qaydada, yəni rəsmi şəxsin imzası, möhürü və s ilə təsdiq olunan sənədlərdir.
*Həmin sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif
səviyyələrdə müzakirə olunur və qəbul edilir.
*Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır.
*Dövlətlərarası və dövlətdaxili münsibətlər bu sənədlərlə tənzimlənir.
*Rəsmi səınədlərdə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalılığına,
aydınlığına, hüquqi əsaslığına diqqət yetirilir.
*Rəsmi sənədlər quruluşuna
görə bölmələrə
, maddələrə, bəndlərə ayrılır.
*Rəsmi sənədlərdən fərqli olaraq, işgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti
daşımır. Həcmcə, adətən, rəsmi sənədlərə nisbətən kiçik olur.
*Rəsmi sənədləri, bir qayda olaraq mütəxəssilər
tərtib etdiyi halda
, işgüzar
sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlaya bilər. Işgüzar sənədləri
yazmaq üçün çox vaxt hazır formalar olur.
Hazır şablonların olması ona görə vacibdir ki:
1. Artıq vaxt aparmasın
2. Sənəddə artıq sözlər, ifadələr işlədilməsin
3. İmla xətaları və qüsurlu cümlələrə yol verilməsin.
Müxtəlif cür anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd
nöqsanlı hesab olunur. Məktublar rəsmi – işgüzar sənədin ən
sərbəst formasıdır.
Rəsmi-işgüzar üslubun formaları
Rəsmi sənədlər
İşgüzar sənədlər
Konstitusiya,qanun,fərman,sərəncam və.s
Ərizə,tərcümeyi-hal,akt,xasiyyətnamə və.s
Hər ikisndə dilin maksimum mükəmməlliyi əsasdır.
Mütəxxəssilər hazırlayır, onlar,adətən müzakirə olunur və qəbul edilir.
Müəyyən bir hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər
(məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, Konstitusiya və
s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
Dostları ilə paylaş: |