260) Diaqnostik müayinələrdən hansı xolestazın olmasını təsdiq edir?
A) Leykositoz
B) Trombositopeniya
C) ALT və AST - nın artması
D) EÇS artması
E) Qələvi fosfatazanın (QF) və qamma - qlutamin - transferazanın (GGT) artması
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
261) Qadınlarda kəskin pankreatitin ən çox rast gələn səbəbi nədir?
A) Öd daşı xəstəliyi
B) Alkoqolizm
C) Qarın travması
D) Hamiləlik
E) Kortikosteroidlərin qəbulu
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
262) Kişilərdə kəskin pankreatitin ən çox səbəbi olan faktor hansıdır?
A) Kortikosteroidlərin qəbulu
B) Xroniki xolesistit
C) Alkoqolizm
D) Qaraciyərin sirrozu
E) Qarnın travması
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
263) Xroniki pankreatitdə ağrıkəsicilərdən hansını istifadə etmək olmaz?
A) Morfi
B) Baralgin
C) Novokain
D) Fentanil
E) Analgin
Ədəbiyyat: B. И. Маколкин, С.И.Овчаренко. «Внутренние болезни» 1999 г.
264) Kəskin pankreatitdə ilk saatlarda diaqnozu təsdiq etmək üçün spesifik marker hansıdır?
A) Amilaza
B) Ximotripsin
C) Elastaza
D) Tripsin
E) Lipaza
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
265) Aşağıdakılardan hansı xroniki pankreatitin inkişafına səbəb olmur?
A) Bəzi dərman preparatları (azatioprin, furosemid və s.)
B) Metil spirti ilə zəhərlənmə
C) İrsi pozğunluqlar,aminoasiduriya və s.
D) Vitamin C çatışmazlığı
E) Hiperlipidemiya
Ədəbiyyat: V.Ə.Əzizov " Daxili xəstəliklər" Bakı - 2011 , səh 565
266) Sadalanan simptomlardan hansı xroniki enterit üçün xarakterik deyil?
A) Qəbizlik
B) Həddən artıq köpüklü, açıq rəngli nəcisin ifrazı
C) Çəkinin azalması
D) Qanın elektrolit tərkibinin pozulması
E) Orqanizmin susuzlaşması
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000г.
267) Malabsorbsiya sindromu üçün nə səciyyəvi deyil?
A) Anemiya
B) Oynaq ağrıları
C) Diareya
D) Bədən çəkisinin azalması
E) Qinekomastiya
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
268) Uzunmüddətli xroniki enterokolit üçün hansı simptomlar xarakterik deyildir?
A) Hipoproteinemiya və anemiya
B) Əmək qabiliyyətinin azalması
C) Çəkinin defisiti
D) Ümumi zəiflik
E) Hiperalbuminemiya
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
269) Kron xəstəliyinin müalicəsində əsasən hansı preparatlardan istifadə olunur?
A) Penisillin
B) Sulfasalazin
C) Omeprozol
D) Maaloks
E) De - nol
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
270) Bağırsağın qıcıqlanma sindromunu təyin edən ən dəqiq diaqnostika metodu hansıdır?
A) Kolonoskopiya
B) Nəcisin analizi
C) Rentgen
D) Laporaskopiya
E) Kompyuter tomoqrafiyası
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
271) Bağırsağın qıcıqlanma sindromunda əsas simptomlar hansılardır?
A) Nəcisin rənginin dəyişməsi
B) Ağrı, qəbizlik və ya ishal
C) Ağrı, qızdırma, titrətmə
D) Ağrı, çəkinin azalması və iştahasızlıq
E) Qəbizlik və ya qanlı ishal
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
272) Qeyri - spesifik xoralı kolitdə müalicəni nə ilə başlamaq lazımdır?
A) Neomisinlə
B) Sulfasalazinlə
C) İmuranla
D) Ampisillinlə
E) Levomisetinlə
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко. «Справочник по гастроэнтерологии» 2003г.
273) Yoğun bağırsağın şişinə şübhə olduqda hansı yoxlamanın aparılması daha vacibdir?
A) Onkomarkerləri yoxlamaq
B) Kolonoskopik biopsiya etmək
C) Rentgenoskopiya etmək
D) İrriqoskopiya etmək
E) Qanın və nəcisin ümumi analizini aparmaq
Ədəbiyyat: O. Şirəliyev. “Endoskopiya müayinələri” 2004 il.
274) Dolixokolon nədir?
A) Bağırsağın qısalması
B) Bağırsağın deşilməsi
C) Bağırsağın genəlməsi
D) Bağırsağın daralması
E) Bağırsağın uzanması
Ədəbiyyat: А. С. Логинов, А. И. Парфёнов. «Болезни кишечника» 2000 г.
275) Qastroezofageal reflyuks xəstəliyi zamanı bronx - qida borusu sindromunun əmələgəlmə səbəbi hansıdır?
A) Disfagiya
B) Qida borusunun spazmı
C) İzafi bədən kütləsi
D) Mədə möhtəviyyatının tənəffüs yoluna requrqitasiyası
E) Xəstəliyin uzun müddət davam etməsi
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
276) Kəskin kataral ezofagit hansı ağırlaşmanı verə bilər?
A) Stenoz
B) Perforasiya
C) Kəskin qanaxma
D) Mikroqanaxma (diapedez)
E) Pnevmoniya
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
277) Qida borusunun distal hissəsinin xorasının genezində aşağıdakılardan hansı daha çox aparıcı rol oynayır?
A) Mədə möhtəviyyatının qida borusuna reflyuksu
B) Ezofagit
C) Regenerasiyanın pozulması
D) Seliyin müdafiə xüsusiyyətinin aşağı düşməsi
E) Mikrosirkulyasiyanın pozulması
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
278) Kardiyanın çatmazlığı zamanı çox rast gələn ağırlaşmalar hansıdır?
A) Laringit
B) Qida borusunun divertikulu
C) Xronik bronxit
D) Ezofagit
E) Xroniki pnevmoniya
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
279) Vilson xəstəliyi zamanı hansı məhsullardan imtina etmək vacibdir?
A) Mis tərkibli məhsullardan
B) Fosfor tərkibli məhsullardan
C) Dəmir tərkibli məhsullardan
D) Karbohidrat tərkibli məhsullardan
E) Kalsium tərkibli məhsullardan
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
280) Vilson xəstəliyində hansı fermentin aktivliyinin azalması baş verir?
A) Aminotransferazanın
B) Qələvi fosfatazanın
C) Qlutationperoksidazanın
D) Katalazanın
E) Seruloplazminin
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
281) Sadalanan fermentlərin hansı misi 90% özünə birləşdirir?
A) Katalaza
B) Aminotransferaza
C) Tripsin
D) Seruloplazmin
E) Qlutationperoksidaza
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
282) Hansı xəstəlikdə qaraciyər hüceyrələrin apoptozu sürətlənir?
A) Xolangitdə
B) Hepatozda
C) Kron xəstəliyində
D) Vilson xəstəliyində
E) Reaktiv hepatitdə
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
283) Kayser–Fleyzer sindromu hansı xəstəlikdə aşkarlanır?
A) Jilber xəstəliyində
B) Hemoxromatozda
C) Badda – Kiari xəstəliyində
D) Vilson xəstəliyində
E) Hemolitik anemiyada
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
284) Qaraciyəraltı portal hipertenziya ilə nə nəticələnə bilər?
A) Birincili biliar sirroz
B) Mesenterial damarların trombozu
C) Dalaq damarının trombozu
D) Vilson xəstəliyini
E) Bakterial xolangit
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
285) Hansı patoloji vəziyyətdə qələvi fosfatazanın səviyyəsi normada qalır?
A) İnfeksion mononukleozda
B) Xolestazda
C) Bakterial angioxolitdə
D) Virus hepatiti zamanı
E) Qaraciyərə metastazlar
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
286) Parçalanmış hemoqlobinin hansı hissəsindən birləşmiş bilirubin yaranır?
A) qlobindən
B) hemosiderindən
C) ikivalentli dəmirdən
D) ferritindən
E) hemin porfirin hissəsində
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
287) Hansı ferment selendən asılıdır?
A) Qlutationperoksidaza
B) Superoksiddismutaza
C) Qlutationreduktaza
D) Aaminotransferaza
E) Qələvi fosfataza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
288) Xroniki pankreatit zamanı nəcisin xüsusiyyətləri hansılardır?
A) yağlı, çoxlu nəcis
B) seliktəhər
C) “qoyun qığı” kimi
D) az miqdarda
E) “düyü həlimi” kimi
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
289) Xroniki pankreatinin kəskinləşməsi zamanı müalicədə hansı patogenetik vasitə işlənilir?
A) proteoliz inhibitoru
B) qeyri - steroid iltihaba qarşı
C) eubiotiklər
D) immunomodulyator preparatlar
E) prebiotiklər
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
290) Hansı əlamət xolestaza aiddir?
A) “moruğlu” dil
B) tenezmlər
C) “damar ulduzları”
D) ksantomalar
E) “palmar” eritema
Ədəbiyyat: И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
291) Qastroezofaqal reflyuks xəstəliyinin inkişafında əsas əhəmiyət kəsb edən faktorlara hansı aid deyil?
A) Antireflyuks baryerinin azalması
B) Qida borusu klirensinin güclənməsi
C) Qida borusunun aşağı sfinkterinin boşalma epizodlarinin artması
D) Mədə daxili təzyiqin artması
E) Qida borusunun mədə reflyuktantından təmizlənmə qabiliyətinin azalması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
292) Qastroezofaqal reflyuks xəstəliyinin ağır hallarında hansı preparatların kombinasiyası daha səmərəlidir?
A) Antasidlər və xolinolitiklər
B) H2 - histamin blokatorları ilə prokinetiklər
C) H2 - histamin blokatorları ilə antixelikobkter təsirlı preparatlar
D) Prokinetiklər və proton pompasının inhibitorları
E) Proton pompasının inhibitorları və antixelikobakter təsirli preparatlar
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроентерология:Рукооволство для врачей. – М.: Медицинское информационное агентсвто, 2004. – 616 с
293) Qastritlərin hansı forması genetik olaraq mədə xorası və ağır formalı pernisioz anemiya ilə əlaqəlidir?
A) Antral qastrit
B) Reflyuks-qastrit
C) Hipertrofik qastrit
D) Səti qastrit
E) Atrofik fundal qastrit
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
294) Helicobacter pylorinin (HP) hansı əsas xüsusiyyəti onu mədənin turş mühitindən qoruyur?
A) Selikaltı qişada yerləşməsi
B) Metaplaziyaya məruz qalmış epiteldə yerləşməsi
C) Ureaza aktivliyinə malik olması
D) Turş mühitdə aktivliyinin artması
E) Mədənin pilorik şöbəsində yerləşməsi
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
295) Hiperprolaktenemiya fonunda keçən qastroezofaqal reflyuks xəstəliyinin kompleksli müalicəsində hansı preparatlar qrupu əks-göstərişdir?
A) H2-histamin reseptorlarının blokatorları
B) Sovrulan antasidlər
C) Asetilxolin aqonistləri
D) Dofamin reseptorlarının antoqonistləri
E) Kalsium kanallarının antoqonistləri
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
296) Aşağıdakı prokinetikləridən hansı öd kisəsinin hərəki aktivliyini gücləndirməklə yanaşı kardiovaskulyar patologiya zamanı proaritmogen təsir göstərir?
A) Doprokin
B) Reqlan
C) Serukal
D) Sizaprid
E) Motilium
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
297) Helikobakter infeksiyasının diaqnostikasında istifadə olunan üsullardan hansı qeyri-invazivdir?
A) Histoloji
B) Seroloji
C) Bakterioloji
D) Ureaza
E) Sitoloji
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
298) Hansı qrup preparatlar xoleolitik təsirə malikdir.
A) Dezoksixol turşusu törəmələri
B) Amantan törəmələri
C) Asetilxolin aqonistləri
D) Dofamin reseptorlarının antoqonistləri
E) Xoleretiklər
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
299) Helicobacter pylori infeksiyasında istifadə olunan antibakterial preparatlara hansı aid deyil?
A) Amikasin
B) Amoksisilin
C) Klaritromisin
D) Tetrasiklin
E) Tinidazol
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
300) Oddi sfinkterinin əsas funksiyalarına hansı aid deyil?
A) Duodenoqastral reflyuksun qarşısının alınması
B) Mədəaltı sekretin 12 barmaq bağırsağa axmasının tənzimlənməsi
C) Ödün 12 barmaq bağırsağa axmasının tənzimlənməsi
D) Ödün öd kisəsində yığılması üçün şəraitin yaradılması
E) 12 barmaq bağırsağa mötəviyatının ümumi öd axarına və pankreas axarına reflyuksu
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
301) Ahıl yaşlarında, bağırsağın hipotoniyası səbəbindən yaranan qəbizlikdə üstünlük hansı preparata verilir?
A) Bisakodil
B) Mebeverin
C) Laktuloza
D) Gənəgerçək yağı
E) Sennade
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
302) Sadalanan preparatlardan hansı ağrı sindromunun üstünlüyü ilə keçən bağırsağın qıcıqlanma sindromunda istifadə olunmur?
A) Dyuspatalin
B) Buskopan
C) Quttalaks
D) No - şpa forte
E) Disetel
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
303) Sadalananlardan hansı mədə və 12 - barmaq bağırsağın selikli qişasına sitoprotektiv təsir göstərir?
A) Vikalin
B) Çaytikanı yağı
C) Qastrosepin
D) Solkoseril
E) Sukralfat
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии(перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
304) 1-cili biliar sirrozun erkən əlamətinə aiddir:
A) Assit
B) Dəri qaşınması
C) Varikoz genişlənmiş venalar
D) Splenomeqaliya
E) Sarılıq
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
305) Mellori-Veys sindromunun inkişafına gətirib çıxara bilər:
A) Malabsorbsiya sindromu
B) Alkoqolla zəhərlənmə
C) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı
D) Qeyri-steroid iltihab əleyhinə preparatların istifadə edilməsi
E) Qıcıqlanmış yoğun bağırsaq sindromu
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
306) 22 yaşlı şəxsdə çoxlu miqdarda alkoqol qəbulundan sonra al qan qarışıqlı qusmalar baş vermişdir. Daha böyük ehtimalla diaqnoz hansıdır?
A) Qida borusunun varikoz genişlənmiş venalarından qanaxma
B) Qida borusu xərçəngi, qida borusu qanaxması
C) Qanaxma ilə fəsadlaşmış kəskin mədə xorası
D) Qanaxma ilə fəsadlaşmış kəskin eroziv qastrit
E) Mellori - Veys sindromu
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
307) Aşağıdakı simptomlardan hansı qastroezofageal reflüks xəstəliyinin əlamətlərinə aid deyil ?
A) Dad hissiyyatının pozulması
B) Ağızdan xoşagəlməz qoxunun gəlməsi
C) Qıcqırma
D) Disfagiya
E) Ürəkbulanma
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр
308) Assitin patogenizində aşağıdakılardan hansı düzgün deyil?
A) Qaraciyər sinusoidləri daxilində təzyiqin artması
B) Renin-angiotenziv sisteminin aktivləşməsi
C) Hipoaldosteronemiya
D) Orqanizmdə Na və suyun ləngiməsi
E) Hipoproteinemiya
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
309) Xroniki qastritin hansı forması ilk növbədə mədənin cismi və dibini zədələyir?
A) Autoimmun
B) Kriptogen
C) Kron xəstəliyi zamanı müşahidə edilən qastrit
D) Helikobacter Pylori mənşəli qastrit
E) Kimyəvi
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр
310) 45 yaşlı kişinin dərisi insolyasiya olmadığı halda bürünc rəngdə olmuşdur. Müayinə zamanı palpator olaraq sərt qaraciyər və dalaq müəyyən edilmişdir. Hiperqlikemiya, aritmiya vardır. Daha çox ehtimal olunan diaqnozunuz:
A) Vilson xəstəliyi
B) Hemoxromatoz
C) Badda- Kiari sindromu
D) Jilber sndromu
E) Xroniki alkoqolizm
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
311) Qaraciyər çatışmazlığı üçün aşağıdakılardan hansı xarakter deyil:
A) Qanda aromatik amin turşularının artması
B) Hiperxolesterinemiya
C) Hipoalbuminemiya
D) Hipokoaqulyasiya
E) Karbohidrat mübadiləsinin pozulması
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
312) Aşağıdakılardan hansı xora maliqnizasiyasının tipik əlamətinə aid deyil?
A) qıcqırma
B) ətə qarşı ikrah hissi
C) arıqlama
D) anemiya
E) iştahanın azalması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
313) Kəskin xolangitin əsas kliniki simptomları hansıdır?
A) sarılıq,hipertermiya, sağ qabırğaaltı nahiyyədə ağrılar
B) rəngsizləşmiş nəcis, qələvi fosfatazanın səviyyəsinin azalması
C) sağ qabırğaaltı nahiyyədə ağrılar və leykopeniya
D) yağlı qida qəbulu zamanı sağ qabırğaaltı nahiyyədə ağrı və arterial hipertenziya
E) tündləşmiş sidik, trombositoz,ALT və AST azalması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
314) Xroniki xolesistitdə ağrının xarakterik irradiasiyası hansıdır?
A) cinsi orqanlara
B) sağ çiyinə və sağ qola
C) aralığa
D) sağ bud nahiyəsinə
E) sol çiyinə və sol qola
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
315) Enterokolitin müalicəsində istifadə olunan prinsiplər hansıdır?
A) pəhriz 1, novokain, anesteziya
B) pəhriz 4, qısa kurs antibiotiklər, poliferment preparatlar
C) pəhriz 5, spazmolitiklər, antasidlər
D) pəhriz 1, xolinolitiklər, antasidlər
E) pəhriz 5, öd qovucu, antibiotiklər
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
316) Xroniki kolit sindromu üçün nə xarakterikdir?
A) Koproqramda həzm olunmamış əzələ liflərinin olması
B) Nəcisdə qanın olması
C) Nəcisin az miqdarda olması
D) Meteorizm
E) Nəcisdə neytral yağların çox miqdarda olması
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
317) Xroniki enteritdə nəcis nə ilə xarakterizə olunur?
A) Yeməkdən sonra dərhal tenezmlərin olması
B) Nəcisdə az miqdarda seliyin olması
C) Melenanın olması
D) Bərk, az miqdarda nəcisin olması
E) Diareyanın olması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
318) Xroniki enterit zamanı koproqrammanın təsvirində hansı əlamət xarakterik deyil?
A) steatoreya
B) qan
C) amiloreya
D) həzm olunmamış qida hissəcikləri
E) kreatoreya
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
319) Hansı xəstəlik üçün malabsorbsiya və maldiqestiya sindromları xarakterikdir?
A) Müxtəlif gedişli xroniki enterit
B) Yüngül gedişli xroniki enterit
C) Xroniki qastrit
D) Xroniki kolit
E) Orta və ağır gedişli xroniki enterit
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
320) Xroniki enterit üçün hansı simptom xarakterik deyil?
A) Meteorizm
B) Bədən çəkisinin azalması
C) Çox miqdarda lakin tezləşməmiş defekasiya
D) Əsasən sol qabırğaltı nahiyyədə ağrı
E) Göbək ətrafı ağrılar
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
321) Bağırsağın hansı hissəsində divardaxili həzm prosesi baş verir?
A) Siqmayabənzər bağırsaq
B) Yoğun bağırsağın distal hissəsi
C) Nazik bağırsaq
D) Yoğun bağırsağın proksimal hissəsi
E) Bütün yoğun bağırsaq
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
322) Xroniki enterit və kolitin ən tez rast gəlinən səbəbi hansıdır?
A) disbakterioz, helmintozlar
B) kəskin və yağlı qidalanma
C) kəskin alkoqol intoksikasiya
D) qida allergiyası
E) ağır metalların duzları ilə xroniki zəhərlənmə
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
323) Hansı helmintozlarda ağciyərlərdə eozinofil infiltratların inkişafı baş verir?
A) askaridoz
B) enterobioz
C) difillobotrioz
D) sistiserkoz
E) tenioz
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
324) Çiy ətin istifadəsi zamanı hansı helmint ilə yoluxma baş verir?
A) alveokok
B) trixinella
C) lentşəkilli qurd
D) askarida
E) bıj qurd
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
325) Aşağıda sadalanlardan hansı portal traktın tərkib hissəsinə aid deyil?
A) sinir ucları
B) qapı venasının şaxəsi
C) öd axacağı
D) limfatik damar
E) qaraciyər arteriyası
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
326) Lipaza harada sintez olunur?
A) 12 barmaq bağırsaq
B) qida borusu
C) yoğun bağırsaq
D) ağız boşluğu
E) mədəaltı vəzi
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
327) Sağlam insanda sutkada nə qədər mədə şirəsi ifraz olunur?
A) 0, 5 l - ə qədər
B) 0, 5 - 1, 5 l
C) 2, 5 - l -dən çox
D) 5, 0 l - dən çox
E) 1, 5 - 2, 5 l qədər
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
Dostları ilə paylaş: |