AĞLIMA GƏTİRMƏDİYİM HƏQİQƏT
Doxsanıncı illər idi. Bakı şəhərindəki peşə məktəblərinin birində direktor müavini işləyirdim. Məktəbimiz neft sənayesində işləmək üçün kadrlar hazırlayırdı. Bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün yüksək ixtisaslı istehsalat təlimi ustalarımız və müəllimlərimiz kifayət qədər idi. Direktorumuz bir səhər növbəti beş dəqiqəlik iclasda bildirdi ki, "Məşğulluq idarəsi"nin rəhbərliyi ilə qarşılıqlı razılaşmaya əsasən "Xalçaçılıq" ixtisası üzrə bir qrup açmalıyıq. Bu da Qarabağ hadisələri zamanı ev-eşiklərindən didərgin salınmış ailələrə kömək məqsədilə planlaşdırılmış tədbirlərdə biri idi.
Məşğulluq idarəsindən məktəbimizə təxminən 14-16 nəfər qadın göndərilmişdi. Onların sənədləri qəbul edildi. Əmrlə qrupun komplektləşdirilməsi təsdiqləndi. Növbəti günlərdən birində katibə mənə bildirdi ki, sizə deyəcəyim sözüm var. Nə deyəcəyini bilmək üçün ayaq saxladım:
-Esidirəm, Lətifə xanım!
Lətifə xanım 7-8 pasportu mənə verib:
-Zəhmət olmasa, baxın.
Mən pasportları nəzərdən keçirməyə başladım. Azərbaycanlı qadınları idi. Burada qeyri-adi nə var ki?- soruşdum.
-Siz nigah haqqında məlumat səhifəsinə baxın.
Baxdım. Kaş heç baxmayaydım. İndiyə kimi olan bilgilərimdə belə məlumatlar olmamışdır. Bu qadınların həyat yoldaşlarının hay (erməni) olmaları məni çox təəccübləndirdi və məyus etdi. Azərbaycanlıların hay qadınları ilə evliliklərinə çox rast gəlmişdim. Bir xeylisini də tanıyırdım. Amma belə bir hadisə ilə ilk dəfə idi ki, rastlaşırdim. Bu qadinların hamısı Qarabağdan-eyni rayondan qaçqın düşmüş qadınlar idi. Sovet ideoloqları millətləri robotlaşdıra bilmişdilər. Bizim millətin nümayəndələri bunu bəlkə də adı yaşam tərzi kimi qiymətləndirmişdilər (qiymətləndirir), haylar isə bundan siyasi məqsədləri üçün istifadə etmişlər və etməkdədirlər. Ey yazıq və sadəlövh millət, Sən niyə bu qədər safsan!?
Dostları ilə paylaş: |