəyişim prosesini sürətləndirirlər.Çin və bütün dünta xalqları hal-hazırda bu dəyişikliklərdən keçirlər və gələcəkdə də keçəcəklər.
Söhbət obyektiv aləmin dəyişdirilməsindən gedərkən bu dəyişimlərə qarşı çıxanlar da oraya aid olur;ilk növbədə onlar məcburiyyətə əsaslanan şəklinidəyişmə mərhələsindən keçməlidirlər,bundan sonra onlar şüurlu şəkildə islahetmə mərhələsinə keçəcəklər.Bütün insanlıq şüurlu olaraq özündə və dünyada bu dəyişimlərə yaxınlaşsa,yalnız o zaman bütün dünyada kommunizm dövrü başlayacaq.
Təcrübə yolu ilə gerçəkliyi üzə çıxarmaq və elə təcrübə vasitəsi ilə də onu sübut etmək və inkişaf etdirmək.Hissi idrakdan aktiv olaraq rasional idraka keçmək və ardınca rasional idrakdan aktiv inqilabi rəhbərliyə-subyektiv və obyektiv aləmin dəyişdirilməsinə.Təcrübə-dərketmə,yenə təcrübə-yenə dərketmə-bu tsiklik təkrarlamalar sonsuzdur,unutmayaraq ki,tərkibi baxımdan təcrübə və idrak hər dəfə bir pillə yuxarıya doğru irəliləyir.Ümumilikdə dialektik materializmin bilik və fəaliyyət vahidliyinə və idrak nəzəriyyəsinə baxışı belədir.
Qeydlər:
-
*“ 3 padşahlıq barədə povest”(“ Sanyqo yanyi”)-Çində eramızın 3-cü əsrində 3 -Vey,U və Şu şahlığının mübarizəsi dövrü barədə məşhur tarixi roman.
-
* Syutzay-Qədim Çində ilkin başlanğıc elmi dərəcəsi olan insan.
-
V.İ.Lenin,Hegelin “Məntiq elmi” kitabının konspekti.(Fəlsəfə dəftərləri,M.,1947,s.185).
-
Bax.K.Marks və F.Engels.Feyerbax barəə 11 tezis(tom 4,s 589);V.İ.Lenin.Materializm və empiriokritisizm.(tom 14,s130).
-
V.İ.Lenin,Hegelin “Məntiq elmi” kitabının konspekti.(Fəlsəfə dəftərləri,M.,1947,s 146).
-
V.İ.Lenin,Hegelin “Məntiq elmi” kitabının konspekti.(Fəlsəfə dəftərləri,M.,1947,s 178).
-
V.İ.Lenin,”Nə etməli?” (tom 5,s 341).
-
V.İ.Lenin.Materializm və empiriokritisizm.(tom 14,s130).
-
İ.V.Stalin,Leninizm məsələləri (11ci nəşr,s 14).
-
Bax V.İ.Lenin.Materializm və empiriokritisizm. (tom 14,s 122).
Mao Tzse-dun.Seçilmiş əsərləri.Birinci tom.
Tərcümə: Nigar Ərəbli (c) SOLFRONT.org
Dostları ilə paylaş: |