TƏHSİL QANUNUNDA MAGİSTR DƏRƏCƏLƏRİNİN VERİLMƏSİ
“Magistr” sözü latın mənşəli söz olub, “müəllim”, ”mürəbbi”, “rəhbər” mənalarını ifadə edir. Qədim Romada “magistr” dərəcəsi mühüm vəzifə səlahiyyətləri olan şəxslərə verilirdi. Bizans imperatorluğunda isə bu ad yüksək məmur rütbəsi ti-tuluna müvafiq idi. “Magistr” məfhumu “ustad” adının sinonimi, öz işinin mahir bilicisi, ustası kimi də qəbul edilir. Musiqi termini olan “maestro” sözü də “magistr” sözündən meydana gəlmiş, musiqi sa-həsinin bilicisi kimi başa düşülür.
Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılır.
Dostları ilə paylaş: |