Yata-yata qəhr olmayaq, Yatmaq bizə yaraşmayır. Torpağı düşmən tapdayır, Qəlbim bunla barışmayır!!!
OYAN
Yuxunuz heç şirin olmasın, millət,
Güclə oyanmışdın, yenə də yatdın.
Nə vaxt oynarsan bir də nəhayət,
Əgər oyanmasan demək ki, batdın.
Oyan ki, bayrağın bir də enməsin,
Oyan ki, ocağın, odun sönməsin.
Qarşında hay iti sussun, dinməsin,
Bacarsan, düşmənin ipini dartdın.
Şuşanı döyüşlə alasan gərək,
Laçınçun səngərdə qalasan gərək.
Düşməni alaqtək yolasan gərək,
Kimlərsə deməsin torpağı satdın.
Yan-yörənə dön baxginən, kormusan?
Eşit dostu, həm düşməni, karmısan?
Döyüş olsa, bu döyüşdə varmısan?
Oyan, bəlkə sən özünə qayıtdın!
Göydən başımıza mərmilər yağır,
Oyan, bu davanın bədəli ağır.
Yan-yana durmağa dostları çağır,
Istəsən, arzuna demək ki, çatdın.
Şirin olmaz, “halva” deməklə ağız,
Götür bir namə yaz, bu da ki kağız.
Gələcək köməyə osmanlı, oğuz,
O zaman şəkərə demək, bal qatdın.
Dostları ilə paylaş: |