*Dilin maksimum mükəmməlliyi; *Fikrin tam aydınlığı; *Fikrin (sözlərin) birmənalılığı; *Fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması) *Dil yığcamlığı Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir. İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcümeyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. Belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır.
Rəsmi işgüzar yazılı dil aşağıdakı sənədləri əhatə edir: konstitusiya; qanunlar; Prezidentin fərmanları; sərəncamları; Nazirlər Kabinetinin qərarları; diplomatik sənədlər; rəsmi yazışmalar; müvafiq məcəllələr; təhsilə və tibbə aid sənədlər; məhkəmə sənədləri; ticarət müqavilələri; rabitə sənədləri; hərbi sənədlər; sahə nizamnamələri; əsasnamələri; qaydalar; göstəriş və təlimatlar; müxtəlif idarə və nazirliklərin yazışmaları; tövsiyyələr; məktublar; ərizələr; əmr və protokollar; aktlar; tərcümeyi-hal; etibarnamələr; arayışlar; təqdimatlar; iltizamnamələr; müqavilələr və s. Qeyd oluanan bu sənədlərin hər biri müxtəlifliyi, leksik və qrammatik xüsusiyyətləri baxımından bir-birindən fərqlənir. Beləliklə, müəyyən yarımüslublara – qollara ayrılırlar: diplomatiya, hüquq, təhsil, rabitə, ticarət və s. Bunların hər birinin özünəməxsus xüsusiyyətləri olsa da, ümumi cəhətləri odur ki, işgüzar yazılı üslubun tələblərinə cavab verirlər. İşgüzar yazılı dilin özünəməxsus leksik, morfoloji və sintaksis xüsusiyyətləri vardır.