Cədvəl 3.1.Azərbaycanın turizm sektorunun GZİT təhlili
Mənbə: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazırliyi (2016).
Azərbaycan Respublikası ilə 28 ölkə arasında turizm sahəsində əməkdaşlıq sazişləri imzalanmışdır. Bundan əlavə, çoxtərəfli əməkdaşlıq əlaqələri turizm siyasətinin prioritet istiqamətlərindən biri Mədənıyyət və Turizm Nazırliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə turizm sahəsində beynəlxalq təşkilatlarla çoxtərəfli əməkdaşlığın təşkili, əməkdaşlıqla bağlı sənədlərin imzalanması, turizm sahələrində mövcud proqramlarda iştirakı , beynəlxalq tədbirlərdə fəal iştirakı təmin etməkdir.
Azərbaycanın regionlarında mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri var. Bunlara Qafqaz hotel şəbəkəsini, Qəbələdə Qəbələ turist parkını, Qusarda möhtəşəm Şahdağ qış-yay turist kompleksini, idman və 15-dən çox olimpiya idman kompleksini, habelə turistləri və digərləri qəbul etmək üçün əlverişli infrastrukturu daxildir. Bütün bunlar göstərir ki, turizm Azərbaycanda dövlət siyasətinin ən vacib prioritetlərindən birinə çevrilmiş və ölkənin gələcək iqtisadi inkişafına böyük ümidlər yaradır. Respublikanın iqlimi, zəngin təbiəti, mədəniyyəti və mədəni işləri, yeni növ turizmin inkişafını dəstəkləyir. Turizm resurslarının tarixi ekoloji, ekzotik, təbiət, idman və mədəni turizmin inkişafı baxımından perspektivlidir.
Turizm sektorunun statistik göstəricilərini analiz edək. Ölkəmizə turist axını son on ildə əhəmiyyətli dərəcədə artmışdır .Bunu biz 2005-2015 –ci illərin statistikası əsasənda aydın görə bilərik(Qrafik 3.1):
Dostları ilə paylaş: |