Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə3/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   2   3   4   5   6   7   8   9   ...   52
ÖMÜRLÜK YAZ YADDAŞA
Ömürlük yaz yaddaşa:
Hər kimin vardır iti,
Demək vardır hörməti.

Bu gün dost da əfsanə,


Stul, post da əfsanə,
Bir kimsə sağlığına
Demə, tost da əfsanə.
Həsrətlə baxma quşa,
Ömürlük yaz yaddaşa:
Hər kimin vardır iti,
Demək vardır hörməti.

İmdad umma vəlidən,


Ağıllı, nə dəlidən.
Bir az ağır olacaq
Yaş keçibsə əllidən.
Birdəfəlik düş başa,
Ömürlük yaz yaddaşa:
Hər kimin vardır iti,
Demək vardır hörməti.

Ağırdı evdə qalmaq,


Udqunmaq, nəfəs almaq.
Nə dil gəlir köməyə,
Nə də əldəki çomaq.
Düşmə əsla təlaşa,
Ömürlük yaz yaddaşa:
Hər kimin vardır iti,
Demək vardır hörməti.

Qonşu çətin "hə" desin,


İtini sənə versin.
Öz ağlın, öz başın var,
Hərə öz işin görsün.

Düşmə dağa, nə daşa,


Ömürlük yaz yaddaşa:
Hər kimin vardır iti,
Demək vardır hörməti.

Gedib küçük-zad alma,


Yerli olsun yad alma.
Alsan böyük bir it al,
Sözümə təəccüb qalma.
Minnət etmə yoldaşa,
Ömürlük yaz yaddaşa.
Hər kimin vardır iti,
Demək vardır hörməti.

Çalış olsun düz yolun,


Olsa, olsun öz yolun.
Doğru yol-haqqın yolu,
Qoy olmasın yüz yolun.
Olma sən əldə maşa,
Ömürlük yaz yaddaşa,
Hər kimin vardır iti,
Demək vardır hörməti.


DANIŞDIQCA BATAN OĞLAN
Danışmasan güman var ki,
batmayasan!
Danışdıqca batan oğlan,
Ey milləti satan oğlan.
Pislik etmə, dayan bəsdir,
Bəlkə daha oyanasan,
yatmayasan!?
Hər cümlənin əvvəlində,
sonunda da,
Yeni yalan, yeni bir səhv.
Vardır yalanların,

bu səhvlərin arxasında


Özünifşa, özünüməhv.
Güya onu millət seçib,
"Seçiləndə" mandat alıb.
Onu sevən insanlara
guya bir vaxt söz veribdir,
And da içib.
Oturduğun o kreslo
sənin halal haqqın deyil!
Sən, ey dəccal, sən, ey rəzil!

SARILA BİLMƏRƏM
Sarıla bilmərəm nəsə,
Ürəyimin başı göynər.
Daşqəlblilər mən gündəsə,
Olmaz əsla, olsa neynər?

Ürək sızlar, gözlər ağlar,


Dərd anlamaz bir dərdi kəm.
Yaxşılıq var ürək dağlar,
Çətin anlar hər toplum, cəm.

Sarıla bilmərəm, bir də,


Qanım tökər tikanların,
Təsəllidir söz, şeir də,
Qəlbin oxşar insanların.

Sarıla bilmərəm daha


Qollarımın taqəti yox.
Əsil sevda zərdən baha,
Aşiq üçün minnəti yox.

Sarıla bilmərəm sənə,


Nə mənası, nə dadı yox.
Dön bax geri, bax dünənə,
Bu sevdanın bəlası çox.
Sevgi qarşılıqlı olsa,

Həzin bir nəğməyə dönər.

Xəzan olub əgər solsa,

İki qəlbdə atəş sönər.



NƏBADƏ YAZMA
"Mən kişiyəm" söyləməyə haqqın var?
Çöx böyük rütbədir, adına yazma.
Bir anlamı, bir mənası var ancaq,
Ağılın kəsəntək anlama, yozma!

Kişinin torpağı işğal olunmaz,


Qeyrəti döşənib yerə salınmaz.
Yalvar-yaxar ilə torpaq alınmaz,
Xəyallar içində yolunu azma!

Bir canı vətənə qıya bilməsən,


Sən qanı qan ilə yuya bilməsən.
Düşmənin gözünü oya bilməsən,
Taleyə, nə bəxtə qətiyyən qızma!

Faili-muxtardı insan əzəldən,


Kişilər ruzisin yeməz yüz əldən.
Torpağın gedibsə, gedib göz əldən,
Ərənlik, ərliyi ağlından pozma!

Məni asıb-kəssən də sən, doğru bu,


Ən böyük dərd budur, böyük ağrı bu.
Dünyanın ən məşhur koru, sağrı bu,
Mənim ünvanıma nəbadə yazma!

Sərhəddən sərhədə hər yer mənimdir,


Ona düşən tale, qədər mənimdir.
Naxçıvan, Lənkəran, Tərtər mənimdir,
Qarabağ Vətəndir, altını cızma!


Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin