İzotermik tabalmaya, adətən, legirlənmiş poladları uğradırlar. Bunun üçün poladı tam tabalmada olduğu kimi qızdırır, sürətlə nöqtəsindən bir qədər aşağı (660-6800C) temperaturadək soyudub, bu temperaturda izotermik şəraitdə austenit tam parçalananadək (3-6 saat) saxlayır və sonra havada soyudurlar.
İzotermik tabalmanın birinci üstünlüyü tabalma vaxtının qısalmasında, ikinci üstünlüyü isə çevrilmə izotermik şəraitdə getdiyi üçün bircinsli strukturun alınmasındadır.
İzotermik tabalmaya, əsasən, nisbətən kiçik ölçülü döyüklər və legirlənmiş sementitləmə poladından olan çeşidli yayıqlar uğradılır.
Tərkibində 0,65-0,9%C olan yay-ressor poladlarıını soyuqçəkmə əməliyyatına uğratmadan patentləmə adlanan izotermik əməliyyata uğradırlar. Bunun üçün əvvəlcə poladı austenitləşmə temperaturunadək qızdırır, sonra 450-5000C temperaturlu ərimiş duzlarda soyudurlar.
Bu zaman poladlarda zərif troostit və ya sorbit strukturu yaranır. Bu cür struktur soyuqçəkmə zamanı 75%-ə qədər nisbi sıxılma əldə etməyə imkan verir. Həm də sonuncu çəkmə əməliyyatından sonra b=2000-2250 MPa həddinə qədər yüksək möhkəmlik almaq olur.
Dostları ilə paylaş: |