Tablanma qabiliyyəti tablandırma nəticəsində poladın aldığı bərkliyin qiyməti ilə müəyyən edilir. Tablanma qabiliyyətinə birici növbədə poladın tərkibindəki karbonun miqdarı təsir edir. Martensitdə karbonun miqdarı artdıqca poladın bərkliyi artır. Legirləyici elementlər karbona nisbətən tablanma qabiliyyətinə az təsir göstərir.
Tablanma dərinliyi poladın martensit və ya troosto-martensit strukturu almış qatının qalınlığı ilə xarakterizə edilir. Məmulatın bütün en kəsiyi boyunca tablanmaması onunla izah edilir ki, soyuma sürəti səthdən özəyə doğru azalır.
Şəkil 3. Tablandırmanın böhran sürətinin tablanma
dərinliyinə təsiri:
-karbonlu poladın böhran sürəti; -legirlənmiş poladın böhran sürəti; d-məmulatın diametri;a və a -tablanma dərinliyi F+Fe3C
Tablanma dərinliyi tablandırmanın böhran sürətindən çox asılıdır. Böhran sürəti azaldıqca tablanma dərinliyi artır (şəkil 3).
Tablanma dərinliyi yağda soyutmaya nisbətən suda soyutma zamanı daha böyük alınır. Məsələn, ortakarbonlu polad suda soyudulduqda tablanma dərinliyi 10-15mm, yağda soyudulduqda isə 3-4 mm alınır.
Legirlənmiş poladlarda ifrat soyudulmuş austenitin müvazinəti yüksək olduğu üçün, başqa sözlə böhran sürəti kiçik olduğu üçün tablanma dərinliyi böyük olur. Manqan, molibden, xrom, nikel və bor tablanma dərinliyini kəskin surətdə artırır.
Əgər polad bütün en kəsiyi boyu tablanırsa onun bütün həcmi boyu mexaniki xassələri də eyni olur. Tablanma dərinliyi en kəsik ölçülərindən kiçik olduqda isə möhkəmlik, plastiklik və özlülük metalın özəyinə doğru azalır.
Beləliklə, müəyyən məqsədlər üçün poladın markasını seçərkən tablanma dərinliyini nəzərə almaq lazımdır.
Tablandırma üsulu məmulatın formasından, ölçülərindən və poladın kimyəvi tərkibindən asılı olaraq seçilir. Ən sadə və geniş tətbiq edilən tablandırma üsulu fasiləsiz (bir mühitdə) tablandırmadır. Bu üsulda məmulat qızma temperaturundan otaq temperaturunadək bir soyuducu mühitdə fasiləsiz soyudulur (şəkil 6.7, 1 əyrisi). Bu üsulla karbonlu poladları suda, legirlənmiş poladları isə yağda soyudurlar. Üsulun nöqsanı nisbətən böyük daxili gərginliklərin əmələ gəlməsindədir.
Daxili gərginlikləri azaltmaq üçün poladı iki mühitdə soyudurlar: polad əvvəlcə 300-4000C-yə qədər suda soyudulur, sonra isə yağa keçirilir. Bu üsulun nöqsanı məmulatın birinci soyuducu mühitdə saxlama müddətinin təyin edilməsinin çətinliyidir. Tablandırmanın bu üsulu iki mühitdə tablandırma və ya fasiləli tablandırma adlanlır (şəkil 6.7, 2 əyrici).
Dostları ilə paylaş: |