PEDAQOJİ TƏDQİQATLARDA SOSİOLOJİ METODLARDAN İSTİFADƏ
Pedaqoji tətqiqatın gedişində bəzən sosial həyatda baş verən kütləvi hadisələr haqqında dəqiq emprik material toplamağa ehtiyac hiss edilir. Belə hallarda tətqiqatç sosioloji metoda müraciət etməli olur .
Pedaqogika və sosiologiya arasında əlaqələr aşağıdakı xətlər üzrə inkişaf edir: istər pedaqogika, istərsə də sosiologiya öyrənmə obyektində, anlayış aparatında, tətqiqat metodlarında ümumilik təşkil edir.
Sosial metodlardan istifadə edərkən daha çox ilkin məlumat toplanır. Pedaqoqlar sorğunun köməyi ilə şagird, müəllim və valideynlərin fəaliyyətini öyrənirlər. Pedaqoji elmlər doktoru N.V.Kuzmina sosial metodlara aşağıdakıları daxil edir : 1. Sorğu metodu; 2. İntervü; 3. Qiymətləndirmə; 4. Özünü qiymətləndirmə; 5. Cüt müqayisə .
Sorğu – pedaqogikanın mühüm tədqiqat metodlarından biridir. Çox zaman didaktik sorğulara müraciət olunur. Şagirdlər sualllara cavab verərək, yaxud ayrı-ayrı fikirlərə münasibətlərini müəyyənləşdirərək, öz qənaətlərini bildirir, öz əhvalları, müxtəlif vəziyyətlərdə mümkün davranış, ətrafdakılarla qarşılıqlı münasibətlər barədə məlumat verirlər. Bu metod suallara yazılı və şifahi müraciəti əsas götürür. Təlim prosesində sorğu ikitərəfli və çoxtərəfli ünsiyyətin çox mühüm formalarından biridir. Yuxarıda qeyd olunan sorğu növləri arasında prinsipial əhəmiyyətli fərq yoxdur. Bir halda bu, yazılı, qiyabi sorğu;digər halda – şifahi, əyani sorğu olur. Sorğu şifahi və yazılı formada aparılır. Şifahi sorğu müşahidə və intervü, yazılı sorğu isə anket sorğusu şəklində həyata keçirilir. Sorğunun köməyilə informasiya toplanır.Şifahi sorğu aparılarkən müəllim, yaxud tədqiqatçı şagirdlərlə bilavasitə ünsiyyətə girə bilir,onların cavablarını eşidir, yol verdikləri səhvləri aşkara çıxarır. Ehtiyac yarandıqda müəllim, tərbiyəçi, tədqiqatçı məktəblilərə istiqamət vermək, sualı başqa şəkildə qoymaq imkanına malik olur. Hətta əlavə ehtiyac yarandıqda müəllim, tərbiyəçi, tədqiqatçı məktəblilərə istiqamət vermək, sualı başqa şəkildə qoymaq imkanına malik olur. Hətta əlavə suallar vermək də mümkündür. Yazılı sorğuda çox zaman belə şərait yaranmır. İzahat sorğu anketləri paylanarkən aparılır. Pedaqoji ədəbiyyatda sorğu metodunun müsahibə, intervü və anketləşdirmə kimi növlərinə rast gəlinir.
Dostları ilə paylaş: |