Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə18/30
tarix17.01.2017
ölçüsü2,45 Mb.
#468
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

124) Rafizi yazır: Allahın rəsulu (s.a.s) Əliyə buyurdu: “Ey Əli! Səndə İsadan bir nişanə var. (O da budur) yəhudilər onunla o dərəcədə düşmən oldular ki, anasını ittiham etdilər. Xristianlar ona o qədər məhəbbət bəslədilər ki, malik olmadığı mənzilət və məqamı (Allah məqamını) ona nisbət verdilər.” (Məktub 48)

Bu hədisi Hakim “Müstədrək” (№4622),Abdullah ibn Əhməd “Zəvaidu müsnəd” (1/160),ibn Əbu Asim “Sünən”(№1004)-də bu isnadla nəql etmişlər: əl Hakim ibn Əbdulməlik - əl Haris ibn Husirat – Əbu Sadiq – Rabiə ibn Nacət – Əli ibn Əbu Talib.

Zəhəbi “Təlxis əl ilal”(səh 78, №176)-da yazır: “Səhih deyil,sənəddə bir qrup zəif ravilər vardır.”

Şeyx Albani “Zilalul cənnət”kitabında qeyd etdiyi kimi ravi silsiləsi zəifdir.Hakim ibn Əbdulməlik adlı ravi zəifdir.İbn Muin onu zəif hesab etmiş,Nəsai isə onun mötəbər olmadığını qeyd etmişdir.Əbu Davud dedi: “Onun hədisləri münkərdir” (“Mizanul itidal” 1/576/№2187)

Digər ravi Rabiə ibn Nəcat məchuldur.əl Heysəmi “Məcməu zəvaid” (№14762)-də yazır: “Abdullah və Bəzzar müxtəsər,Əbu Yalə isə biraz geniş şəkildə nəql etmişlər. Abdullah və Əbu Yalənin sənədində Hakim ibn Əbdulməlik vardır ki,o zəifdir.Bəzzarın sənədində Muhəmməd ibn Kəsir əl Qureyşi əl Kufi vardır ki,o da zəifdir.”

Rəvayyəti həmçinin, İsa ibn Abdullah ibn Ömər ibn Əli öz atalarından nəql etmişdir. Zəhəbi “Təlxis əl ilal” (səh 78, №176)-da (İsa)-nı “həlak olmuş” adlandırır. İbn Əbu Asim “Sünən” (№983)-də nəql edir ki,Əli demişdir: “Elə bir firqə olacaqdır ki,mənə qarşı olan məhəbbətlərinə (həddi aşan) görə oda girəcəklər və elə bir firqə də olacaqdır ki,mənə qarşı olan nifrətlərinə görə oda girəcəklər.”

Şeyx Albani “Zilalul cənnət” kitabında qeyd etdiyi kimi bu rəvayyət iki şeyxin şərtlərinə görə səhihdir.Bu həqiqətdir ki,rafizilər Əliyə olan bağlılıqlarına görə onu yarı tanrı səviyyəsinə qaldırmışlar və bu əməl rafiziləri cəhənnəmə aparacaqdır.Nasibilər isə Əliyə elə nifrət edirdilər ki,bu əməl də onları oda aparmışdır.

125) Rafizi yazır: Peyğəmbər (s.a.s) buyurdu: “Öndə gedənlər üç nəfərdir. Musaya ilk iman gətirən Yuşə ibn Nun, İsaya ilk iman gətirən “Yasin sahibi”, Muhəmmədə ilk iman gətirən Əli ibn Əbu Talib.” Peyğəmbər (s.a.s) buyurdu: “Siddiqlər üç nəfərdir: Həbib Nəccar, Ali-Yasin mömini ki, dedi: “Ey camaat, Allahın elçilərinə tabe olun.” Hizqil,Ali-Firon mömini ki, dedi: ” Rəbbim Allahdır – deyən şəxsimi öldürürsünüz?” Və Əli ibn Əbu Talib ki, onların hamısından üstün və biliklidir.” (Məktub 48)

Hədislər səhih deyildir.Birinci rəvayyət baradə Heysəmi “Məcməu zəvaid” (№14598)-də yazır: “Təbərani nəql etmişdir ki,ravilər silsiləsində Hüseyn ibn Həsən əl Əşkar vardır.Onu ibn Hibban etibarlı,əksər alimlər isə zəif ravi hesab etmişlər.”

Hüseyn ibn Həsən əl Əşkar.Onu Əbu Muamər əl Xuzali yalançı adlandırmışdır.Nəsai,Dəraqutni və Əbu Hatim qeyd etmişlər ki,o mötəbər deyildir.Buxari isə onun sual altında olduğunu bildirmişdir.Əbu Zura onu “munkər əl hədis” adlandırmışdır.” (“Mizanul itidal” 1/531/№1986)

İkinci hədisi ibn Əsakir “Tarix” (42/43) kitabında Əbu Nueymin isnadı ilə nəql etmişdir: Amr ibn Cəmiə əl Bəsri – Muhəmməd ibn Əbu Leyla – İsa ibn Əbdurrahmən ibn Əbu Leyla – atasından – Əbu Leyladan.

Amr ibn Camiə mətruk ravidir. Muhəmməd ibn Əbu Leyla bu Muhəmməd ibn Əbdurrahmən ibn Əbu Leyladır.İbn Hacər “Təqrib” (№6081)-də qeyd edir ki,bu ravi etibarlı ravi olmaqla bərabər olduqca zəif yaddaşa sahib idi. İbn Teymiyyə “Minhəcus sunnə” (5/26)-də hədisin yalan olmasını qeyd edir.Albani “Daif əl cami” (№3550)-də hədisi uydurma adlandırır.

126) Rafizi yazır: Peyğəmbər (s.a.s) Əliyə buyurdu: “Məndən sonra, ümmətim tezliklə səninlə düşmən olacaqdır. Sən mənim sunnəmlə yaşayırsan və sünnə üzərinə də öləcəksən. Səni sevən məni sevmiş, səninlə düşmənlik edən, mənimlə düşmənlik etmişdir. Tezliklə saqqal və başın qanına bulaşacaqdır.” (Məktub 48)

Hakim “Müstədrək” (№4686)-də sənədsiz olaraq nəql etmişdir. ”ümmətim sənə düşmən olacaqdır” sözü həmçinin Sələbə ibn Yezid əl Həmanidən də rəvayyət olunmuşdur.O,ifrat şiə idi.”Buxari onun rəvayyətlərinin sual altında olduğunu qeyd etmişdir.” (Buxari “Tarixul kəbir” 2/№2103)

Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4905)-də zəif adlandırmışdır.

127) Rafizi yazır: İbn Abbasın hədisinə əsasən Peyğəmbər (s.a.s) Əliyə buyurdu: “Tezliklə məndən sonra, məşəqqət və narahatlığa düçar olacaqsan. Əli etdi: “O vaxt dinim salamat olacaqmı? Buyurdu: “Bəli, dinin salamat olacaqdır.” (Məktub 48)

Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4906)-də zəif adlandırmışdır.Hakim “Müstədrək” (№4677)-də nəql etmişdir.Sənəddə Səhl ibn Mutəvəkkil vardır.Onun haqqında “cərh və tədil” kitablarında məlumat yoxdur.İbn Hibban onu “Siqat” (№13521)-də qeyd etmişdir.Əgər ravi etibarlıdırsa,onda rəvayyət səhihdir.



128) Rafizi yazır: “Əbu Əyyub əl Ənsarinin Ömərin xilafəti zamanı söylədiyi hədis də eyni mənadadır.O,dedi: “Peyğəmbər (s.a.s) Əliyə “nakisinilər” (əhdləri sındıranlar), “qasitinilər” (zalımlar) və “mariqinlər”lə (yoldan çıxanlar) mübarizə aparıb, onları öldürmək fərmanını (əmrini) verdi.” (Məktub 48)

Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4907)-də uydurma adlandırmışdır. Hakim bu rəvayyəti “Müstədrək” (№4674)-də səhihliyi baradə bir söz demədən nəql etmişdir.Zəhəbi “Təlxis”-də rəvayyətin səhih olmadığını qeyd etmişdir.Rəvayyətin isnadı belədir: Muhəmməd ibn Humeyd – Səlama ibn Fədl – Əbu Zeyd əl Əhval – Utbə ibn Sələbəh.

Utbə ibn Sələbəh haqqında mənfi və ya müsbət rəy olan heç bir məlumata rast gəlmədim. Muhəmməd ibn Humeyd və Səlama ibn Fədl zəif ravilərdir.”Əbu Zura ibn Humeydi yalanda ittiham etmişdir.” (“Mizanul itidal” 3/530/№7453)

Sələmə ibn Fədl Əbraş.Olduqca zəif ravidir.Onun zəif olmasını Nəsai və İshaq ibn Rahaveyh qeyd etmişlər.Buxari onu tənqid etmişdir.Əbu Hatim ona etibar olunmadığını qeyd etmişdir.” (“Mizanul itidal” 2/192/№3410)

Hakim ikinci isnadla (№4675) nəql etmişdir.Sənəddə Əsbaq ibn Nəbatah vardır.Bu ibn Hibban və Nəsaiyə görə mətruk ravidir.Əbu Bəkr ibn Əyaş onu yalançı adlandırmışdır.” (həm.yer 1/271/№1014)

Sənəddə həmçinin, Muhəmməd ibn Yunus əl Qadimi vardır ki,onu hədis uydurmada ittiham etmişlər.” (həm.yer 4/74/№8353)

Təbərani “əl Kəbir” (№10053)-də Abdullah ibn Məsuddan rəvayyət etmişdir.Heysəmi “Zəvaid” (№10442)-də yazır: “Sənəddə mənə məlum olmayan insanlar vardır.”

İbn Əsakir “Tarix”(42/470)-də bunu İbn Məsuddan rəvayyət etmişdir.Sənəddə İsmail ibn Abbad vardır ki,Dəraqutniyə görə mətrukdur.İbn Hibban ona etibar edilmədiyini qeyd etmişdir.” (həm.yer 1/234/№897)

Təbərani həmçinin, bunu “Ausat” (№8433)-da Əlidən rəvayyət etmişdir. İsnadda Yəhya ibn Sələmə ibn Kuheyl vardır.Yəhya ibn Muin onun “heçnə” olduğunu və onun nəqllərinin yazılmadığını söyləmişdir. Nəsai dedi: “Mətrukdur” (həm.yer 4/381/№9527)

Əlidən bunu Rabiə ibn Nəcat rəvayyət etmişdir.Onun haqqında yuxarıda bəhs edildi. Əbu Yalə bu rəvayyəti “Müsnəd” (№519)-də bu isnadla nəql etmişdir: İsmail ibn Musa – Rabiə ibn Səhl – Səid ibn Ubeyd – Əli ibn Rabiə.Hüseyn Suleym Əsəd ravi silsiləsini zəif adlandırmışdır.İbn Muin Rabiə ibn Səhl haqqında demişdir: “o heçnədir” Dəraqutni onu “zəif” adlandırmışdır. (həm.yer 2/41/№2740)

Əbu Yalə bu rəvayyəti Əmmar ibn Yasirə istinad edərək də rəvayyət etmişdir: Cəfər ibn Süleyman - əl Xəlil ibn Süleyman - əl Xəlil ibn Marra - əl Qasim ibn Süleyman –ata – baba.

Hüseyn Suleym Əsəd ravi silsiləsini zəif adlandırmışdır.Ukeyli qeyd etmişdir ki,əl Qasim ibn Süleymanın nəqqləri doğru deyildir.” (“Mizanul itidal” 3/371/№6808)

Cəfər ibn Süleyman haqqında alimlərin rəyyləri müxtəlifdir. İbn Əsakir “Tarix” (42/468-470) kitabında bunu Əlidən rəvayyət etmişdir.Sənəddə Amr ibn Atiyyə vardır. ”Onu Dəraqutni və digərləri zəif hesab etmişlər.” (“Mizanul itidal” 3/281/№6411)

Həmin mənbədə yenə o rəvayyəti bu isnadla nəql etmişdir: Harun ibn İshaq – Əbu Həsən – Cəfər – Əbdulcəbbar Həmədani – Ənəs ibn Amr – atası – Əlidən.

“Ənəs ibn Amr və atası məchul ravilərdir.” (“Silsilə əhadis əd daifə” №4907)

Əbdulcəbbar Həmədani bu ibn Abbasdır.Əbu Nueym dedi: “Kufədə ondan daha yalançı biri yox idi” (“Mizanul itidal” 2/533/№4741)

Həmin mənbədə rəvayyət yenə bu isnadla nəql olunur: Əbul Abbas ibn Uqdə - Hüseyn ibn Ubeyd ibn Əbdurrahmən əl Kindi – Bəqqar ibn Bişr – Həmzətun Ziyad – Əmaş – İbrahim – Əli və Əbu Səid ət Teymi – Əli.

İbn Uqdə bu Əhməd ibn Muhəmməd ibn Səiddir. ”Onu zəif hesab etmişlər.” (“Mizanul itidal” 1/136/№548)

“Hüseyn ibn Ubeyd və Bəqqar ibn Bişrin bioqrafiyaları məlum deyil.” (“Silsilə əhadis əd daifə” №4907)

İbrahim bu imam Nəhaidir və o Əli (r.a) ilə görüşməmişdir.Ona görə də sənəd qopuqdur. Əbu Səid ət Teymi haqqında da heç bir tərif edici və ya tənqidi məlumatlar məlum deyildir. Yenə həmin mənbədə bu isnadla: Əbu Əvənah – Əbu Cərud – Zeyd ibn Əli ibn Hüseyn ibn Əli – atalarından.Əbu Carud bu Ziyad ibn Munzirdir. ”İbn Muinin yalançılıqda ittiham etdiyi rafizidir.” (“Təqrib” №2101)

İbn Əsakir isə bu isnadla nəql etmişdir: Əbu Bəkr ibn əl Muğri – İsmail ibn Abbad əl Bəsri əl Bağdadi – Abbad ibn Yaqub – Rabia ibn Səhl əl Fəzairi – Səid ibn Ubeyd – Əli ibn Rabia.

İsmail ibn Abbad Dəraqutniyə görə mətruk ravidir. “İbn Hibban “ona etibar edilməz” demişdir.” (“Mizanul itidal” 1/234/№897)

İbn Muin Rabiə ibn Səhl haqqında deyir: “o heçnədir”. “Dəraqutni onu zəif hesab etmişdir.” (“Mizanul itidal” 2/41/№2740)

İbn Əsakir sənədi ilə nəql edir: Matər – Hakim ibn Cubeyr – İbrahim – Əlqamə.Matər bu ibn Meymun əl İskafdır ki,onun haqqında biz yuxarıda bəhs etmişdik. Hakim ibn Cubeyr zəif ravidir.İmam Əhməd onun haqqında deyir: “Zəifdir,onun nəqlləri məqbul deyildir.” (“Mizanul itidal” 1/583/№2215)

İbn Əsakir yenə bu sənədlə nəql edir: Yunis ibn Ərqam – Əbban – Xalid əl İsri. İbn Hiraş Yunisi mötəbər hesab etməmişdir. Əbban bu ibn Əbu Əyyaşdır.”O,Əhməd və ibn Muinə görə tərk olunmuş ravidir.” (“Mizanul itidal” 1/10/№15)

129) Rafizi yazır: “Əmmar Yasir bir hədisdə rəvayyət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Ey Əli! Tezliklə üsyançılar dəstəsi səninlə mübarizə aparacaqlar. Amma, sən düz yoldasan. Sənə kömək etməyən məndən deyil.”(Məktub 48)

Rəvayyət zəifdir.İbn Əsakir nəql etmişdir ki,sənədində iki məchul ravi vardır.”Əbu Yəhya Razi və Abdullah ibn Cəfər.” (“Silsilə əhadis əd daifə” №4908)



130) Rafizi yazır: Həmçinin, Əbuzərr rəvayyət edir: “Peyğəmbər (s.a.s) buyurdu: “And olsun canım əlində olana ki, sizin aranızda bir kişi var ki, məndən sonra Quranın təvilinə əsasən vuruşacaq, necə ki, mən müşriklərlə onun tənzilinə əsasən vuruşdum.” (Məktub 48)

“Rəvayyət uydurmadır və isnadsız nəql edilmişdir.” (“Silsilə əhadis əd daifə” №4909)



131) Rafizi yazır: Muhəmməd ibn Ubeydullah bir hədisi ibn Əbu Rafidən, o da atasından, o da atasından Əbu Rafidən xəbər vermişdir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Məndən sonra, bir qrup Əli ilə vuruşacaq. Onlarla cihad etmək ilahi bir vəzifədir. Cihad etmək qüdrətinə malik olmayan kəs dili ilə, bundan da aciz olan qəlbi ilə onlarla cihad etməlidir.” (Məktub 48)

Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafi heç nəyə yaramır.”Bu ravinin zəifliyini və qeyri məqbul olmasını Buxari,Əbu Hatim,Yəhya ibn Muin və s.qeyd etmişlər.” (“Mizanul itidal” 3/634/№7904)



132) Rafizi yazır: “Əxzər Ənsarinin rəvayyətində Peyğəmbər (s.a.s) buyurdu: “Mən Quranın tənzilinə əsasən vuruşuram.Əli isə onun açıqlamasına görə vuruşacaq.” (Məktub 48)

Haşiyədə yazır: “O, İbn Əbu Əxzərdir. İbn Səkən onu yad etmiş və bu hədisi ondan (Haris ibn Həsirə təriqiylə) Cabir Cufidən, o da İmam Baqirdən, o da atası Zeynəlabidindən, o da Əxzərdən, o da Peyğəmbər (s.a.s)-dən nəql etmişdir. İbn Səkən demişdir: “Bu hədis, səhabələr arasında məlum deyildir.”

Cabir ibn Yezid əl Cufi yalançıdır.

133) Rafizi yazır: Peyğəmbər (s.a.s) buyurdu:“Ey Əli! Mənim sənə olan imtiyazım yalnız nübuvvətdədir. Məndən sonra nübuvvət və peyğəmbərlik yoxdur. Sənin camaat qarşısında yeddi imtiyazın var. Birinci şəxssən ki, Allaha iman gətirmişsən, Allahın əhdinə hamıdan artıq əməl edənsən, Allahın əmrlərində hamıdan möhkəmsən, Beytul-malın bölünməsində ədalətə daha çox riayyət edənsən, rəiyyətə qarşı hamıdan çox adilsən, mühakimədə daha gözüaçıq və məziyyətlərdə (üstünlüklərdə) Allahın yanında hamıdan daha üstünsən.”

Haşiyədə yazır: “Əbu Nəim bu hədisi Muazdan və ondan sonrakı hədisi Əbu Səiddən “Hilyətul-Əvliya”da nəql etmişdir. Hər iki hədis “Kənzul-Ümmal”ın 6-cı cildinin 156-cı səhifəsində mövcuddur.”

Daha sonra o yazır: Ey Əli! Sənin yeddi xislətin vardır ki, heç kəs bunda sənə bərabər ola bilməz. Sən, Allaha ilk iman gətirən, onun əhdinə daha vəfadar, əmrinə hamıdan artıq əməl edən, rəiyyətə qarşı daha ədalətli, mühakimədə daha xəbərdar, məziyyətlərdə isə hamıdan üstünsən...” (Məktub 48)

Hər iki hədis də doğru deyildir. Birinci hədisə gəlincə,İbn Cəuzi onu “Məvduat” kitabında,Albani isə “Silsilə əhadis əd daifə” (№4912)-də uydurma adlandırmışdır.Əbu Nueym “Hilyətul-Əvliya” (1/65)-da bunu Muaz ibn Cəbəldən aşağıdakı isnadla nəql etmişdir: Bişr ibn İbrahim əl Ənsari – Sur ibn Yezid – Xalid ibn Madən – Muaz ibn Cəbəl. İbn Cəuzi yazır: “Bu rəvayyət uydurmadır və bunda təqsirkar Bişr ibn İbrahimdir.İbn Adiy və ibn Hibban onun haqqında demişlər: “Etibarlı ravilərə istinad edərək,hədislər uydurardı.”( “Məvduat” 1/343)

Şəukani “Fəvaid əl məcmua” (səh 442, №44)-də yazır: “Əbu Nueym bunu Muaz ibn Cəbəldən mərfu şəkildə nəql etmişdir.Rəvayyət uydurmadır.Səbəb isə Bişr ibn İbrahim əl Ənsaridədir.Əbu Nueym bunu Əbu Səiddən mərfu şəkildə nəql etmişdir.” Haşiyədə isə yazır: “Əbu Səiddən olan isnadda İsmət ibn Muhəmməd vardır ki,o yalançıdır.

“İkinci rəvayyətə gəldikdə isə o da uydurmadır.” (“Silsilə əhadis əd daifə” №4913)

Əbu Nueym “Hilyətul-Əvliya” (1/66)-da nəql etmişdir.Sənədində İsmət ibn Muhəmməd vardır ki,o da yalançıdır.” (“Mizanul itidal” 3/68/№5631)

Bununla da Əbdulhüseynin 48-ci məktubuna cavab yekunlaşır.49-cu məktubda isə Əbdulhüseyn sünni şeyxinin adından bir neçə rəvayyət qeyd etmişdir.



134) İmam Əbu Abdullah Əhməd Hənbəl deyir: “Peyğəmbər (s.a.s)-in əshabələrinin heç biri haqqında Əli ibn Əbu Talib qədər Allah Rəsulu (s.a.s) tərəfindən fəzilət nəql olunmamışdır.” (Məktub 49)

İmam Əhməd haqqlı idi.48-ci məktub bunu təsdiq edir.Səhabələr arasında Əli ibn Əbu Talibin fəzilətləri qədər heç bir səhabə haqqında fəzilətlər nəql olunmamışdır.Fəqət,əsas məsələ bu rəvayyətlərin səhih olub-olmamasıdır. Yalanı mübah hesab edən rafizilər əsrlər boyunca Əli (r.a) haqqında rəvayyətlər uydurmuşlar. Hafiz Şeyxulİslam ibn Hacər əl Əskalani deyir: “Əhli beytin fəzilətinə dair rafizilərin nə qədər hədis uydurduqlarını hesablamaq qeyri mümkündür.” (“Lisan əl mizan”c.1,səh 13,Beyrut)

Əmir əş Şabi deyir: “Bu ümmətdə Əli (r.a)-nin adından uydurulan yalanlar qədər heç kəsin adından yalanlar uydurulmayıb.”(“Fəvaid əl məcmua”səh 148,haşiyə №187)

İbn Qəyyum əl Cəuziyyə deyir: “Əli (r.a)-nin fəzilətlərinə dair rafizilərin uydurduqlarına gəlincə isə bu baradə həddindən çox uydurulmuş rəvayyətlər vardır.”(“Səhih və zəif”səh 292)

Hafiz Əbu Yalə əl Həlili “İrşad” kitabında deyir: “Rafizilər Əli (r.a) və Əhli beytin fəziləti haqqında 300 000-ə qədər rəvayyət uydurmuşlar.”(həm.yer)

135) İbn Abbas demişdir: “Heç bir kəs haqqında Əliyə aid olan qədər Quran ayəsi nazil olmamışdır.” Digər bir hədisdə isə demişdir: “Əli haqqında 300 Quran ayəsi nazil olmuşdur.” (Məktub 49)

Hər iki rəvayyət də doğru deyildir.Birinci rəvayyət aşağıdakı isnadla nəql olunmuşdur: “Ömər ibn əl Həsən ibn Əli – Əhməd ibn Həsən – atası – Hasin (********) Abdullah ibn Hatif - əl Minhəl ibn Amr – Səid ibn Cubeyr.” (“Silsilə əhadis əd daifə” №4929)

Ömər ibn Həsən ibn Əli – bu Şənani əl Qazidir.”Dəraqutni onu zəif hesab etmişdir.” (“Mizanul itidal” 3/185/№6071)

Hasin adlı ravi isə məchuldur.Əbdulhüseyn bu rəvayyətin haşiyəsində yazır: “İbn Əsakir və “Sünən” müəlliflərindən bir neçəsi bunu nəql etmişlər.” Siz bu hədisi bilinən “Sünən” kitablarının heç birində tapa bilmərsiz. Əli baradə 300 ayə nazil olmuşdu iddiasına gəlincə,bu rəvayyəti Xətib mərfu şəkildə ondan rəvayyət etmişdir. Sənəddə Salam ibn Süleyman əs Səqəfi və Cuvəybir vardır.Hər ikisinin rəvayyətləri münkərdir.Həmçinin, Dəhhaq zəifdir.İbn Cəuzi qeyd etmişdir ki,rəvayyət uydurmadır.” (Şəukani “Fəvaid əl məcmua” səh 458, №80)

“Salam ibn Süleyman ibn Sur Əbul Abbas Səqəfi Mədəni.Əbu Hatim onun mötəbər olmadığını,İbn Adiy isə onun rəvayyətlərinin münkər olduğunu qeyd etmişdir.” (Zəhəbi “Mizanul itidal”c.2,səh 178,№3346)

“Cuvəybir ibn Səid Əbul Qasim Əzdi.Beyhəqi deyir: “Cuvəybir mətrukdur” (Zəhəbi “Mizanul itidal”c.1,səh 107)

Bundan başqa Dəhhaq ibn Muzəhim İbn Abbasla görüşməmişdir.

136) Yenə demişdir: Harada Allah “Ey iman gətirənlər!” ayəsini buyurmuşdusa,Əli onun əmiri və şərəfidir.” Allah Quranın çox ayələrində Muhəmməd (s.a.s)-in əshabələrini məzəmmət etmiş, amma Əlini yaxşılıqdan savayı yad etməmişdir. (Məktub 49)

Bu ibn Abbas adına deyilmiş yalandır.Təbərani bu rəvayyəti “əl Kəbir” (№11687)-də,Heysəmi isə “Zəvaid” (№14660)-də nəql etmiş və qeyd etmişdir: “Ravi silsiləsində İsa ibn Rəşid vardır ki,o zəifdir.”

“Bu ravi məchuldur və onun nəqlləri qəbul edilmir.” (“Mizanul itidal” 2/75/№2890)

“Fədailus səhabə” (№1114)-də bu rəvayyətin sənədində eyni ravinin iştirakı ilə bərabər Zəkəriyyə ibn Yəhya əl Kisai də mövcuddur.”Dəraqutni və Nəsai onu mətruk hesab etmişlər.” (“Mizanul itidal” 2/75/№2890)



137) “Abdullah ibn Əyyaş ibn Əbu Rabi deyir: “Əli haqqında elm və bilik baxımından nə istəyirsən, tam inamla söyləyə bilərsən. Onun İslamda parlaq bir keçmişi vardır.O, Allah rəsulunun kürəkənidir. Onun dini başa düşməkdə, döyüşdə qələbə çalmaqda və əliaçıqlıqda tayı-bərabəri yoxdur.”

Bu sözün doğruluğunu və müəllifinin kim olmasını araşdırmadan belə ilk üç ifadə ilə razılaşmaq mümkündür.Möminlərin əmiri həqiqətən də İslamda adı-sanı olan ən bilikli səhabələrdən biri idi və o Peyğəmbər (s.a.s)-in kürəkəni idi.Lakin,bu xüsusiyyətlər “onun ilk xəlifə olmalı idi”iddialarına əsas vermir.Sonuncu ifadə isə yersizdir.İslam tarixində Həmzə,Cəfər,Təlha,Xalid ibn Vəlid kimi cəngavərlər,malını Allah yolunda xərcləyən Əbu Bəkr,Osman və fəqih olan Aişə,ibn Abbas kimi səhabələr məşhurdur.



138) 50-ci məktubda rafizi yazır: “Peyğəmbər (s.a.s)-in bu sözünü xatırla: “Əlinin mənə nisbəti başın bədənə olan nisbəti kimidir.”

Rəvayyət doğru deyildir.Məşhur şiə alimi Muhəmməd Baqir Məclisi “Biharul ənvar” (35/269) kitabında yalan olaraq qeyd etmişdir ki,guya bu hədis sünnilərin səhih kitablarında mövcuddur.

Rəvayyəti Xətib “Tarix” (7/11) kitabında bu isnadla nəql etmişdir: Əbul Qasim Əyyub ibn Yusif ibn Əyyub – Ənbas ibn İsmail – Əyyub ibn Musab əl Kufi – İsrail – Əbu İshaq - əl Bərr.

İbn Cəuzi “İləl” (1/212/№335)-də yazır: “Sənəddə məchul ravilər vardır.” Rəvayyəti həmçinin, Əbu Bəkr ibn Mərdaveyh bu isnadla nəql etmişdir: Hüseyn Əşkar – Qeys ibn Rabiə - Leys – Mücahid – İbn Abbas. Buxari qeyd etmişdir ki,Hüseynin məqbul olmayan rəvayyətləri vardır.Qeys ibn Rabiə haqqında isə ibn Muin demişdir: “o heçnədir” Əhməd isə onun şiə olmasını qeyd etmişdir.”



139) Rafizi yazır: Əbdurrahmən ibn Aufun hədisini xatırla.Peyğəmbər (s.a.s) təhdidlə xitab etdi: “And olsun canım əlində olana ki,siz namaz qılıb,zəkat verməlisiniz.Yoxsa sizin yanınıza elə bir şəxsi göndərərəm ki,o məndəndir və ya mənim canımdır.” Hədisin sonunda deyilir ki, Əlinin əlini tutub dedi: “O şəxs budur.” (Məktub 50)

Rəvayyəti Albani “Silsilə əhadis əd daifə” №4960-də zəif adlandırmışdır.Bu rəvayyəti Bəzzar “Müsnəd” (№1050)-də,Əbu Yəla “Müsnəd” (№859)-də,ibn Əbu Şeybə “Musənnəf” (№36953)-də,ibn Əsakir “Tarix” (42/343)-də nəql etmişlər.əl Heysəmi “Zəvaid” (№14960)-də yazır: “Ravilər silsiləsində Təlha ibn Cəbr vardır ki,o zəifdir.”



140) Rafizi 52-ci məktubda yazır: Biz İslam yolunda (mühacir və ənsardan) can qoyanların fəzilətinə inanırıq. Belə ki, onları saymaqla qurtarmaq olmaz. Elə yalnız bu kifayətdir ki, Quranda və Peyğəmbər (s.a.s)-in sünnəsində onlar haqqında çoxlu fəzilətlər yazılmışdır.”

Bu rafizi müəllifə təqiyyə maskası arxasında gizlənib,müsəlmanlara yalandan gülümsəyərək “ilk müsəlmanların fəzilətini qəbul edirik” deməsi heç nə vədd etmir.Çünki,biz bilirik ki,bu sapıqlara görə guya Peyğəmbər (s.a.s)-in vəfatından sonra 3-4 nəfərdən başqa bütün səhabələr İslamdan çıxdılar. Şiələr İmam Baqirdən rəvayyət edirlər: “İnsanlar Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr və Miqdaddır.” (“Rəvdətul Kafi”c.8,səh 245-246,hədis 341; ”Biharul Ənvar” c.22,səh 333,352,440; Mufid “İxtisas” səh 10;Tusi “Mərifətul rical” c.1,səh 38; Kəşani “Safi” c.1,səh 389 və s.)

Bu hədisi Məclisi “Miratul uqul”kitabında muvəssəq hesab etmişdir.Onlar nəql edirlər ki,məsum bildikləri şəxs üç nəfərdən başqa bütün səhabələri küfrdə ittiham edir,bu rafizi Əbdulhüseyn isə ikiüzlülük edərək deyir ki,biz ilk müsəlmanların fəzilətlərini qəbul edirik. Şiələrin səhabələrə qarşı olan münasibəti haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər “Aldanmayın” kitabına müraciət edə bilərlər.

141) Rafizi 52-ci məktubda yazır: “Təbərani və başqaları düzgünlüyünə inandıqları sənədlə Zeyd ibn Ərqəmdən nəql etmişlər ki,Peyğəmbər (s.a.s) Qədir-xumda,ağacların altında xütbə oxuyub,buyurdu: “Ey insanlar!Allahın yanına dəvət olunub və bu dəvətə müsbət cavab verməyimə az qalıb. Mən məsulam və sorğuya çəkiləcəyəm.Siz də məsulsunuz və dindiriləcəksiniz.Orada nə deyəcəksiniz? Dedilər: “Şahidlik edəcəyik ki,risaləti təbliğ etdin,cihad edib,nəsihət etdin.Allah sənə əcr versin.Peyğəmbər (s.a.s) buyurdu: Məgər sizin şəhadətiniz bu deyilmi: «لا ِالهَ اِلاّ اللهُ وَ اِنَّ مُحمّداً عَبْدُهُ وَ رَسُولُه» və belə deyilmi ki, behişt və cəhənnəm, ölüm və ölümdən sonra həyat haqqdır? Qiyamət,şübhəsiz olacaqdır və Allah ölənləri yenidən dirildəcəkdir?” Dedilər:” Bəli, ona şahidlik edəcəyik.” Bu zaman Peyğəmbər (s.a.s) ərz etdi: Ey Allah! Şahid ol. Sonra buyurdu: “Ey insanlar! “Allah mənim mövlamdır və mən də möminlərin mövlasıyam və mən onların özündən onlara daha yaxınam.” Mən hər kəsin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Ey Pərvərdigar! Onu sevəni sev,ona düşmən olana düşmən ol! Sonra buyurdu: “Ey camaat! mən sizdən əvvəl gedirəm və siz Kövsər hovuzunun kənarında mənim yanıma daxil olacaqsınız. Onun uzunluğu Busra (Şam şəhərlərindən biri) ilə Səna arasındakı məsafədən daha çoxdur. Bu hovuzun kənarında ulduzların sayı qədər gümüş qablar mövcuddur. Mənimlə orada görüşəndə, sizdən “səqəleyn” haqqında soruşacağam ki, məndən sonra onlarla necə rəftar etmisiniz. Onlardan biri “Siqli-əkbər” – Allahın kitabıdır ki, bir ucu Allahın “əlində”, birisi isə sizin ixtiyarınızdadır. Ondan yapışın ki, yolunuzu azmayasınız. O birisi isə “yaxınlarımdır” (Əhli-beytim). Allah Təala məni agah edibdir ki, bu ikisi Kövsər hovuzunun kənarında mənim yanıma daxil olana qədər bir-birindən ayrılmayacaqlar.” (Məktub 54)

Birincisi, Təbərani bu rəvayyəti Huzeyfə ibn Əsəd əl Qifaridən nəql etmişdir.İkincisi,rəvayyətin ravilər silsiləsi səhih deyildir.Orada Zeyd ibn Həsən əl Ənmati vardır.əl Heysəmi “Məcməu zəvaid” (№14966)-də rəvayyəti nəql etdikdən sonra yazır: “Təbərani nəql etmişdir.Sənədində Zeyd ibn Həsən əl Ənmati vardır.Əbu Hatim onun haqqında deyir: “munkərul hədis” İbn Hibban isə onu etibarlı hesab etmişdir.” Rəvayyəti Albani “Silsilə əhadis əd daifə” №4961-də zəif adlandırmışdır.



Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin