II növ tabalmanın əsas xüsusiyyəti onun faza çevrilmələri ilə bağlı olmasıdır. Bu növ tabalma poladın Ac3 və ya nöqtələrindən yuxarı temperaturadək qızdırılıb, bu temperaturda saxlanmasından və adətən yavaş soyudulmasından ibarətdir. II növ tabalmadan sonra polad demək olar ki, tam müvazinət halı alır və onun strukturu Fe-Fe3C hal diaqramına uyğun gəlir.
II növ tabalma nəticəsində poladın bərkliyi və möhkəmliyi azalır, plastikliyi artır, dənələri kiçilir, daxili gərginliklər aradan qalxır. Tabalma çox zaman hazırlıq əməliyyatı rolunu oynayır.
Məsələn, tökükləri, döyükləri tabalmaya uğradaraq, onların bərkliyini azaldır və kəsmə ilə emalını asanlaşdırırlar.
II növ tabalmanın tam, izotermik və natamam üsulları mövcuddur. Tam tabalma evtektoidəqədərki poladı Ac3 nöqtəsindən 30-500C yuxarı qızdırıb, onun bütün həcmində faza çevrilmələri başa çatanadək bu temperaturda saxlamaqdan və sonra yavaş sürətlə soyutmaqdan ibarətdir.
Ac3 nöqtəsindən 30-500C yuxarı qızdırıldıqda xırda dənəli austenit əmələ gəlir ki, bu da soyudulduqda xırda dənəli strukturun formalaşmasına səbəb olur.
Temperaturun Ac3 nöqtəsindən çox yuxarı olması austenit dənələrinin böyüməsinə və poladın xassələrinin pisləşməsinə səbəb olur. Qızma və qızma temperaturunda saxlama vaxtı sobanın tipindən, məmulatın ölçülərindən, kütləsindən və sobaya doldurulma qaydasından, poladın tərkibindən asılı olur.
Yavaş soyutma austenitin perlitə çevrilməsini təmin edir (polad sürətlə soyudularsa yüksək dispersli və müvafiq surətdə bərkliyi çox olan ferrit+sementit strukturu alınar). İfrat soyudulmuş austenitin yüksək dayanıqlığa malik olduğu legirlənmiş poladlar daha yavaş soyudulur. Adətən, karbonlu poladlar 40-600C/saat, legirlənmiş poladdlar isə 100-1500C/saat sürətlə soyudulur. Austenitin perlitə çevrilməsi başa çatdıqdan sonra soyumanı sürətləndirmək olar.
Tam tabalma poladın dənələrini xırdalayır, özlülüyünü və plastikliyini artırır, daxili gərginlikləri aradan qaldırır, bərkliyini isə azaldaraq kəsmə ilə emalını asanlaşdırır.
Tam tabalmaya adətən, tərkibində 0,3-0,4%C olan çeşidlı yayıqlar , döyüklər və fasonlu töküklər uğradılır.
Dostları ilə paylaş: |